Yuxarı

“Geridə qalmış Afrika ölkəsindəki sosial durum bizdəkindən yaxşıdır”

“Geridə qalmış Afrika ölkəsindəki sosial durum bizdəkindən yaxşıdır”

Sarkisyan rejmindən Bakıya qaçan erməni ailəsi ilginc faktlar açıqladı 827a547e10e7 Bu gün Vaan Martirosyan və həyat yoldaşı Karina Qasparyan tərəfindən imzalanan birgə bəyanatda Ermənistanda baş verən özbaşınalıq və onlara olunan təzyiqlərdən bəhs edilir. Məlumat üçün bildirək ki, Ermənistanın “Milli Azadlıq Hərəkatı” vətəndaş təşəbbüsünün rəhbəri olan Martirosyan Vaan Emilyeviç qeyri-hökumət təşkilatlarından olan dostların və həmkarlarımın köməyi ilə könüllü şəkildə ailəsi ilə bərabər Azərbaycan Respublikası ərazisinə keçib. Onun sözlərinə görə, o Ermənistanda daim Serj Sarkisyanın cinayətkar rejiminə, Ermənistanda hakimiyyətin total korrupsiya fəaliyyətinə qarşı mübarizə aparıb. Məhz bu fəaliyyətinə görə də, o və hərəkatdan olan digər erməni həmkarları son 3 ildə davamlı şəkildə Ermənistanın hakimiyyət orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalıb. Cari ilin 12 avqust tarixində isə Azərbaycandan imdad diləyən erməni QHT-çiyə öz evində Serj Sarkisyanın yaxın dostu, hakim Ermənistan Respublika Partiyasının deputatı Mger Sedrakyanın cangüdən və qohumları tərəfindən öz evində hücum ediblər. Hücum nəticəsində sözügedən erməni yaşlı anası və 2 yaşlı oğlunun gözü qarşısında vəhşicəsinə döyülüb, nəticədə hamilə həyat yoldaşı körpəsini itirib. 12 avqust hadisəsindən sonra isə Vaan Martirosyanın susması üçün Ermənistanda adət aldığı kimi bu hadisəni ört-bas etməkdən ötrü ona rüşvət təklif ediblər. Erməni QHT rəhbəri bu təklifi rədd etdiyinə görə, daha sonra hakim dairələrin onun anasına təzyiqləri başlayır. Erməni QHT rəhbərini məhz Azərbaycandan sığınacaq istəməsinin səbəbi… Bu məsələyə toxunan erməni QHT rəhbəri Vaan Martirosyan bildirdi ki, Ermənistanın İstintaq Komitəsi ona qarşı müxtəlif saxta cinayət işləri qaldırıb, saxta şahidlər tapıblar və tibbi məntəqələrini onun döyülməsiylə bağlı saxta sənəd hazırlamağa məcbur ediblər. Bütün bunların nəticəsində həbsdən, repressiyadan, ədalətsiz məhkəmədən və ailəsinin təhlükə altında olmasından qorxaraq, dərhal Ermənistanı tərk etmək barədə qərar verib. O etiraf edir ki, onun basilica məqsədi Serj Sarkisyanın qeyri-legitim rejiminin cinayətkar mahiyyəti, onun ətrafı tərəfindən törədilən qanunsuzluqlarını dünya ictimaiyyətinə çatdırım. Bu gün isə bu məsələni dünya ictimaiyyətin nəzərinə çatdırmaqda ən maraqlı tərəf və daha effektli şəkildə bunu edən tərəf məhz Azərbaycan KİV-idir. Məhz Azərbaycan KİV-i bu gün Ermənistanda baş verənlərə görə, beynəlxalq ictimaiyyətinin gözünü açmaqğa qadirdir. Azərbaycandan siyasi sığınacaq istəyən və ailəsinin təhlükəsizliyinin təminini istəyən Vaan Martirosyan mövcud erməni rejminin düşünülmüş şəkildə Dağlıq Qarabağ münaqişəsindən necə istifadə etdiyini və Ermənistan iqtisadiyyatının, ordusunun, erməni xalqının ümumi yaşayışının tənəzzülü hesabına özünün mənfəəti məqsədilə Azərbaycanın simasında saxta düşmən görüntüsü yaratdığını da etiraf etdi. Ermənistanda sosial durum Vaan Martirosyan bir erməni vətəndaşı kimi Serj Sarkisyanın və onun hakim komandasının kirli biznesini bütün çılpaqlığı ilə açıqladı. Onun sözlərinə görə, Serj Sarkisyanın rəhbərlik etdiyi hakim rejim Ermənistanda sözün əsl mənasında katostrofik vəziyyət yaradıb. Vaan Martirosyan etiraf edir ki, bu gün ən geridə qalmış Afrika dövlətindəki yaşam tərzi, sosial durum Ermənistandakından yaxşıdır. O bildirir ki, erməni xalqı bu gün sürünür, yaşamır. O danışır ki, ermənilərdə pensionerlər, qoca insanlar taleyin ümidinə buraxılıb. Bu gün Ermənistanda ən yüksək təqaüd 80-100 dollardır. Ermənistanda biri 100 dollar təqaüd alırsa, diggərləri ona ən varlı insan kimi baxır. Korrupsioner bir ölkədir. Ermənistanda bu gün hər bir vəzifənin öz qiyməti var. Misal üçün Ermənistanın bölgələrində müəllim vəzifəsinə düzəlmək üçün 3000 dollar pul yetərlidir. Şəhər mərkəzlərində müəllim vəzifəsinə düzəlmək üçün 10 000 dollar pul tələb olunur. Erməni QHT çinin sözlərinə görə, bu tendensiya bu gün Ermənistanın bütün sahələrində mövcuddur. Prokuror köməkçisinin belə öz stavkası var. Vaan Martirosyan etiraf edir ki, misal üçün o bir gün ərzində xarici pasportları almaq üçün külli miqdarda rüşvət verib. O bildirir ki, bu gün Ermənistanda hakim rejim də rüşvət müqabilində hakimiyyətdə qalıb. O Avropa İttifaqına və digər xarici siyasi dairələrə erməni xalqının boğazından qopardığı, kirli pullarını verərək, bu gün hakim rejimə rəhbərlik etməyə davam etməkdədir. Serj Sarkisyanın kirli biznesi… Serj Sarkisyan və onun hakim komandası Ermənistanda əməlli başlı at oynadır. Serj Sarkisyan qumar oyunlarının pullarını axı haradan verir? O bunları sırf kontrabanda, narkotika idxalı, orqan satışı üzərində qurulan məhz kirli biznesi sayəsində bunları ödəyir,- deyə erməni QHT-çi bildirdi. Onun sözlərinə görə, Serj Sarkisyanın bir yaxın dostu var. Onun sözdə xeyriyyəçilik məqsədi ilə erməni uşaqlara xidmət etməsi üçün inşa edilən xəstəxanası var. Həmin xəstəxanada uşaqlar ölümə buraxılır və heç də müalicə almırlar. Çünki Serj Sarkisyanın komandası məhz həmin ölən uşaqların hesabına öz bizneslərini genişləndirməyi bacarırlar. Ermənistan ordusunda nələr baş verir? Vaan Martirosyan bütün Azərbaycan KİV-I və dünya ictimaiyyəti qarşısında etiraf etdi ki, bu gün Ermənistan Ordusu hansısa orduya cavab verəcək gücdə deyil. O bildirdi ki, bu gün Dağlıq Qarabağ müharibəsi başlayarsa, müharibə Ermənistanın iflası ilə bitəcək. Elə ona görə də, Ermənistanda heç kəs müharibənin təzədən başlanmasını istəmir. Orduda xidmət edənlərdə vətənpərvərlik hissi yoxdur. Bu gün Ermənistan tərəfində qeyri-döyüş itkilərinin sayı artmaqdadır. Erməni ordusundakı olduqca tükürpədici məqamları ictimaiyyətin nəzərinə çatdıran erməni erməni hüquq müdafiəçisi ordunu müdafiə naziri Seyran Ohanyanın idarə etmədiyini də etiraf etdi. O bildirdi ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan olsa da, əslində müdafiə sistemində heç nə ondan asılı deyil. O, adi bir fiqurdur. Qərarları isə Baş Qərargah rəisi Xaçaturyan verir. Ermənistanda "Xaçaturlar tayfası" ifadəsi var. Əgər Müdafiə Nazirliyi ilə hər hansı müqavilə bağlanacaqsa, həmin məbləğinin yarısı Xaçaturyanını cibinə getməlidir. Əks halda həmin gecə Xaçaturyanın gözünəyuxu getməz. Bu gün Ermənistan bilərəkdən cəbhə xəttinə 18 yaşlı, təcrübəsiz əsgərləri qoyur,- bunu deyən Vaan Martirosyan bildirdi ki, bu gün dünya ictimaiyyətinin nəzərinə Azərbaycanı atəşgəsi pozmaqda qınaq obyektinə çevirmək üçün Serj Sarkisyan erməni əsgərlərinin ölməsində maraqlıdır. Ona görə də, sərhəddə külli miqdarda təcrübəsiz erməni əsgəri Serj Sarkisyanın maraqlarına qurban verilir. Hazırda Dağlıq Qarabağda terrorçular fəaliyyət göstərir... Azərbaycandan sığınacaq istəyən Vaan Martirosyanın sözlərinə görə, bu gün həqiqətən də Dağlıq Qarabağda terrorizmlə məşğul olan, müxtəlif kriminal hadisələrdə iştirak etmiş qruplaşmalar fəaliyyət göstərir. Həmin qruplar əsasən İraq və Suriyadan gələnlər təşkil edir. Bu əslində Ermənistanda mövcud separatçı rejmin bilərəkdən icra etdikləri siyasi aktdır. Ermənistanda Bakı necə anladılır? Vaan Martirosyanın sözlərinə görə, bu gün Ermənistan gənci çox bisavadcasına həyat sürür. Ermənistanda onlara Azərbaycanın bir dövlət kimi cəmi 100 il mövcud olduğu, bildirilir. Erməni hüquq müdafiəçisi bildirdi ki, ermənilərə anladılanlara görə, Bakıda sərbəst gəzmək mümkün deyil. Çünki burada vəhabilər bayıra çıxan kimi guya adamın başını kəsir. Bunları danışan erməni həmin anladılanları təkzib edərək, Azərbaycanda ötən gün sərbəst öz ailəsi ilə gəzərək, hətta alış-veriş etdiyini də bildirdi. Erməni hüquq müdafiəçisi dünya ictimaiyyətinə səsləndi… Erməni hüquq müdafiəçisi Vaan Martirosyan Ermənistanda qalan anası və həyat yoldaşının ana və qardaşlarının təhlükəsizliyinin təmin olunması üçün dünya ictimaiyyətinə müraciət etdi. O bildirdi ki, Serj Sarkisyanın rəhbərlik etdiyi kriminal rejim hər cür addımı ataraq, onlardan intiqam almaq istəyəcəkdir.  





Həftənin ən çox oxunanları