Yuxarı

Bakıda imperiya simvolu olan “Georgi lenti”

Bakıda imperiya simvolu olan “Georgi lenti”

Bu gündən etibarən imperiya simvolu olan “Gerogi lenti”nin paylanması aksiyasına start verilir. Cebhe.info xəbər verir ki, “Georgi lenti” adı daşıyan aksiya Rusiyada artıq 11-ci dəfədir ki, keçirilir və hər dəfəsində də miqyasını genişləndirir. Rusiya mətbuatı xəbər verir ki, Rusiyada bu simvolik lenti 9 May- Qələbə günü ərəfəsində paylamaqla onun İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə ilə əlaqələndirməyə çalışırlar. Ötən il 20 milyona yaxın “Gerogi lenti” paylanıb. Bu il sayın daha da artıq olacağı gözlənilir. Moskvada “Gerogi lenti” metro stansiyalarının giriş-çıxışında, banklarda, parklarda, əhalinin sıx olduğu yerlərdə paylanacaq. Könüllüllər onu istənilən şəxsə verməklə yanaşı taxılış qyadası və tarixi barədə də məlumat verəcəklər.

Ancaq “Gerogi lenti”nin təkcə Rusiyada yox, keçmiş SSRİ-nin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da paylanması gözlənilir. Ötən il 9 may ərəfəsində bu lentlərin Azərbaycan paytaxtında paylanması hallarına təsadüf edilib. Gürcüstanda isə “Georgi lenti” paylanmasını qarşısı elə əhali tərəfindən alınıb və buna imkan verilməyib.

“Georgi lenti”ni faşizm üzərində qələbə ilə əlaqələndirməyə çalışsalar da, lentin tarixi 18-ci əsrə, Georgi ordeninin təsis olunduğu 1769-cu ilə gedib çıxır. Orden 4 sinfə bölünür. Ordenin birinci dərəcəsi xaç, ulduz, 3 qara və 2 sarı-narıncı zolaqlı lentdən ibarətdir. İkinci dərəcə ulduz və böyük xaçdan, üçüncü və dördüncü dərəcə isə kiçik xaçdan ibarət idi. Sonuncu iki dərəcə arasındaki fərq birincinin boğazdan, ikincinin isə ilgəkdən asılmasındadır.

Məlumatlara görə, orden məhz lentlə bərabər taxılırdı və lentin rəngləri barədə təklifi Yekaterina özü vermişdi. Qara barıtın, sarı-narıncı isə alovun rəmzi kimi xarakterizə olunur.

“Georgi lent”nə taxılan ordeni Mixail Kutuzov, Mixail Barklay de Tolli, İvan Varşavski və İvan Dibiç Zabalkanski alıb. Ancaq sonradan “Georgi ordeni” verilməyən şəxslərə başqa mükafatlar veriləndə onları asmaq üçün “Georgi lenti” təqdim olunurdu. Beləliklə də “Georgi lenti” daha çox yayılmağa və məşhurlaşmağa başladı. Krım müharibəsindən sonra isə rus ordusunun simvolu kimi xarakterizə edilib.

Böyük Oktyabr İnqilabından sonra çarizmin qalığı kimi həm orden, həm də lent ləvğ edilib. Ancaq 1943-cü ildə Stalin ordunun döyüş ruhunu artırmaq üçün lentin müvəqqəti bərpası barədə əmr verdi. Bundan sonra döyüşdə fərqlənməyə görə medal alan hərbçilərin medalları məhz bu lentlə taxılırdı. “Georgi lenti”nə taxılan medalla təltif edilən sovet hərbçilərini sayı 15 milyona çatmışdı. Buna görə də sonradan bu lentin 9 May- Qələbə günü ilə əlaqələndirilməsi cəhdi meydana çıxdı.

Müharibədən sonra “Gerogi lenti” də unuduldu. Ancaq SSRİ-nin dağılması ilə yenidən xatırlandı. Bu dəfə 1992-ci il mart qərarı ilə Rusiya Federasiyasının Ali Rəyasət Heyəti “Müqəddəs Georgi” ordenini və “Georgi xaçı” fərqlənmə nişanını bərpa etdi. İndi isə imperiya əlaməti olan Georgi lenti təkcə Rusiyada yox, həm də keçmiş SSRİ məkanındakı bəzi ölkələrdə 9 May ərəfəsində peyda olur.

Cebhe.info





Həftənin ən çox oxunanları