Yuxarı

"Ölkədə dini qarşıdurma yaradırlar"

“Hal-hazırda ölkədə dini tolerantlıqla bağlı müəyyən işlər görülür. Müxtəlif konfranslar, tədbirlər keçirilir. Ancaq bunu qənaətbəxş saymaq olmaz”.

Bunu “Cümhuriyət”ə açıqlamasında ilahiyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, bununla bağlı işləri dini liderlər, dini qurumlar aparmalıdır:

“Ölkədə radikal qruplar var ki, bu gün vətəndaşlar arasında qarşıdurma yaradırlar. Məsələn, Nardaran hadisələri kimi. Amma burada əsasən dini qurumların, din rəhbərlərinin məhsuliyyətini təqdirəlayiq hesab etmək olmaz. Onlar üzərlərinə düşən məsuliyyəti tam yerinə yetirə bilmirlər. Ona görə də bu gün dini zəmində müəyyən problemlər var. Ancaq dini tolerantlı o qədər də acınacaqlı səviyyədə deyil. O qədər də ciddi qarşıdurmalar yoxdur. Ancaq bu hallar separatçılığın daha geniş vüsət almasına gətirib çıxara bilər. Hal-hazırda da separatçılığa doğru müəyyən işartılar, cəhdlər var. Bununla bağlı baş verən problemlərin də qarşısını hüquq-mühafizə orqanları alır. Amma əslində, dini kəsim, dini rəhbərlər, Qafqaz Müsəlmanlar İdarəsi bunun qarşısını almalıdır. Bununla bağlı iş aparılmalıdır. Təəssüf bunlar işlərini düzgün apara bilmirlər. Yaranan problemin qarşısını da hüquq-mühafizə orqanları almağa çalışırlar. Vaxtında düzgün işlər aparılsa, düzgün təbliğat aparılsa bu cür problemlər də yaranmaz. Xüsusilə də Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən dini tolerantlığın inkişafı üçün heç bir köməklik göstərilmir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları