Yuxarı

10 min nəfərlik amnistiya

10 min nəfərlik amnistiya

Natiq Cəfərli: “Gözləntimiz yoxdur”

Seymur Həzinin atası: “Azad olunacağını gözləmirəm”

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib. Bu barədə Milli Məclisin I vitse-spikerti Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, amnistiya aktının 10 min məhkumu əhatə edəcəyi gözlənilir. Bu təşəbbüs nəticəsində 3500 məhkum azadlıqdan məhrum etmə yerlərindən azad olunacaq.

Gələn məlumatlara görə, akt əsasında bir neçə siyasi məhbusun azad olunacağı gözlənilir.

“Heç nə gözləmirik”

“REAL” Hərəkatı sədrinin təşkilati məsələlər üzrə katibi Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında aktdan xüsusi gözləntilərinin olmadığını bildirib:

“İlqar Məmmədovun akt siyahısına düşməsi ehtimalı sıfıra yaxındır. Nə İlqarın, nə də təşkilatın bundan  gözləntisi var. Amma REAL sədrinin işinə Ali Məhkəmədə baxılmalıdır. Məhkəmə son qərarını verməlidir. Yaxın 1-2 aya Ali Məhkəmənin təyin olunacağını gözləyirik. Yəni İlqar Məmmədovun məhkəmə yoluyla azadlığa buraxılması ehtimalı daha yüksəkdir”.

“Müraciət etməyəcəyəm”

Həbsdə olan jurnalist Seymur Həzinin atası Məşğul Həziyev də Cebhe.info-ya övladının aministiya aktına düşəcəyini gözləmədiyini bildirib:

“Seymurun tezliklə azad olunacağını gözləmirəm. Ümidim də yoxdur. Heç bir təşəbbüs də irəli sürməyəcəyik. Müraciətim yoxdur, etməyəcəyəm də”.

Mənsur Rəğbətoğlu

 





Həftənin ən çox oxunanları