Yuxarı

“Azercell”dən növbəti fırıldaq

“Azercell”dən növbəti fırıldaq

Şirkət “islahat” adı ilə yüzlərlə insanı işsiz qoyub

Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində qabaqcıl şirkətlərdən biri olan “Azercell Telekom” müştərilərini aldadır. Belə ki, mobil operatorun rəsmi səhifəsində ölkədaxili zənglərin 1 dəqiqəsi 10 qəpik olaraq müştərilərə bildirilib. Həmçinin, səhifənin alt hissəsində kiçik hərflərlə zəngin hesablanma intervalının 30 qəpik olduğu qeyd olunub. Buradan isə belə nəticəyə gəlmək olur ki, mobil operatorun təklif etdiyi ölkədaxili zənglərin qiyməti 10 qəpik deyil, 20 qəpikdir.

Təbii ki, mobil operatorun müştərilərini aldatması bununla yekunlaşmır. Mobil operator “İnternetdə sərhədsiz əyləncə” adı altında yayınladığı reklamında “Limitsiz internet 30 AZN” yazılıb hansı ki, qiymətlər haqqında verdiyi məlumatda kiçik hərflərlə limitsiz internetin 50 GB olduğu bildirilir.

Bunlardan başqa isə mobil operator “Avropada çox sərfəli rominq” xidmətinin reklamında 15 dəqiqə =10 AZN kimi bildirib. Digər reklamına nəzər yetirdikdə isə, Almaniyadan Azərbaycana saniyə başına 2.10 manat məbləğ tutulduğu bildirilib. Operator “Hədsiz tarif paketi” adı ilə yayınladığı reklamında “Hədsiz” sözü təmamilə yanlış qeyd olunub. Bildiyimiz kimi, “Hədsiz” ifadəsi paketin daxilində olan tariflərin limitsiz olduğu mənasına gəlir. Reklamın aşağı hissəsində də qeyd olunduğu kimi, “Hədsiz” tarif paketi istifadəçiləri təkrarlanan “Limitsiz” paketini mövcud olan qaydalara uyğun olaraq ala bilərlər. “Hədsiz”, yəni uzun da olsa, həddi olan tarif paketi çərçivəsində verilən internet balansı bitdikdə hər 1 MB internetin həcminə 0,07 AZN tarifikasiyası tətbiq ediləcək.

Bildiyimiz kimi, bir çoxlarının şikayətçi olduğu reklam mesajlarından da operator “səmərəli” isitifadə edib. Belə ki, operatorun “Güzəştlər” adl altında verdiyi reklamda güzəşt sözü tam olaraq yanlış anlaşılıb. “Gənc ol” tarif paketinin kafe və restoranlarda, əyləncə mərkəzlərində, geyim dükanlarında olan xüsusi endirimlərdən portala daxil olaraq məlumat əldə etməkləri “Güzəşt” kimi bildirilib. Hansı ki, operator müştəriləri bununla bağlı çoxsaylı şikayətlər edib.

“Azercell” illərdir müştərilərini aldadır

Şirkətin bu və bu kimi addımları İKT bazarında uğursuzluq kimi qiymətləndirilir. Bu uğursuzluq isə neçə illərdir ki, davam edir. Məsələn, dörd il öncə şirkət bir kampaniya ilə təkrarçılığa yol verib. Belə ki, şirkət 4G texnologiyasının tətbiqi abunəçilərə ilk xidmət kimi təqdim edilib və bu zaman “Azercell” telekanallar və müxtəlif qəzetlərdə 4G-nin tətbiqini elə təqdim etdi ki, adam oxuyanda elə bilirdi ki, bu xidmət nəinki Azərbaycanda, heç dünyanın ən inkişaf edən ölkələrində yoxdur və şirkət bunu ilk dəfə tətbiq edir. Reklam çarxlarında deyilirdi ki, guya bu xidməti Azərbaycana ilk dəfə “Azercell” tətbiq edəcək. Hansı ki, altı il öncə bu xidmət digər mobil operator tərəfindən tətbiq edilmişdi. Hətta “Azercell” 4G texnologiyasını tətbiq edərkən artıq bu xidmət daha da təkmilləşmişdi. Amma şirkət bunu öz layihəsi və uğuru kimi təqdim edib.

Bu reklam çarxından sonra isə şirkət daha bir reklam təqdim etdi ki, şirkət “Avroviziya” mahnı müsabiqəsində 4G-ni tam tətbiq edəcək və həmin müsabiqə zamanı abunəçilər çox asanlıqla bu xidmətdən istifadə edə biləcəklər. Amma bu da yalan çıxdı. Belə ki, başqa bir mobil operator tərəfindən altı il əvvəl ölkəmizdə tətbiq etdiyi 4G texnologiyasını “Azercell” tətbiq edə bilmədi. Bununla yanaşı şirkət “Evrovision” mahnı müsabiqəsinin başa çatmasından bir neçə ay sonra 4G-nin lisenziyasını aldığımı bəyan edib.

Bundan başa yenə illər əvvəl 4G-nin tətbiqinə başlamayan şirkət daha bir “yenilik” yaratmaq istəyib. Belə ki, 4G xidməti ilə bağlı yaydığı bütün məlumatlarda şirkət ölkədə guya yenilik edəcəyini deyib. Yenilik isə artıq digər mobil operatorlar tərəfindən Azərbaycanda tətbiq edilirdi. Söhbət, “Limitsiz” internetdən gedir. Şirkətin həvəslə etdiyi reklamda bu xidmətin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Şirkət əməkdaşlarının e-mail elektron ünvanlara göndərdiyi press-relizlər hələ də unudulmayıb. Press-relizdə qara hərflərlə diqqəticəlb edən variantda “Azercell”dən şok! sözləri elə yazılmışdı ki, sanki bu xəbərlə yenə də istifadəçiləri aldatmaq mümkün olacaq. Şirkətin bildirdiyi “Limitsiz” internet paketi isə hazırkı vəziyyətdə uzunmüddətli də olsa, “Limitsiz” deyil.

“Azercell”də “islahatlar” gedir

Həmçinin, sözügedən operator Sumqayıt şəhərində islahatlar həyata keçirdi və nəticədə 30 nəfər işsiz qaldı. İşdən çıxarılanların illik təzminatı ödənilsə də, ölkədə hazırkiıişsizlik səviyyəsinə nəzər yetirsək islahatların heç də yaxşı hal olmadığını görmək o qədər də çətin deyil. Bundan başqa operator daha 40 nəfəri işdən uzaqlaşdırmağı düşünür. “İslahat” adı ilə şirkətdəki işindən uzaqlaşdırılan şəxsin verdiyi məlumata görə, işdən çıxarılarkən çıxarılma səbəbi işçilərə izah edilib. İzaha görə, “Azercell Telekom” səhmlərini satışa çıxarıb və bunun danışıqları aparılır. Danışıqlar nəticəsində isə şirkətin səhmlərini alan şəxs, yaxud şəxslər şirkətin işçi sayının çoxluğundan şikayətçidir.

Yəni bazara çoxlu işçi sayı ilə girmək istəməyənlər şirkətdə islahatların aparılmasına səbəb olub. 30 nəfərlik islahatda danışıqlara getməyə kifayət etməyib ki, buna görə də, daha 40 nəfər özlərinin işdən çıxarılma vaxtını gözləyir. Amma maraqlıdır ki, islahatlar niyə Sumqayıt şəhərində aparılır. Bu, şirkətin əhatəsini kiçiltmək kimi də qiymətləndirilə bilər.

Odər Qəni





Həftənin ən çox oxunanları