Yuxarı

İctimai Fikir Akademiyasında müzakirə: “Rəsulzadənin görmək istədiyi və bugünkü Azərbaycan”

İctimai Fikir Akademiyasında müzakirə: “Rəsulzadənin görmək istədiyi və bugünkü Azərbaycan”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) 27 may saat 12:00-da ilk müstəqil Azərbaycan Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin rəhbərlərindən biri olduğu Azərbaycan Xalq Cümhuriyyətini müzakirə edəcək.

Cebhe.info xəbər verir ki, 28 May Respublika gününə həsr olunan “Məhəmməd Əmin Rəsulzadənin görmək istədiyi və bugünkü Azərbaycan” mövzusunda növbəti ictimai müzakirəsinin eksperti görkəmli ziyalı Teyyub Qurban olacaq.

Qeyd edək ki, Teyyub Qurban M.Ə.Rəsulzadənin həyatından bəhs edən “Dönməzlik” povestinin, iki hissəli “Azərbaycan, Azərbaycan” dramının və başqa əsərlərin müəllifidir.

Teyyub Qurban Cebhe.info-ya açıqlamasında bildirdi ki, Rəsulzadənin görmək istədiyi Azərbaycanla bugünkü Azərbaycan arasında böyük fərq var. “Sabah İctimai Fikir Akademiyasında baş tutacaq tədbirdə bu ətrafda fikirlərimi geniş şərh edəcəyəm”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları