Yuxarı

Oğurlanan milyardların qaranlıq taleyi

Oğurlanan milyardların qaranlıq taleyi

Sabiq MTN şefi və çetesinin cinayətləri ört-basdır edilir

Devalvasiyanın arxasında “qara əl”

Azərbaycanda baş verən devalvasiya nəticəsində əhalinin 99 faizi minlərlə manatını itirsə də, qazananlar da az olmadı. Belə ki, Azərbaycanda ilk devalvasiyanın əsas səbəbkarlarından biri kimi sabiq milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun adı çəkilir.

Məmurların, oliqarxların qeyri-rəsmi şəkildə ölkədən külli miqdarda dollar çıxarması kapital axınıdır və devalvasiya baxımından təhlükəlidir. Sabiq nazir Eldar Mahmudovun isə Beynəlxalq Bankdan istifadə edərək ölkədən külli miqdarda dollar çıxarması ilk devalvasiyanın yaranmasına təkan olub. Belə ki, sözügedən bankın rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovun qudası olduğu üçün sabiq nazirin pullarını xarici ölkələrə daşımaqda köməkçi olub.

Ölkədən 95 milyard dollar çıxarılıb

Manatın dollar qarşısında kəskin dəyər itirməsi fonunda baş verən sosial-iqtisadi böhran oliqarx məmurlar üçün Azərbaycanın ofşor cənnəti olmasını sübut edib. Təsadüfi deyil ki, 2015-ci ilin fevralında birinci devalvasiyanın dağıtdığı “hakimiyyətin iqtisadi inkişaf qalası”nın tör-töküntüləri yığışdırılmamış 10 il ərzində Azərbaycandan 95 milyard dollar dövlətə məxsus vəsaitin çıxarılması faktı açıqlanıb. Bununla yanaşı, “Global Financial Integrity” Tədqiqat Təşkilatının hazırladığı xaricə qeyri-qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısında Azərbaycanın da adı yer alıb. Tədqiqat 2004-2013-cü illər arasında aparılıb və bu müddət ərzində Azərbaycandan 95 milyard dollar qeyri-leqal yollarla çıxarılıb. Faktın ilginc tərəfi budur ki, tədqiqatın nəticəsi Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə başçılıq etdiyi dönəmləri əhatə edir. E.Mahmudov məhz tədqiqatın başladığı həmin dönəmdə MTN-nə rəhbərlik etməyə başlayıb.

Mahmudov sudan quru çıxacaq?

“Global Financial Integrity” hesabatı Azərbaycanda keçirilən MTN əməliyyatlarının pik həddə olduğu dönəmdə təqdim etmişdi. Hakimiyyət tərəfindən gözlənilən zərbəyə məruz qalan Eldar Mahmudov da bu əməliyyatlarda vəzifədən azad edildi. Səlahiyyətləri əlindən alınan general həbs olunmasa da, ciddi formada nəzarətə götürülərək ev dustaqlığına məruz qalıb. O, MTN rəhbəri olduğu dönəmdə sahibkarlara qarşı reketçilik edib, külli miqdarda zorakı yollarla pul mənimsəməkdə ittiham olunur. Lakin bu günə kimi ölkədə iqtisadi böhranın dərinləşdiyi vaxt mənimsədiyi və müəyyən kanallar vasitəsilə ölkədən çıxardığı pullar geri qaytarmırdı. Generalın bu günədək xüsusi nəzarətdən çıxarılmaması da onu göstərir ki, Mahmudov bu pulları geri qaytarmaqda maraqlı deyil. Amma Azərbaycan Beynəlxalq Bankının Dubay filialının rəhbəri Adil Hüseynovun azadlığa buraxılması sabiq bankir C.Hacıyevin də azadlığa buraxılmasına imkan yarada bilər ki, bu da E.Mahmudovun üzərindəki ittihamlarını aradan qaldıracaq. Əgər bu baş verərsə, o zaman E.Mahmudovun ölkədən çıxardığı pulların geri qaytardığı mənasına gəlir.

Təbii ki, Cahangir Hacıyevin cinayət işləri yalnızca E.Mahmudova yardım etməsi ilə bitmir. Belə ki, sabiq bankir C.Hacıyev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir. Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların "çirkli pullar"ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur. C.Hacıyev barədə həbs sanksiyasını şəxsən baş prokuror Zakir Qaralovun imzaladığı deyilir. Bir müddət əvvəl  sabiq bankirin adı diğər iş adamları ilə hallanıb. Belə ki, bir müddət əvvəl tanınmış iş adamı, “Maşın bazarı”nın sahibi, “Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanovla adıçəkilən C.Haciyev onun milyonlarla manatı ölkə xaricinə çıxardığı xəbəri mətbuatda geniş müzakirəyə səbəb olub.

Hökumətin müəmmalı susqunluğu

R.Salmanov manatının birinci  devalvasiyasından iki gün əvvəl, 19.02.2015-ci il tarixdə və ondan sonrakı tarixlərdə külli miqdarda maliyyə vəsaitlərini Azərbaycandan çıxarmağa nail olub. Rasim Salmanov bütün bu maliyyə fırıldaqlarını sabiq bankir C.Hacıyevin köməkliyi ilə edib. Azərbaycanda qazanılan və ölkədən çıxarılan pullara Türkiyə və Kanadada  müxtəlif əmlaklar alıb. Rasim Salmanov 11 milyon dollara İstanbulda, ”Zorlu" Ticarət Mərkəzində ev, Kanadanın Vankuver şəhərində dəyəri 100 milyon dollarla ölçülən evlər, çayın qırağında torpaq sahələri, “Ferrari” markalı maşın və sair əmlaklar alıb, müxtəlif biznes sahələrinə investisiya qoyub. Görünüşə görə, bu kimi oliqarxların və məmurların ölkədən külli miqdarda dollar çıxarmasına Azərbaycan Mərkəzi Bankı (AMB) göz yumur. Təbii ki, bu qədər cinayətin törədilməsinə yalnızca AMB deyil, hökumət də göz yumur. R.Salmanovun hazırda azadlıqda qalması bunun isbatı kimi göstərilə bilər. Bunlarla yanaşı, mətbuatda prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovunda adı hallanıb. Belə ki, Beynəlxalq Bankdan 6 milyard manatın qısa müddət ərzində girovsuz kreditlər şəklində kölgə kabinet üzvlərinə və onlara yaxın olan  “oliqarx-biznesmenlər”ə verilməsində, MTN-nin sabiq naziri Eldar Mahmudov tərəfindən 2 milyard pulun ölkədən çıxarılmasında Əli Əsədov təşkilatçılıq etdiyi bildirilib. Ə.Əsədov bu günə qədər 100 milyonlarla büdcə vəsaitini və vətəndaşların əmlakını qanunsuz sökərək onlara catacaq pulları, vəsaitləri dələduzluq yolu ilə mənimsəyib. Ə.Əsədov 2 milyard pulu MTN-nin Binə hava limanında şöbə rəisi və “Silkvey” şirkətinin yük daşımaları üzrə komandiri Şəmistan Mirsalayev və onun işçiləri vasitəsilə ölkədən çıxarıb. Ə.Əsədov İstanbulda “Azimport” MMC-də şərikləri olan erməni əsilli Rəşad Məmmədovun, onun qaynı Azər Əsgərov və Xəzər rayon İH Başçısı Gülağa İsmayılovun adına 3 ədəd mehmanxana aldığı məlumatları mediada geniş müzakirəyə səbəb olmuşdu.

“Restoranlar kral”ına çevrilən müşavir

Ekspertlər düşünür ki, Əli Əsədov, Eldar Mahmudov, Cahangir Hacıyev, Cahangir Əsgərov, Kərəm Həsənov və onlara məxsus şirkət, MMC, Firma, MTK-lar tərəfindən, eləcə də tabeliklərində olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində belə qərara gəlmək olar ki, Əli Əsədov tərəfindən hazırlanan gizli plan üzrə regionun ən zəngin bankı olan “Beynəlxalq bank”, “Texnikabank” və kölgə kabinetinin təsiri altında olan bəzi nazirlik, şirkət və iri müəssisələr (Nəqliyyat Nazirliyi, “Azərsu” QSC, “AZAL” QSC, “Azərenerji” QSC və s.), onları idarə edənlər tərəfindən qəsdən israf edilən və mənimsənilən dövlət investisiyaları və nəzarətlərində olan bir neçə bank sıradan çıxarılmalı, süni surətdə yaradılan maliyyə böhranı nəticəsində pulu mənimsənilmiş xalq ayağa qalxmalı və bu da siyasi hakimiyyətin devrilməsinə gətirib çıxarılmalı idi. Bunun nəticəsi olaraq isə başda Əli Əsədovla Eldar Mahmudovun olduğu kölgə kabineti hakimiyyəti ələ almalı idi. Amma E.Mahmudovun vəzifədən “vurulma”sı ehtimal hesab olunan bu planı yerə vurdu.

Əli Əsədovun “ulduzu” Dənizkənarı parkın və sonradan “Bayraq meydanı”nın inşası ilə əlaqədar parlamağa başladı. O, qısa müddətdə təkcə Buzovna qəsəbəsində hər kvadratmetri üçün büdcədən 1.659 manat silinərək, guya mağazaları sökülən şəxslərə kompensasiya kimi veriləcəyi adı altında inşa etdirdiyi 158 ədəd bir və iki mərtəbəli mağazalara sahib çıxdı və onları icarəyə verdi. İcarə haqlarını mənimsədi və ildırım sürəti ilə varlandı. Qısa müddət keçmədi ki, artıq özünü Azərbaycanın oliqarxı saydı və bu titula uyğun qoçu və mühafizə dəstəsi saxlamağa başladı və eyni zamanda “restoranlar kralı”na çevrildi.

Bunlarla yanaşı, devalvasiyanın ilkin vaxtlarında həm yerli, həm də beynəlxalq ekspertlər Azərbaycanda devalvasiya riski olmadığını vurğulamışdılar. Halbuki bir neçə gün əvvəl Çin valyutasının devalvasiyasından sonra məsələni şərh edən “Bloomberg" agentliyi eyni təhlükə gözləyən postsovet məkanı ölkələri sırasında Azərbaycanın adını çəkməmişdi. Agentliyin məlumatına görə, Ermənistanda 31%, Türkmənistanda və Tacikistanda 20% devalvasiyanın mümkün olduğunu vurğulamışdı. Göründüyü kimi, bütün bu tutarlı arqumentlərə baxmayaraq, hansısa qüvvələr ötən 2 gün ərzində valyuta bazarında çaxnaşma yaratmağa çalışıblar.  Eyni qüvvələr fevralın 21-də Mərkəzi Bank (AMB) tərəfindən bir gecədə dolların məzənnəsinin 0,7862 manatdan 1,05 manat səviyyəsinə qaldırılması ərəfəsində də fəallıq göstərmişdilər. Hər şey Mərkəzi Bankın fevralın 16-da manatın məzənnəsini dollara bağlamaqdan imtina edərək, valyuta səbətinə keçməsi ilə başladı. Əlində iri məbləğdə nağd vəsait olan həmin qüvvələr valyutadəyişmə məntəqələrində böyük ajiotaj yaratdılar, dollar yoxa çıxdı. Daha sonra 33,5 faizlik devalvasiya elan edildi, yəni Azərbaycan xalqı bir gecədə 33,5 faiz yoxsullaşdı. Sonra Mərkəzi Bank bəyanat verdi ki, bu qaçılmaz addım idi, bir neçə gün ərzində bazarda alınan gündəlik dollar məbləği ən az 500 milyon dolları ötürdü. Yəni belə getsəydi, Azərbaycan öz valyuta ehtiyatını tam itirəcəkdi.

AMB-nin dərc etdiyi statistik göstəricilər də ötən ilin fevralda vəziyyətin müəyyən dərəcədə kəskinləşəcəyini göstərirdi. Əgər fevralın 1-də AMB-nin valyuta ehtiyatı 12 milyard 680,8 milyon dollar olubsa, ayın sonunda bu rəqəm 11 milyard 4,4 milyon dollara düşmüşdü. Yəni bir ayda azalma 1 milyard 676 milyon dollar olmuşdu. Bu, yanvarda qeydə alınan 1 milyard dollar və dekabrda qeyd olunan 1,2 milyard dollar azalma ilə müqayisədə xeyli yüksək göstəricidir. Həmçinin ötən ilin mart ayında valyuta ehtiyatlarında 1,5 milyard dollar və apreldə 1,1 milyard dollar azalma baş verdi ki, bu, hansısa qüvvələrin ölkədən planlı şəkildə vəsait çıxardığını ortaya qoydu. Bütövlükdə 5 ay ərzində Azərbaycanın valyuta ehtiyatları 6,5 milyard dollar azalmışdı. Həmin ərəfədə türk mətbuatı Azərbaycandan 5 milyard dollar vəsaitin çıxarılaraq Türkiyə aktivlərinə yatırıldığını bildirmişdi. Təbii ki, burda da hansısa oliqarx və məmurların əli var.

Ölkədə baş verən çaxnaşmanın əsas səbəbkarının həmin vəsaiti çıxaranlar olduğu aydındır. Amma həmin vəsaitləri çıxaranlar kim, yaxud kimlərdir sualına yuxarıda adını çəkdiyimiz şəxslərin olma ehtimalı çox yüksəkdir. Amma onlarla yanaşı, bu prosesi Beynəlxalq Bankın kredit oliqarxları da edə bilərdi. Təsəvvür edin, heç bir iş görməyən adamların rentabelsiz layihələrinə 1-2 milyard manat vəsait veriblər. İllər keçib, heç bir iş görməyiblər.

Onlar həmin pulu dollara keçirəndən sonra manatı çökdürməyə çalışdırmalı idilər. Manat 33,5 faiz devalvasiya edəndən sonra 1 milyrad manat kredit götürmüş şəxs (yaxud şəxslər) birdən-birə 335 miylon manat irəli düşdü. Manatın məzənnəsini aşağı salmaq istəyən digər qüvvələr xüsusi himayə altında AMB-dən manatla vəsait götürüb müştərilərə dollarla kredit verən banklar ola  bilər. Belə banklar özləri saxta ajiotaj yaratmaqla əhalini çaxnaşmaya salır. Nəticədə, əhali evlərindəki bütün nağd vəsaitləri dollara çevirməyə çalışır və manata təzyiqlər dəfələrlə artır. Bu isə yenə də Mərkəzi Bankın bu qüvvələrlə lazımi səviyyədə mübarizə aparmamasının nəticədir.

Paşa 

 





Həftənin ən çox oxunanları