Yuxarı

“25 milyard necə talanıb?”

“25 milyard necə talanıb?”

“Baş nazirin müavini Abid Şərifov deyib ki, son illər ərzində nəqliyyat infrastrukturunun inkişafına 25 milyard dollar yönəlib. Bu vəsait hesabına Bakı Beynəlxalq Dəniz Ticarət Limanının,1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının,dəmir yollarının rekonstruksiyasını və tamamilə yenilənməsinə xərclənib. Abid Şərifovun bu dediklərini nəzərə alsaq, onun dediyi kimi Bakı şəhərindən sərhəd- çıxış istiqamətlərində olan 1000 kilometr yol tam olaraq hazırdır. Nəzər yetirsək görərik ki, heç də belə deyil. Bakı-Qazax-Qırmızı Körpü istiqamətində olan yolun uzunluğu 500 kilometr olmasına baxmayaraq hələ də tam olaraq işlənib qurtarmayıb. Müstəqilliyin ilk illərindən başlanmış bu lahiyə hələ də yarımçıqdır”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP yetkilisi Rafiq Daşdəmirli Abid Şərifovun yol tikintisinə xərlənən vəsaitlə bağlı verdiyi hesabata münasibət bildirərkən deyib.

R.Daşdəmirli  “Bakı -Şimal istiqamətdə olan avtomobil yolunun 350 kilometr olmasını və həmən yolun müəyyən hissəsinin beton yol olduğunu nəzərə alsaq, bu yolun bərbad halda olması bu istiqamətdə də infrastrukturun bərbad vəziyyətdə olması deməkdir”,- deyə vurğulayıb.

“Bu yolun şimal hissəsinin çəkilişini “Akkord” şirkəti həyata keçirib. Bakı -Cənub bölgəsi istiqamətində az bir hissənin yeni standartlara uyğun çəkildiyini nəzərə almasaq, başqa gözəçarpacaq yenilik yoxdur. Bakı-Balakən istiqamətində heç bir yenilik olmadığı üçün buna toxunmuram. Qaraməryəm və bəzi daxili yollarda işlər getməsinə baxmayaraq həmən yol infrastrukturunun tam başa çatmadığını nəzərə alsaq, demək buna da inanmaq olmaz. Burdan tam olaraq belə demək olar ki, Abid Şərifov dediyi kimi 1000 kilometr yol strukturunda yollar yenilənsə də ora çəkilən xərclər o qədər də şəffaf deyil. Nəzərə  alsaq ki, baş yolların çəkilməsində qüsurlar hələ də qalmaqdadır, onda Abid Şərifovun 1000 kilomet yola xərlədiyi 12 milyardin taleyi haqda “şaffaf” demək olmaz. 25 milyarddan 12 milyardını çixsaq, geridə qalan 13 milyarddan danşmaq belə qaranlıq məqamların üstünü açır”.

AXCP yetkilisi vurğulayıb ki, dəmir yollarının çəkilişi bərbad olmasa da, heç yaxşı da deyil:

“Nəqliyyat sektoruna baxsaq, ancaq “Baku Bus" avtobuslarını müsbət hal kimi dəyərləndirmək olar. Yenə də 13 milyardın taleyi qaranlıq olaraq qalır. Xalqın sərvətini xalqın adıyla dağıtmaq, görülən işləri isə malalamaq yaxşı hal deyil. Belə çıxır ki, 25 milyard talan edilərək xərclənib”.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları