Yuxarı

“Ankaradan Bakıya növbəti "nurçu siyahısı" göndərilib”- POLİTOLOQ

“Ankaradan Bakıya növbəti

SONY DSC “Azərbaycanda bir gündə (və ya qısa zaman kəsiyində) 85 nəfərin həbs olunduğunu xatırlamıram. Deyəsən Ankaradan Bakıya növbəti "nurçu siyahısı" göndərilib”. Cebhe.İnfo xəbər verir ki, bunu öz facebook səhifəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O, əlavə edib ki, Ərdoğanın bir neçə ay başı PKK ilə mübarizəyə qarışmışdı, Gülən sanki arxa plana keçmişdi: “Ancaq son 10 gündür Ərdoğan "Türkiyəyə qarşı PKK paralel dövlət işbirliyi var" deyib tutur. Türkiyədə yenidən Gülənə yaxın işadamlarının həbsinə başlanılıb, məktəblərdə isə yoxlamalar həyata keçirilir. Odur ki, Ankara Bakının da qaldığı yerdən nurçulara qarşı mübarizəsini davam etməsini xahiş edib. Nurçularla əlaqədə şübhəli bilinən iki keçmiş deputata YAP-ın siyahısında yer tapılmadı, indi də 85 nəfərlik həbs. Türkiyədə 1 noyabr parlament seçkisinin nəticəsi nurçulara qarşı mübarizənin yönünü də müəyyənləşdirəcək. Əgər AKP qələbə çalıb növbəti dəfə təkbaşına hökumət qurmaq imkanı qazansa nurçuların qanı getdi, yox əgər AKP koalisiya qurmaq məcburiyyətində qalacaqsa nurçulara qarşı mübarizə zəifləyəcək. Bu arada, Gülən tərəfdarları Ərdoğana növbəti zərbə vurmaq üçün vaxt qazanacaqlar. Çünki mümkün koalisiya ortağı - CHP-nin nurçularla mübarizə aparmaq həvəsi və məqsədi yoxdur. Rəsmi Bakı da nurçulara qarşı mübarizəni davam etdirib etdirməməyi Türkiyədə parlament seçkisinin nəticəsinə görə qərar verəcək”. Cavad      





Həftənin ən çox oxunanları