Yuxarı

Əli Kərimlinin “lay-lay”ı

Əli Kərimlinin “lay-lay”ı

İndi yatanlar bir azdan arxa da çevirəcəklər

Sivil Toplum Platforması “Azərbaycanda qeyri-hökumət təşkilatlarının durumu” mövzusunda tədbir keçirib. Tədbirdə Əli Kərimli çox “maraqlı” çıxış edib. O dərəcədə maraqlı ki, ona qulaq asanların əksəriyyəti yatıblar. Yatanları ayıltmaq üçün arada Əli Kərimli guya özünü qəzəblənirmiş kimi göstərib, səsini ucaltsa da, xeyri olmayıb. Əksinə, yatanların sayı bir az da artıb.

Yatacaqlar da, hələ üstəlik...

İnsanlar Əli Kərimliyə niyə qulaq asmalıdırlar ki? Hansı fikrinə, hansı düşüncəsinə diqqət kəsilib gözlərini iri açsınlar?

Adam 1989-cu ildən bu yana eyni sözü deyir eyni fikri səsləndirir, eyni mövzulardan danışır. Qramofon eyni, val eyni. Əgər indiyədək Əli Kərimlinin dedikləri və dilə gətirdiyi məsələlər həll olunsaydı, şübhəsiz ki, oradakılar yatmayacaqdı və hər kəs gözüaçıq halda onun bir kəliməsini belə qaçırmayacaqdı. Adamlar Əli Kərimlinin çıxışına ona görə, sözün həqiqi mənasında göz yumurlar ki, onun şəxsi maraqlarına xidmət etən ritorikası, pafos və “dramaturji yaradıcılığı” heç kəs üçün maraqlı deyil. Təbiətdən də belədir, yazıçıların da avtobioqrafiyası həmişə başqalarına maraqsız olub. Ələlxüsus da ki, o siyasətçi ola və mübarizəsini xalqın, dövlətin rifahı naminə qurduğunu elan edə, əslində isə yolundan azmış ola. Bu zaman o adamın çıxışına indi qulaq asmayıb yatanlar, bir azdan arxa çevriləcəklər. Uzun illər hiylə və cinayət yoluyla ələ keçirdiyi AXCP-nin kürsüsündə əyləşdi, seçkilərə qatıldı, hər dəfə məğlub oldu. Ara-sıra da hakimiyyətə yarınmağın mükafatı olaraq, Milli Məclisdə bir yeri zəbt etdi. Amma bu müddət ərzində bir yaralı barmağı sarımadı, əksinə yaranın üstünə basdı ki, ağrı bir az da şiddətlənsin. Camaatı sarıdı Əli Kərimli…

Əzginliyini başqalarının üzərinə yıxan adam

İndi Əli Kərimli nə qədər səsini yüksəltsə də, özünə qarşı gözlərini yummuşları yuxusundan edə bilməyəcək. Çünki cəmiyyət və ağlı başında olanlar birdəfəlik ona arxa çeviriblər, onu görmürlər. Haqları da var. Siyasətçi olasan qayıdıb deyəsən ki, “Mənim siyasi iddiam yoxdur”. Əgər siyasi iddian yoxdursa, bu boyda həngaməyə nə ehtiyac vardı? “Yurd”u yenidən dirildib hakimiyyətin qrant layihələrində açıq şəkildə iştirak edib yerini bəlli etmək olardı da! Onsuz da bunu gizli şəkildə edir. Meymunun gözü çoxdan açılıb. Anadoluda məşhur olan ifadə kimi, artıq heç kəsi dolduruşa gətirməyin zamanı deyil. Hamı hər şeyi bilir, çünki bütün yalanlar deyilib. İndi qayıdıb özünə qarşı göz yumanlara əsəbləşməyi, nifrəti kiminsə üstünə tökməyi başa düşmək olmur. Əslində bud a başa düşüləndir. Kərimlinin eqo və ambisiyası buna imkan vermir. O dərəcədə eqoistdir ki, bir dəfə də olsun prezident seçkilərində iştirak etmədiyi halda özünü ölkənin “legitim başçısı” hesab edir. Hər dəfə də özünü məğlub kimi göstərməmək, öz əzginliyini, zəifliyini özgələrinin üzərinə yıxmaq üçün üçün başqalarını qabağa verib seçkilərdə məğlub olmalarına şərait yaradıb. Əlbəttə, ciddi siyasətçi hər şeyi qabağına ala bilən, sabahını düşünməyəndir. Əli Kərimlidə isə bu yoxdur, olmadığı üçün də həmişə ona qulaq asanlar da yatır.

Mənsur





Həftənin ən çox oxunanları