Yuxarı

“İnsanlar həkimə getməkdənsə, ölməyi seçir”

“İnsanlar həkimə getməkdənsə, ölməyi seçir”

“Səhiyyə sistemini ASANlaşdirmaq lazımdır ”

“Azərbaycan səhiyyəsinin durumu olduqca acınacaqlıdır. Vəziyyət o qədər kəskinləşıb ki, insanlar həkimə gedib şəfa tapmaqdansa ölməyi tərcih edirlər”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)funksioneri Rafiq Daşdəmirli deyib.

O qeyd edib ki, 1970-80-ci illərdə burun-boğaz, kor bağırsaq, öd yollarının cərrahiyyə əməlliyyatı zamanı həkim səhlənkarlığından kiminsə ölməsi barədə xəbər eşitmək mümkün deyildi: “İndi ölüm hadisələri o qədər çoxalıb, adiləşib ki, hətta müharibədə ölənlərin sayından çoxdur. Salyanda üç körpənin, Sumqayıtda balaça uşağın ölumu hamımıza acı yaşatmaqla, həm də səhiyyəmizdəki vəziyyətin nə yerdə olduğunu göstərdı. Bir müddət öncə bir yazımda göstərmişdim ki, səhiyyə sistemini ASANlaşdirmaq lazımdır. Səhiyyə sistemi şəffaflaşarsa, ən azından sistemdəki rüşvətə və həkim səhlənkarlıqlarına aydınlıq gələr. Axır vaxtlar onkoloji xəstəliklərin artması da, ölkədə bu sahədə vəziyyətin də ürəkaçan olmadığının göstəricısıdır. Xəstəliklərin əksəriyyəti qidaların və ekologiyanın çürkli olmasının, stressli həyat tərzinin, ailədaxili, məişət, sosial problemlərin nəticəsidir. Bizim ölkədə səhiyyə və ekologiyaya nəzarət edən qurumlar ağac əkib, xəstəxanaları təmir etdirməklə işlərini bitmiş hesab edirlər”. Rafiq Daşdəmirli ölkə ekologiyasının vəziyyətindən də danışıb:

“Xəzərdəki ekosistemin pozulması, meşə massivlərinin qırılması ekoloji fəlakətin göstəricisidir. Dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Xəzər üçün ən təhlükəli hal isə dənizin tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənməsidir. Bunlardan neft karbohidrogenlərini, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Kür və Araz çayları vasitəsi ilə gələn bu tullantılar xəzəri daha çox ekoloji çirklənməyə məruz qoyur. Bu çür hallara qarşı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin heç bir tədbirinin şahidi olmuruq. ETSN-nin yerli qurumları tam fəalliyyətsizdir”.





Həftənin ən çox oxunanları