Yuxarı

“Bakıdakı “nurçu əməliyyatı” Türkiyədəki hadisələrin məntiqi davamıdır”

“Bakıdakı “nurçu əməliyyatı” Türkiyədəki hadisələrin məntiqi davamıdır”

Arzu Nağıyev: “Bəzən Nursi təliminin davamçılarını da Nurçu adlandırırlar” arzu_nagiyev_260414 Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, sentyabrın 19-da Yasamal RPİ 29-cu PB və MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanıb Evə baxış zamanı, yayılması və təbliği qanunla qadağan edilmiş 3000 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb. Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıblar.   Türkiyədə Fətullah Gülən camaatına məxsus KİV-lərdə yayılan məlumatlarda isə qeyd olunur ki, Bakıda saxlanılan şəxslərin “paralel dövlət”lə heç bir əlaqəsi yoxdur. Bildirilib ki, Bakıda keçirilən əməliyyatda Bədiüzzamanın tələbələrindən olmuş mərhum Mustafa Sumqurun oğlu da saxlanılıb. Səid Yücə sözgüdən əməliyyatla bağlı mətbuata açıqlama verərək yanlışlıq olduğunu bildirib. O, Azərbaycandakı əlaqədar orqanları xəbərdar edərək səhvin aradan qaldırılmasını istəyib və birmənalı şəkildə bildirib ki, əməliyyatda tutulanların “paralel dövlət”lə heç bir əlaqəsi yoxdur: “Təəssüf ki, Bakıda keçirilən əməliyyatda səhv anlaşılma olub. Azərbaycan hüquq mühafizə orqanları tərəfindən “Risaləyi-Nur” oxunan evlərə hücum edilib. Sözügedən evlərdə azərbaycanlılarla yanaşı Türkiyədən qonaq gedən Türkiyə vətəndaşları da olub. “Risaləyi-Nur” əsərləri Türkiyə təhlükəsizlik orqanlarının qadağan etmədiyi əsərlərdir və Dini Qurumlar tərəfindən çap olunur. Prezident Ərdoğan da Azərbaycan hüquq mühafizə orqanlarına əsərlərin cinayət təşkil etmədiyini bildirmişdi”. Yücə onu da qeyd edib ki, təəssüf ki, “paralel dövlətə” mənsub qaynaqlar Türkiyədə olduğu kimi başqa ölkələrdə də ictimaiyyəti və əlaqədar orqanları çaşdırıcı məlumatlar yaymaqdadır. Yücənin sözlərinə görə, 2012-ci ilin dekabr ayında vəfat edən Mustafa Sunqurun Fatehin dəfn mərasiminə prezident Rəcəb Tayyib Ərdoğan birbaşa qatılaraq cənazənin daşınmasına kömək etmişdi. Qeyd edək ki, Türkiyədə və Azərbaycanda nurçu məsələsi arxa plana keçəndən sonra birdən birə əməliyyat tədbirinin baş tutması maraq doğurur.  Bəzi versiyalara görə, burada Ankaranın izi var. MTN Milli Təhlıükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı, politoloq Arzu Nağıyev bildirir ki, MTN və digər hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində məlum olduğu kimi özlərini Nurçu adlandıran 30-a yaxın dini cərəyan üzvü saxlanılıb: “Onlardan külli miqdarda dini vəsait, yəni təbliğat materialları götürülüb. Son vaxtlar Fətullah Gülənin tərəfdarları kimi özlərini qələmə verən və hakimiyyət uğrunda mübarizə yolunu maarifçilikldə görməyi təbliğ edən bu qurumun bir müddət əvvəl Türkiyədə də həbsləri həyata keçirildi. Azərbaycanda da onlara maddi və mənəvi dəstərk olan bir sıra kommersiya, təhsil və digər qurumlar bağlandı. Hətta bəziləri haqqında cinayət işi qaldırırldı. Bəli, bu Türkiyədəki hadisələrin məntiqi davamıdır”. Onun fikrincə, maraqlı məqamlardan biri də odur ki, bəzən Nursi təliminin davamçılarını da Nurçu adlandırırlar: “Lakin onların ibadət formasında və mətləblərində hakimiyyətə maddiyyat qazanmaq yolu ilə gəlmək məqsəd kimi götürülmür.. Öz ibadətləri ilə məşğul olur və sünnü cərəyanının hənəfi məzhəbiini təbliğ edirlər. Düşünürəm ki, bu gün Azərbaycanda hüquq-mühafizə orqanlarının səyi nəticəsində və ümumiyyətlə bu istiqamətdə dövlət strukturları tərəfindən də aparılan siyasət sayəsində elə bir təhlükə yoxdur. Lakin əlbəttə, nəzarət daima lazımdır . Çünki dini qurumlar Azərbaycnda olan tolerantlığı unutmamalıdırlar və bütün dini konfessiyalara diqqətlə və hörmətlə yanaşmalıdırlar. Çünki, bütün beynəlxalaq ictimaiyyətə məlumdur ki, Azərbaycan qədər ikinci bir tolerant dövlət yoxdur”. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, son zamanlar aktuallaşan PKK mövzusu nurçu məsələsini arxa plana keçirmişdi, daha doğrusu, belə görüntü yaranmışdı: “Amma Türkiyə prezidenti Ərdoğanın son çıxışları bunun tam əksinin olacağını göstərdi. Ərdoğan “paralel dövlət”in PKK ilə əlaqəli olduğubu deyəndən sonra bu cür əməliyyatlar gözlənilən idi. Yəni “paralal dövlət” adlanan dini cərəyan daha ciddi təpkilərlə-terror ittihamları ilə üzləşdi. Ona görə də hesab edirəm ki, Türkiyədə nurçulara qarşı aparılan sərt mübarizənin xaricdə də davam etdirilməsi məntiqlidir”. Cavad





Həftənin ən çox oxunanları