Yuxarı

“Əhalinin kütləvi etiraz aksiyalarına getməsi qaçılmazdır, əgər...”

“Əhalinin kütləvi etiraz aksiyalarına getməsi qaçılmazdır, əgər...”

“Azərbaycanda fəaliyyət göstərən banklar kasıb Azərbaycan xalqına yüksək faizlə kredit verib, sonra ödəniş qabiliyyəti olmayan əhalinin əmək haqqı kimi 100-200 manat civarında aldığı məvacibinin məhkəmə vasitəsi ilə 50 faizini tutmaqla xalqın yaşayış durumunu daha da acınacaqlı həddə çatdırırlar”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təşkilat şöbəsinin müdiri Kamil Babayev deyib. K.Babayev bildirib ki, bankları bu soyğunçu kredit siyasətindən ancaq dövlət çəkindirə bilər:

“Əgər bankların bu anormal kredit  "yığımına"  dövlət tərəfindən son qoyulmasa, xalqın irimiqyaslı kütləvi etiraz aksiyalarına getməsi qaçılmazdır. AXCP siyasi təşkilat olaraq əhalinin 3000-qədər olan bank borcunun silinməsi ilə yanaşı 3000-dən yuxarı borclara 3 ilə qədər müddət verib, sonrakı dövr üçün məvacibinin bir qisminin tutulması təklifini irəli sürüb. Çünki xalq artıq çox gözəl bilir ki, onu soyub, bir qarın çörəyə möhtac qoyan banklarların hərəsi bir məmurun inhisarındadır. Ona görə də hesab edirəm ki, bankların "zəli" kredit siyasətinə ancaq dövlət özü son qoya bilər. Mərhum prezident Heydər Əliyevin təbrincə desək, bəzi məmurlar harınlayiblar, qudurublar.  Xalqımız bank timsalında məhz bu cür  harınlamış, qudurmuş qurbanına çevrilib”.





Həftənin ən çox oxunanları