Yuxarı

Ali Neft Məktəbindən intihar edən tələbə ilə bağlı: “1 ay dərsə gəlməyib”

Ali Neft Məktəbindən intihar edən tələbə ilə bağlı: “1 ay dərsə gəlməyib”

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsi intihar edən tələbə ilə bağlı məlumat yayıb. “Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib” deyə məlumatda bildirilir. Cebhe.info xəbər verir ki, BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova bildirib ki,hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır: “İstintaq getdiyindən hadisənin səbəbləri barədə məlumat verilmir. Məlumata görə, o, son vaxtlar özünə qapanıb, son bir ayda dərslərdə iştirak etməyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıb”. BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verir. 4-cü kurs tələbəsi olan Hüseyn son olaraq zarafatla “Merhabalar, ben Hüseyn, 20 yaşındayım, Azerbaycanda yaşıyorum, heç evlənmədim, 18-20 yaş arası taliplerimi bəkliyorum, təşəkkürlər” statusunu yazıb. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları