Yuxarı

Polisə yeni səlahiyyət verildi

Polisə yeni səlahiyyət verildi

Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilib. Cebhe.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər. Layihə səsverməyə çıxarılaraq qəbul olunub.  





Həftənin ən çox oxunanları