Yuxarı

Yeni Günəşlidə qadağan olunan bayraqlar qaldırıldı

Yeni Günəşlidə qadağan olunan bayraqlar qaldırıldı

Dini bayraqlar küçədə gəzdirildi... QMİ susur 

Keçən ilin sonunda Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə qəbul edilib. Layihəyə əsasən islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlər aparması qadağandır. Eyni zamanda ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağan edılir. Şəxsin üstündə gəzdirdiyi dini atributlar istisnadır. "Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər" - deyə sənəddə qeyd olunub. Ancaq bu il keçirilən Aşura mərasimlərimlərində, konkret olaraq, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən "Fatimeyi-Zəhra” məscidi ətrafındakı Aşura mərasimində bəzi adamlar yenə də üzərində dini şüarların olduğu iddia olunan ərəb hərfləri ilə olan yazılarla və şiə imamlarının təsviri olan bayraqları qaldırıblar.

Dini məsələlər üzrə ekspert Vaqif Cəlaloğlu Cebhe.info-ya bildirib ki, buna dövlət qurumları, hüquq-mühafizə orqanları və ilk növbədə bu qərarın hazırlanmasında öz tövsiyəsini verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbərliyi nəzarət etməlidir. Onun sözlərinə görə, QMİ bu işə nəzarət etməli olduğu halda, işini yerinə yetirmir:

"Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişikliyə görə, həmin dini bayraqları məsçid ərazisi istisna olmaqla, küçələrdə gəzdirmək qadağandır. Buna dövlət qurumları, hüquq-mühafizə orqanları və ilk növbədə bu qərarın hazırlanmasında öz tövsiyəsini verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbərliyi nəzarət etməlidir və sözsüz ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitə bunu bir arayış kimi hazırlamalıdır. Təəssüf ki, qərarı verən dövlət qurumudur və dövlət qurumlarından başqa, hüquq-mühafizə orqanlarından başqa, bilavasitə bu sahəyə baxan QMİ-dir.  Hərçənd ki, mən burda bir ştrix etmək istəyirəm. Ona hal-hazırda Qafqaz Müsəlmanları İdarəsi demək olmaz, Azərbaycan Respublikasının Müsəlmanlarının Dini İdarəsi desək, daha yaxşı olardı. Çünki Gürcüstan müsəlmanları rəsmən imtina edib ki, QMİ-nin tabeliyində deyilik. Şimali Qafqaz da rəsmən deyib ki, biz sizin tabeliyinizdə deyilik. Deməli,  ancaq Azərbaycan Respublikasında yaşayan müsəlmanlar qalır. Əgər istəsəydi, dövlətin bu qərarına səmimi qəlbdən inansaydı, onu icra etmək istəsəydi, bunu felən göstərərdi. Təəssüf ki, göstərməyib. Hüquq-mühafizə orqanları sadəcə olaraq, dövlət qurumudur və dövlətin verdiyi qərarın nə dərəcədə yerinə yetirilməsində məsuldur. Biz görürük ki, inzibati orqanlar ümumiyyətlə radikal İslama qarşı tədbirlərdə daha aktiv iştirak edirlər və dövlətin verdiyi qərarlara sadiqlik göstərirlər. Təəssüf ki, biz bunu QMİ-dən görmürük. Bu, bir sirr deyil. Artıq hamı bunu bilir, sadəcə olaraq, bunu mətbuata çıxaran yoxdur”. 

Xatırladaq ki, QMİ məsələyə münasibət bildirmək istəməyib.

Məcid Həsənli





Həftənin ən çox oxunanları