Yuxarı

Ermənilər təmas xəttinə qoşun yeridir

Ermənilər təmas xəttinə qoşun yeridir

Bu gün Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında silahlı qüvvələrimizlə təmas xəttinə qoşun yeridib. Xeyli sayda hərbi texnika, piyada daşıyan maşınların təmas xəttinə yığılması müşahidə olunur. Cebhe.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, günün ikinci yarısında Ağdamın Kəngərli kəndi istiqamətində Ermənistan ordusu hərbi təlimlər keçirib. Müxbirimiz hal-hazırda cəbhə bölgəsindədir. Onun sözlərinə görə, Qarakənd istiqamətindən Ermənistan Ordusuna aid maşın karvanı təmas xəttinə doğru hərəkət edir. Karvanda hərbi texikalar və piyada daşıyan maşınlar da görünür. Bundan başqa ermənilər Ağdamın Şahbulaq, Kəngərli, Qızıllı kəndləri istiqamətində yanğınlar törədib və hal-hazırda da davam edir. Elgün Gəncimsoy, Ağdam  





Həftənin ən çox oxunanları