Yuxarı

Azərbaycanda 120 min erməni yaşayır

Azərbaycanda 120 min erməni yaşayır

Statistika Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, Azərbaycanda 119 min 300 rus qeydiyyatdadır. 1989-cu ildə aparılan siyahıyaalma nəticəsində bu rəqəm 392 min 300, 1999-cu ildə isə 141 min 700 olub. Son statistik rəqəmlərə görə, əcnəbilər arasında Azərbaycanda ən çox məskunlaşanlar sırasında birinci yerdə ermənilər cəmləşib. Azərbaycanda yaşayan ermənilərin sayı 120 min 300-dür. 1989-cu ildə bu rəqəm 390 min 500, 1999-cu ildə isə 120 min 700 olub. Statistikaya görə, ölkəmizdə yaşayan ukraynalılar sayı 21 min 500, gürcülərin sayı isə 9 min 900-dür. Qeyd edək ki, siyahıyaalma 10 ildə bir dəfə aparılır. Sizə təqdim etdiyimiz rəqəmlər 2009-cu ilin statistik rəqəmləridir. Nigar Məhərrəm  





Həftənin ən çox oxunanları