Yuxarı

İslamda qadının dəyəri

İslamda qadının dəyəri

Dinimiz qadını cəhalətin pəncəsindən aldı Ərəblər qızları diri-diri basdırırdı İslam dini gəlməmişdən əvvəl qadına xüsusilə də Ərəbistan yarımadasında heyvan kimi baxırdılar, onu ərəb adətinə uyğun olaraq bazarlarda alıb-satırdılar.Körpə qız uşaqlarını “gələcəkdə fahişə olmaması üçün” və “döyüşüb qənimət gətirə bilməyəcəyi” ehtimalı ilə diri-diri torpağa basdırırdılar. Bir kişi saysız arvadlar ala bilərdi. Onları heyvan kimi döyüb öldürə də bilərdi...Necə ki, islam gəlib nisbətən bu şeyləri aradan qaldırsa da bu adətlər və xüsusiyyətlər bu gün də ərəb ölkələrində qalır. Baxmayaraq ki, bunu bəziləri islamla əlaqələndirirlər, haqsız olaraq.Həmin ittihamları edənlər islamdan əvvəlki durumu oxuyub öyrənsələr, heç zaman islama bu cür ittiham etməzlər.Evlənmə və boşanma adi bir şey idi islamdan əvvəl.Lakin İslam zühur edərək bir çox çirkin adətləri ləğv etdi.Bir qadınla evlənməyi, ədalətə riayət edə biləcəyi və ehtiyaclarını ödəyə biləcəyi təqdirdə dördə qədər qadınla evlənə bilməyin mümkünlüyünü kişilərə icazəli etdi. Boşanmaya da o qədər əhəmiyyət verdi ki, hətta “Qurani-Kərim”də bu barədə xüsusi bir surə, "Talaq", yəni “Boşanma” surəsi nazil etdi. Həmin surənin ilk ayəsində deyilir: " Arvadlarınızı boşadığınız zaman onları gözləmə müddətlərində (aybaşıdan pak olduqdan sonra) boşayın. Gözləmə müddətini iddəni sayın.Onları- açıq-aşkar bir pis iş, zina etməyənə qədər (gözləmə müddəti qurtarmamış) evlərdən çıxarmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın həddləridir”. Habelə ikinci ayədə deyilir: "Bunların, bu qadınların gözləmə müddəti başa çatdıqda barışmaq istəsəniz onları yaxşılıqla (öz yanınızda, kəbininiz, altında) saxlayın, yaxud yaxşlıqla mehrlərini verib yola salın. Sonra aranızda ixtilaf olmasın deyə iki ədalətli şahid tutun.(Siz də ey şahidlər!) Allah üçün doğru şahidlik edin! Bununla Allah və axirət gününə inananlara nəsihət verilir... " Buradan aydın olur ki, humanist şəkildə boşanma tövsiyyə olunur. Hətta gözləmə müddəti deyilən qadınlara məxsus xüsusi haldan pak olmağı gözləmək tövsiyyə olunur ki, qadın həmin vaxt psixoloji və digər cəhətlərdən həssas məqamda olur.Həmin vəziyyətdə cinsi əlaqə islamda yasaq hesab olunur.Çünki bunun bir çox tibbi fəsadları vardır. Həmin surənin 6 cı ayəsində buyurulur: "Onları boşadığınız, lakin gözləmə müddəti sona yetməmiş qadınları imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. Bu qadınları sıxışdırmaq , evdən çıxıb getməyə məcbur etmək məqsədi ilə onlara zərər, əziyyət verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirsə, bari-həmlini yerə qoyana qədər xərclərini verin.Həmin qadınlar gözləmə müddəti qurtardıqdan sonra sizin üçün uşaq əmizdirirlərsə, onların süd haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər).Öz aranızda yaxşılıqla şəriətə müvafiq şəkildə sazişə gəlin. Rəsuli-əkrəm boşanmağı xoş görmürdü Əgər bu məsələdə çətinliyə düşsəniz, (bir-birinizlə razılığa gələ bilməsəniz) onu (uşağı) başqa bir qadın əmizdirə bilər.Varlı-karlı olan öz varına görə süd haqqı versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz.Allah hər bir çətinlikdən sonra asanlıq, yoxsulluqdan sonra dövlət əta edər”. Həmçinin Peyğəmbər buyurur: "Evlənin boşanmayın, həqiqətən siz boşananda Allahın ərşi titrəyir!" "Çalışın, çox doğan zənci qadınlarla evlənin, övladınız çox olsun..." "Evlənmək mənim yolumdur, kim buna müxalifət etsə, məndən deyil" "Evlənən dininin yarısını qorumuş olur."Habelə boşanmağı Peyğəmbər xoş görmürdü.Özü və yaxın ətrafı heç qadın boşamadılar. Nadir hallarda bu baş verdi, o da Allahın iradəsi ilə oldu ki, ümmətə real olaraq, nümunə verərək nəyisə başa salsınlar. Nümunə olmasaydı,cahilərəblər quru hökmlərlə əməl etmirdilər. Boşanandan sonra qadın 3 ay 10 gün iddə deyilən müddəti gözləməlidir.Yəni həmin dövrdə başqa ərə gedə bilməz.Bu həm dövrümüzdəki məhkəmə sisteminin barışıq üçün verdiyi müddətlə müqayisə oluna bilər.Həm də əgər qadın əvvəlki ərindən hamilədirsə, bu müddət ərzində bunun aşkar olması qəbilindəndir.Yoxsa ikinci ərindənmi, birincidənmi olması ziddiyyətə və problemə gətirib çıxara bilər.Bu baxımdan həmin müddət gözlənməlidir.Yuxarıdakı ayələrdən də göründüyü kimi, uşağın anada qalması söz mövzusudur.Yəni, ata onun süd haqqı və digər xərclərini ödəməlidir.Əgər atada qalması deyilirsə, bu o zaman olacaq ki, ananın sosial vəziyyəti və ikinci ailə həyatı qurması buna imkan vermir.İslama görə iki yaşına qədər uşaq südəmərdir və süddən ayırmaq olmaz, deməli, anadan ayırmaq olmaz.Sonrası isə ayədə deyildiyi kimi, razılıqla olmalıdır ki, uşaq əziyyət çəkməsin.Belə ki, uşağın nə qədər anaya ehtiyacı var, o anada qalmalıdır.Sonra isə həddi-buluğa çatanda azaddır.Boşanma ümumiyyətlə, islamda mənfi qarşlanır.Əksinə, islamda evlənmək, hətta çox evlənmək tövsiyyə olunur.Lakin bununla yanaşı boşanmaq da həyatın qanunlarındandır və bəzən qaçılmazdır.İslam buna da yer verir və şərtlərini yuxarıda qeyd etdiyimiz şəkildə izah edir.Talaq, yəni, boşanma zamanı da iki ədalətli şahid tələb olunur.Həmçinin qadının mehriyyəsi verilir, xərci və sair çıxarları qarşılanır.Bu gün boşanmaların geniş vüsət alması bir çox səbəblərdən baş verir. Xüsusilə, qeyd edim ki, din adamları və ruhanilərin çoxu da islamı-dini cəhətdən evlilik və ailə şərtlərini olduğu kimi izah etmirlər, ona görə də çox zaman elə dindarların öz aralarında da əcaib evliliklər, siğələr, boşanmalar baş verir. Kəbini “ucuzlaşdıran” axundlar Axundların çoxu 20 manat müqabilində kimə gəldi, necə gəldi kəbin kəsirlər.Çox vaxtı rəsmi nikah olmadan, şahidsiz bunu icra edirlər.Evlənməni, kəbini, dini nikahı bu qədər ucuz edir və adiləşdirirlər, nəticədə də ölkəmizdə boşanmalar artır.Təm təfsilatı ilə aydınlaşdırılmadan oxunan dini kəbinlərin çoxu boşanma ilə nəticələnir.Bunda da günahkar bəzi qeyri-ciddi ruhanilərdir.Ölkə qanunlarına görə rəsmi nikah olmadan heç kəs heç kəsi rəsmən ər-arvad elan edə bilməz.Lakin çox zaman biz bunun əksi ilə qarşılaşırıq.Bu və bu kimi amillər də sonradan boşanmalara yol açır.Sonra, hətta yenə boşananda da gedib həmin "ağanın nəzirini" verib talaq oxutdururlar. Boşanan xalqın övladları, qazanan isə Mirzə Ələkbər Sabirin tənqid etdikləri olur... Ona görə də rəsmi dövlət nikahı olunmadan dini kəbin etməyin bəzi çətinlikləri ortaya çıxır. Sonra miras bölgüsü və s. proseslərdə axund gəlib ev bölməyəcək ki... Bunu məhkəmə orqanı həyata keçirir.Ona görə də qeyri-ciddi evliliklərə, rəsmi nikahı olmayanlara dini kəbin kəsmək çox vaxt mənfi nəticələrə gətirib çıxarır.Hesab edirəm ki, bu məsələyə diqqət olunsa, evliliklər daha ciddi məsələ kimi qəbul olunsa, ruhanilər də bəzi incə nüanslara diqqət etsələr, boşanmaların da sayı azalar.Çox zaman boşanmaları sosial problemlərlə bağlayırlar.Şübhəsiz ki, kasıblığın, imkansızlığın, maddi ağır durumun da burada rolu böyükdür.Ancaq ən əsası hesab edirəm ki, nikah bağlanarkən, o nikahın, o əqdin, o izdivacın ilahi mahiyyətinin fərqinə varılsa fəsad və boşanmalar baş verməz.Baş versə də adi və qeyri-ciddi bir şey səbəbindən baş verməz.İslamda boşanmaya səbəb olacaq bir neçə səbəb vardır ki, onlar olduqda tərəflərin buna imza atması qəbulediləndir.Yəni nikahı poza bilərlər. Ruhi xəstəlik, xora-yəni yoluxucu dəri xəstəliyi ki, daimidir, bərəs-yəni alaca xəstəliyi, korluq, zarıncı olmaq-yəni psixi cəhətdən həyat yoldaşına əzab vermək,cinsiyyət orqanında əlaqə üçün ciddi maneə olduqda. Yəni bunlar evlənənlərdə əvvəldən gizlədilib sonradan məlum olarsa, tərəflərin nikahı pozmağa hüquqları vardır. Ancaq deyilmir ki, pozmalıdırlar! Əsla.Sadəcə olaraq, ixtiyar sahibidirlər.Bir də evlənmək haram olan, naməhrəm sayılan qadınlarla səhvən evlənənlər dərhal boşanmalıdırlar.Ana, bacı, xala, bibi, bacı qızı, qardaş qızı, qayınana, nənə və bu kimi.Atasının qıraq bir yerdə aldığı arvaddan olan qızı ilə təsadüfən evlənmək kimi hallarda dərhal ayrılmalıdırlar.Kəbin oxunarkən ona görə ana və ata adlarına diqqət olunmalıdır ki, tərəflərin valideynləri məlum olsun və eyni olmasınlar.Kişi üç dəfə arvadını boşayıb sonradan qayıdıbsa, dördüncü dəfə nikah edə bilməz həmin qadınla. Çünki bu həm şəriətlə, insan taleyi ilə,həm də həyatın qanunları ilə oyun oynamaqdır. Ona görə də islam həmin oyun oynayan şəxsin qarşısına çox ağır və öz əməlinə müvafiq də tələb qoyur. Həmin qadını o zaman dördüncü dəfə ala bilərsən ki, o başqa birisindən yenidən boşanmış olsun.Təbiidir ki, bu da çox ağır və ağrılı prosesdir.Məlum məsələdir ki, həmin qadın da dördüncü dəfə ərindən boşanmaz, boşansa da beşıncı dəfə onu üç dəfə boşayan şəxsə ərə getməz. Yəni, islam hər cür incəliyə diqqət yetirir və açıqlama verir, hikmətini nümunələrlə elmi şəkildə izah edir. Evli qadın səhvən ikinci kişiyə nikah edilərsə bu haramdır və nikah batildir.Ümumiyyətlə, islamda evlənmə və boşanma xüsusi diqqət olunan məsələlərdəndir. Bu baxımdan da aidiyyatı üzrə az və əsas hissəsini qeyd etdik. Tural İrfan  





Həftənin ən çox oxunanları