Yuxarı

Hökumət sovet dövrünə qayıdır

Hökumət sovet dövrünə qayıdır

Müəllimlər, həkimlər zorla pambıq yığımına göndərilir Qubad İbadoğlu: “Ölkə inzibati üsullarla idarə olunur” Sevgim Rəhmanov: “İcra başçıları özlərini xan kimi aparır” Bir neçə gündür ki, medianın gündəmini pambıq sahələrinə cəlb edilən dövlət qulluqçularının fotoşəkilləri zəbt edib.Öncə təhsil, sonra səhiyyə işçilərinin pambıq tarlasındakı şəkilləri yayıldı.Növbəti şəkil Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşlarından gəldi.Göyçayda Mərkəzi Xəstəxananın işçilərinin pambıq yığımına cəlb edilməsi şok effekti yaratdı desək, bəlkə də yanılmarıq.Bu məsələ ictimaiyyətdə geniş müzakirəyə səbəb oldu və bu, birmənalı qarşılaqmadı. Məsələyə münasibət bildirən Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva  faktı təsdiqləyərək bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən səhiyyə işçiləri pambıq yığımına kömək edib. Təbii ki, sonradan Göyçay rayon İcra Hakimiyyətinin bu faktı təkzib etməsi gözlənilən idi.Az keçmədi ki, Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşlarının da pambıq yığımına cəlb edilməsini əks etdirən fotoşəkillər yayıldı. Məsələyə münasibət bildirən Saatlı rayon mədəniyyət və turizm şöbəsi müdirinin katibəsi Könül İmanova da faktı təsdiqləyib. O qeyd edib ki, mədəniyyət işçilərinin pambıq yığmağa getməyi barədə tapşırıq rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilib. Məsələnin maraqlı görünən tərəfi fermerin pambıq sahəsinə dövlət qulluqçusunu necə aparıb çıxarmasıdır.Aydın məsələdir ki, fermerin dövlət qulluqçusunu pambıq sahəsinə aparmaq kimi səlahiyyəti yoxdur.Burda həmçinin bir kolxoz ənənəsindən də istifadə edilir.Bu da onu göstərir ki, həmin pambıq sahələri ya icra hakimiyyətlərinin özlərinin, ya da hansısa məmur oliqarxın sahəsidir. “Polislər, hərbçilər də yığıma cəlb oluna bilər” İqtisadçı Qubad İbadoğlu “Cümhuriyət”ə bildirib ki, bu ənənə sovet dövründən qalma yanaşmadı: “Ölkə inzibati üsullarla idarə olunur. Həmin dövrün yanaşması ilə də Azərbaycanda pambıq yığımına həkimlər, müəllimlər, mədəniyyət işçiləri cəlb olunurlar.Bu da onu göstərir ki, hakimiyyətin həkimlərə, müəllimlərə, mədəniyyət işçilərinə verdiyi dəyər bundan ibarətdir.Onları pambıq yığmaq səviyyəsinə qədər aşağı dəyərləndirirlər. Təbii ki, insanlar da qorxur, çəkinir, iş yerlərini itirmək istəmirlər. Bu səbəbdən də məcburdurlar ki, onlar yuxarı təşkilatların verdiyi əmrləri yerinə yetirsin. Onların iş yerlərini itirmək qorxusu olmasaydı, yəqin ki, pambıq yığımına getməzdi. Bütün bunlarla irəli getmək mümkün deyil.Sahələrə aparılan şəxslərin pambıq yığmaq təcrübəsi varmı?Xüsusilə də bu cür hava şəraitində o pambığın yığımını təmin etmək mümkün olacaqmı?Suallar çoxdur.Hər halda görünür, hakimiyyət eksperiment aparıb bu gün müəllimləri, həkimləri, mədəniyyət işçilərini pambıq yığmağa aparırsa, pambıq sahələrini genişləndirmək siyasətini nəzərə alsaq, yəqin ki, sabah dövlət qulluqçuları, hərbçilər, polislər də bu prosesə cəlb oluna bilərlər”. “Bu, başqasının əməyini mənimsəməkdir” İqtisadçı burada əmək hüquqlarının pozulduğunu da qeyd edib: “Fakt ondan ibarətdir ki, həmin fermerin və ya oliqarxın pambığı yığmaq üçün texniki avadanlığı, eləcə də müəyyən işçi qüvvəsi yoxdursa, əvvəldən pambıq əkməli deyil. Əgər pambıq əkirsə və onu yığmaq üçün bu vasitələrdən istifadə edirsə, deməli, burada yalnız fermeri günahlandırmağa dəyməz.Çünki fermerin özünün birbaşa həmin şəxsləri bu prosesə cəlb etməyə nə səlahiyyəti, nə də hüququ var. Bu, başqasının əməyini mənimsəməkdir.Bu da idarəetmə sistemində yəni, həkimlərin, müəllimlərin və mədəniyyət işçilərinin işinin pozulmasına gətirib çıxardır.Burda tək pambıq yığımı deyil, həm də insan haqları ilə bağlı məsələ var.Pambığın yığımına 10-15 qəpik verilir.Yığılmış xammal pambıqtəmizləmə zavoduna fermerə 50 qəpikdən verilir”. “Fermerləri aldadırlar” Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanov “Cümhuriyət”ə bildirib ki, bazar iqtisadiyyatı imkanı olan şəxsin gedib fermerə kömək edib işlədiyi müddətin əməkhaqqısını almağa imkan verir: “Bu, həmin insan üçün ayrıca qazanc mənbəyidir. Amma hansı dövlət qulluqçusunun bazar siyasəti dövründə fermerlərə kömək məqsədilə inzibati qaydada pambıq yığmağa göndərilməsi qanunaziddir, qanunla cəzalanmalıdır.İcra başçısının göstərişilə səhiyyə işçilərinin pambıq yığımına göndərilməsi, həmin pambıq sahələrinin məmurlara aid olduğunu deməyə əsas verir.Əvvəllər iməcliklər var idi, icra orqanlarına qabaqcıl olduqlarını demək üçün rayon fermerlərinin topladığı pambığın çəkisini deyirdilər.Əslində bu da qanunsuz idi”. Birlik sədri deyib ki, regionlarda icra başçıları özlərini xan kimi aparırlar: “İnanmıram ki, aidiyyəti dövlət qurumlarının icra hakimlərinin bu əməllərindən xəbəri olmasın. Necə ki başqaları cəzalanır, onlar da elə cəzalanmalıdırlar.Əgər onlar cəzalanmırsa, deməli, aidiyyəti orqanların xəbəri var. Burda bəzi müəmmalar var, bu məsələdə nə desək, fərziyyə olar.Amma qanunla bunu, hüquq-mühafizə orqanları araşdırmalıdır.Pambıq alışını ayrı-ayrı sahibkarlar həyata keçirirlər. Əgər pambığın alış qiymətində fermerləri aldadılırsa, gələn il həmin fermer pambıq əkməyəcək. Bu zaman dövlətin qarşıya qoyduğu pambıqçılığın inkişafına dair məsələ bu sahəni əvvəlki illərdəki kimi tənəzzülə uğradacaq”. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları