Yuxarı

Pensiyalar niyə gecikdirilir? - “Cəmiyyəti çaşdırmağa yönələn şayiə...”

Pensiyalar niyə gecikdirilir? - “Cəmiyyəti çaşdırmağa yönələn şayiə...”

Son günlər təqaüdçülər təqaüdləri vaxtında ala bilmədiklərindən şikayətlənir. Onların sözlərinə görə, pensiyaların verilməsində gecikmə müşahidə olunur. Cebhe.info Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Elman Babayevdən məsələyə münasibət öyrənib. “Azərbaycanda pensiyaların etibarlı maliyyə təminatı sistemi mövcuddur və cari ilin ötən dövründə əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi vaxtı-vaxtında yerinə yetirilib. Hər ayın 20-25-dən gec olmayaraq, pensiya vəsaitlərinin əmək pensiyaçılarının şəxsi hesablarına köçürülməsi tam təmin edilib”,- deyə nazirlik rəsmisi bildirib. E.Babayev bu ay da respublikada əmək pensiyalarının qrafikdə nəzərdə tutulduğundan əvvəl maliyyələşdirilməsi işlərinin aparıldığını deyib: “Bakı, Naxçıvan, Sumqayıt, respublika tabeli digər şəhərlərdə, o cümlədən məcburi köçkünlərin məskunlaşdığı rayonlarda oktyabr ayı üçün bütün pensiyaların maliyyələşməsi vaxtından əvvəl başa çatdırııb. Yaxın bir neçə gündə isə artıq bütün bölgələr üzrə pensiyaların maliyyələşdirilməsi tam başa çatacaq. Yayılan məlumatlar cəmiyyəti çaşdırmağa yönələn əsassız şayiədən başqa bir şey deyil”. Nigar Məhərrəm





Həftənin ən çox oxunanları