Yuxarı

Generalları Mahmudovu ələ verdi

Generalları Mahmudovu ələ verdi

Sabiq MTN şefinin həbsi gündəmə gəldi Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında yaşanan hadisələr fərqli macralara yönəlir. Sabiq MTN şefi Eldar Mahmudov və onun cinayətkar dəstəsinin üzvləri haqqında istintaq əməliyyatın davam edir. Amma hər zaman ictimaiyyəti mediaqı düşündürən suala cavab yoxdur: Mahmudov niyə həbs olunmur? Hələ ki Mahmudov ev dustaqlığındadır. Ancaq hadisələrin inkişafı  Eldar Mahmudovun artıq hədəfə gəldiyini göstərir. Sabiq nazirin hələ də həbs olunmamasın müəyyən səbəblərlə bağlıdır. Əsas diqqət çəkən məsələ isə sabiq MTN şefinin əlində olduğu deyilən yüksək rütbəli məmurlara aid “porno kasetlər”dir. Hesab olunur ki, Mahmudovun bu və buna bənzər digər “özünümüdafiə” materiallarına görə həbs edilmir. Lakin gələn məlumatlardan aydın olur ki, Mahmudov bu dəfə ev həbsilə canını qurtara bilməyəcək. Sabiq MTN şefi yaxın günlərdə həbs olunacaq. Sabiq nazirin hədəfə çevrilməsi isə onun qudası və iş ortağı  Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin məhkəməsinin yekunlaşması ilə bağlıdır. Belə ki, sabiq bankirin məhkəmədə Eldar Mahmudov haqqında vacib istintaq məlumatların verdiyi qeyd olunur. Bu məlumatlar istintaq sirri olduğu üçün hələ ki, ictimaiyyətə açıqlanmır. Ancaq bu prosesin də tez bir zamanda yekunlaşacağı və məlumatların müxtəlif vasitələrlə ictimaiyyətə sızdırılacağı gözlənilir. Yaxın günlərdə “düymə basılacaq” Eldar Mahmudovun həbs olunması üçün kifayət qədər dəlil və sübutlar var. Ancaq hələ ki, sabiq MTN şefi özünü qorumağı bacarır. Ən azından mövcud vəziyyət bunu deməyə imkan verir. Eldar Mahmudovun rəhbərlik etdiyi cinayətkar dəstənin demək olar ki, bütün üzvləri həbs olunub. Ancaq sabiq nazirin hələ də azadlıqda olması elə həmin dəstənin üzvlərinin də narazılığına səbəb olub. Təsadüfi deyil ki, cinayətkar dəstənin üzvü, ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri, hazırda həbsdə olan general Teymur Quliyev istintaq zamanı rəhbərlik etdiyi mərkəzin sahibkarların telefon danışıqlarını nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini bildirib. Bu və buna bənzər ancaq ictimaiyyətə hələ ki, açıqlanmayan ifadələrdən sonra yenidən hədəfə gələn sabiq nazirin tezliklə həbs olunacağı gözlənilir. “MTN məsələsi”nə nöqtə qoyulur Bütün bunların fonunda son günlər mediada Eldar Mahmudovun törətdiyi cinayətlər haqqında geniş yazılar dərc olunur. Bütün yazılan informasiyalarda isə əsasən MTN işi üzrə həbs olunan dəstənin üzvlərinin verdiyi ifadələrə istinad olunur. Məhkəmədə verilən istintaq ifadələrinin hələ ictimaiyyətə məlum olan hissəsini nəzərə alsaq Eldar Mahmudovun yaxın günlərdə həbs olunacağına heç bir şübhə yeri qalmır. Belə məlum olur ki, sabiq nazirin özünümüdafiə üçün hazırladığı bütün materiallar da artıq heç bir fayda verməyəcək. Qeyd edək ki, Eldar Mahmudov ötən ilin 17 oktyabr tarixində vəzifəsindən azad olunub və onun rəhbəri olduğu cinayətkar dəstə haqqında cinayət işi açılıb. MTN-nin ləğv olunmasından bir il keçməsinə baxmayaraq hələ də istintaq işi yekunlaşmayıb. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, yaxın günlərdə Eldar Mahmudovun həbs olunması ilə MTN məsələsinə birdəfəlik nöqtə qoyulacaq. Vilayət Muxtar  





Həftənin ən çox oxunanları