“Seysmik baxımdan ölkənin bir sıra ərazilərində hazırda aktivlik müşahidə edilir. Xüsusən də Xəzər dənizi, Şamaxı-İsmayıllı, Şəki-Balakən, Daşkəsən-Gəncə ərazilərində seysmoloji aktivlik nəzərə çarpır”. Bu sözləri Cebhe.info-ya açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidməti Vüsalə Rafikqızı deyib. V.Rafikqızının sözlərinə görə, bu ərazilər üçün hiss olunan və olunmayan yeraltı təkanların baş verməsi normal haldır: “Gün ərzində dəfələrlə seysmik aktivlik olan ərazilərdə yeraltı təkanlar qeydə alınır. İctimaiyyətə isə 3 baldan yuxarı olan yeraltı təkanlar haqda məlumat verilir”. V.Rafikqızının sözlərin ə görə, ötən gün İmişlidə 4,5 bal gücündə baş verən zəlzələ episentr və ətraf rayonlarda müəyyən qədər hiss olunub. Ölkəmiz üçün xarakterik olan yeraltı təkanların baş verməsinin əsas səbəbini isə V.Rafikqızı belə izah edib: “Yeraltı təkanların baş verməsi litosferdə baş verən hadisələrlə əlaqədardır. Bakı ərazisində ən çox Xəzərdə yeraltı təkanlar qeydə alınır. 2000-ci ildə Xəzərdə, 2014-cü ildə Hacıqabulda baş verən zəlzələ Bakını silkələmişdi”. V.Rafikqızı xırda təkanların baş verməsinin əslində müsbət hal olduğunu deyib: “Xırda yeraltı təkanların baş verməsi böyük fəlakətlərin qarşısını alır”. Xatırladaq ki, Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli isə Azərbaycanda güclü zəlzələlərin gözlənilmədiyini proqnoz edib: “Ölkəm iz kifayət qədər seysmoloji aktiv zonada yerləşir. Hər gün xırda təkanlar qeydə alınır. Lakin ölkəmizdə güclü, dağıdıcı zəlzələlər gözlənilmir”. Nigar Məhərrəm
- Ana səhifə
- Cəmiyyət
- Azərbaycanda dağıdıcı zəlzələ gözləntisinə rəsmi açıqlama
Azərbaycanda dağıdıcı zəlzələ gözləntisinə rəsmi açıqlama
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi