Yuxarı

Dağılan ailələr, ortada qalan uşaqlar

Dağılan ailələr, ortada qalan uşaqlar

Ağamirzə Bağırov: “Qanunvericilikdə belə bir göstəriş yoxdur ki, uşaq anada qalmalıdır” Son zamanlar cəmiyyətdə boşanmaların sayı həddən ziyadə artıb.Təbii ki, problemin müxtəlif obyektiv və subyektiv səbəbləri var. Boşanmalarda ən çox əziyyəti övladlar çəkir.Onların baş verən problemdən aldıqları psixoloji zərbənin təsiri illərlə getmir.Boşanma ilə bağlı həyata keçirilən məhkəmə proseslərində ən çox mübahisə edilən məsələ məhz övladlarla bağlıdır.Hər iki valideyn övladlarının onun yanında qalmasını tələb etsə də anadan fərqli olaraq ata bu tələbi yalnız sözdə edir.Çünki bütün hallarda övlada baxan, onu himayəsinə alıb böyüdən də məhz analar olur. Bəzən boşanan cütlüklər bir-birlərinə qarşı təzadlı iddialarla məhkəməyə müraciət edirlər.Daha çox isə kişilər boşamaq istədikləri qadına qarşı olmayan iddialarla çıxış edirlər.Məhkəmə tərəfi isə kişinin haqlı olduğunu hesab edərək, onun xeyrinə qərar verir və hətta övladının onda qalmaq şansı artır.Nəticədə isə yenə də əziyyət çəkən uşaqlar olur.Ümumiyyətlə, uşaq hansı hallarda ana və ya atada qala bilər?“Cümhuriyət” qəzeti bu məsələni boşanma prosesi ilə məşğul olan hüquqşünas-vəkillə aydınlaşdırıb. Vəkil Ağamirzə Bağırovun sözlərinə görə, nikahın pozulmasına dair qanunvericilikdə nəzərdə tutulur ki, əgər ana və atanın övladları varsa, azyaşlıdırsa, bu proses məhkəmə qaydasında pozulmalıdır: “Məhkəmə qaydasında pozulanda Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbləri var. İlk olaraq nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməlidirlər. Çünki həm Konstitusiyada, həm də qanunvericilik aktlarında uşağa aid olan hüquqlar var. Qanun daha çox uşağın mənafeyini üstün tutur.Ona görə də ilk növbədə məhkəmə valideynlərin yanında qalma, daha sonra isə aliment məsələsini həll edir. O hallarda uşaq ata və ya anada qalır: Azyaşlı uşaqlar əgər 10 yaşına çatmayıblarsa, Ailə Məcəlləsində də birbaşa göstəriş var ki, rayon İcra Hakimiyyətində yeniyetmələrin işləri üzrə komissiya ata və ananın sosial vəziyyətini öyrənir. Bundan əlavə onların bağlı olduğu halları araşdırır. Uşağın kimdə qalmasını məqsədəuyğun hesab edir.Bu ayrıca araşdırmadı.Yəni, məhkəmə işi dayandırıb komissiyaya göndərir.Əgər həqiqətən də ya ata, ya da ana aldığı sosial müavinətə görə uşağın öhdəliklərini yerinə yetirə biləcəksə, o övladın kimdə qalmasını məqsədəmüvafiq müəyyən edir.Yaxud da atada qalmasını məqsədəuyğun hesab edə bilər.Bundan başqa uşaq iki və ya üçdürsə, hansının sosial vəziyyəti yaxşıdır və uşağa baxmaqda məsuliyyətlidirlərsə, onda uşaqların birinin anada, digərinin atada qalması məqsədəuyğun hesab olunur.Ümumiyyətlə, qanunvericilik aktında belə bir göstəriş yoxdur ki, uşaq anada qalmalıdır.Əsasən nikah pozulan zaman uşağın kimdə qalması məsələsini məhkəmə həll edir.Məhkəmə komissiyanın müvafiq rəyini aldıqdan sonra o yenidən araşdırmasını davam etdirir.Ehtiyac yaranarsa, məhkəmədə komissiya üzvü dindidrilə bilər.Ümumi qayda bu cür mövcuddur”. Vəkil qeyd edib ki, Azərbaycanda 99 faiz uşaq anada qalır. Bu praktikadır: ”Ancaq reallıqda baxmayaraq ki, ananın yaşama yeri yoxdur, vəziyyəti ağırdır, uşağı saxlamağa çətinlik çəkir. Hüquq-mühafizə orqanları birmənalı olaraq uşağı anaya verir. Bu tip mübahisəli məsələlər Apellyasiya və Ali Məhkəmədə uzun bir müddət çəkir. Baxırsan ki, doğrudan da bəzi analar öz uşaqlarını atanın isti ocağından ayıraraq onları çox ağır olan sosial vəziyyətə salırlar. Uşaq ola bilsin, əlverişli şəraitdə ata ilə olsun. Amma məhkəmə buna getmir. Çox nadir hallarda, mində bir hal ola bilər ki, məhkəmə uşağı ataya versin”. Alçina Amilqızı  





Həftənin ən çox oxunanları