Yuxarı

Fətullah Gülənin Bakıdakı ən məşhur restoranı bağlandı

Fətullah Gülənin Bakıdakı ən məşhur restoranı bağlandı

“Günaydın” restoranlar şəbəkəsi fəaliyyətini dayandırdı FETÖ-yə bağlı olduğu deyilən restoranlar şəbəkəsinin Azərbaycandakı fəaliyyəti dayandırılıb. Cebhe.info-nun xəbərinə görə, bu gün günorta saatlarında Şixəli Qurbanov- 1 ünvanında yerləşən “Günaydın” restoranı bağlanıb. Ölkənin ən bahalı xidmət obyektlərindən biri olan məkanın bağlanmasına ilkin səbəb kimi restoranın Fətullah Gülənin biznes şəbəkəsinə aid olması göstərilir. Restoranda olan Cebhe.info əməkdaşı məkanın artıq fəaliyyət göstərmədiyini müşahidə edib. Sualları cavablandıracaq səlahiyyətli nümayəndənin də məkanda olmadığı bildirilib. Ümumiyyətlə, restoranda xidmət personalından da heç kəs olmayıb. Restoranın bütün avadanlığı boşaldılaraq naməlum istiqamətə aparılıb. Nigar Məhərrəm





Həftənin ən çox oxunanları