Yuxarı

İrandan gələn “ağ ölüm”ə açıq yol

İrandan gələn “ağ ölüm”ə açıq yol

Ticarətə nəzarət edən güclər harda toplaşıb?

İran - Azərbaycan gömrük məntəqələrində üzərində narkotik maddələr keçirmək istəyən vətəndaşların saxlanılması barədə mətbuata ara-sıra məlumatlar daxil olur. Gömrük əməkdaşlarının həyata keçirdiyi bu kimi əməliyyatlar Dövlət Gömrük Komitəsinin hesabatı formasında qurumun rəsmi saytında yerləşdirilir, ya da media orqanlarına ötürülür.

Sərhəddə narkotik ticarəti

Narkotik tacirlərinin gömrük postlarına axın etməsindən çıxan məntiq və yaranan ehtimal budur ki, səhəd-nəzarət, gömrük məntəqələrində narkotik ticarəti gedir. Sərhəddə vəziyyətin bu cür olmasını göstərən xırda bir detal var: əvvəllər narkotik tacirləri gömrük məntəqələrindən yox, İran - Azərbaycan sərhədlərinin boş sahələrindən istifadə edirdilər və Dövlət Sərhəd Xidmətinin qulluqçuları tərəfindən ələ keçirirdilər. İndi məlum olmayan səbəbdən narkotik tacirləri gömrük və sərhəd-nəzarət məntəqələrinə üz tutublar. Bu da o ehtimalı yaradır ki, müəyyən səviyyələrdə proses nəzarət altındadır. Əks halda heç bir narkotik taciri əlini-qolunu sallayıb, nəzarətin olduğu məntəqədən keçməyə cəhd etməzdi. Kimlərsə, naməlum əllər tacirlərin hərəkəti üçün maneələri aradan qaldırır.

Kiçik görünən qlobal məsələ

İrandan Azərbaycana hər gün onlarla içində ərzaq və digər məişət avadanlıqlarının, meyvə-tərəvəz, ət məhsullarının, ədviyyatın olduğu bildirilən yük maşınları gəlir. Həmin maşınların içində narkotik maddələrin olmadığının qarantiyası yoxdur. Təhlükəsizlik üzrə ekspertlər və kriminalistlər bu ehtimalı təkzib etmirlər. Nəzərə alsaq ki, Avropa, ABŞ və Kolumbiyanın ən güclü narkotik kartellərinin Əfqanıstandan Amerikaya çəkdikləri qlobal “narkotik ticarəti yolu” Azərbaycandan keçir, İran da bu xəttin üzətində yerləşir, demək ki, prosesə nəzarət daha geniş miqyasadır. Yəni beynəlxalq səviyyədə olan bu ticarətə nəzarət məhdud çərçivədə göz yumulmur, Azərbaycan və İrandan keçməklə Əfqanıstandan Amerikaya uzanan yolların üzərindəki maneələrin aradan götürülməsi mexanizmi bir mərkəzdən idarə olunur.

Azərbaycan departamentin hesabatında

ABŞ Dövlət Departamentinin 2015-ci il Əfqanıstan - Amerika yolunun üzərindən həyata keçirilən narkotik ticarəti barədə hesabatında da Azərbaycanın adı çəkilir. Hesabatda Əfqanıstandan müxtəlif səpkili narkotik maddələrin hazırlanması üçün milyardlarla ton xammalın bir sıra dövlətlərin üzərindən Avropaya buradan da Amerikaya çatdırıldığı diqqətə çatdırılır. Türkiyədə bu yol haçalanır. Bir istiqamət Yaxın Şərq və Qərbi Afrikaya, digər istiqamət isə Avropaya, buradan da narkotik maddələrin hazırlanması “laboratoriya”sı adlandırılan Kolumbiyaya uzanır. Hesabata görə, Suriyada savaşın başlamasında sonra Yaxın Şərqdə narkotik maddələrə olan tələbat daha da artıb. Maraqlıdır ki, Yaxın Şərqdə bu maddələrin əsas alıcıları İŞİD, “ən-Nüsra”, “əl-Qaidə” və digər terror təşkilatlarıdır. Hesabatda Azərbaycanla yanaşı daha 89 ölkənin bu ticarətdə iştirakından bəhs olunur.

Xətlərə nəzarət edən rotalar

Xətt Əfqanıstandan İrana, buradan Türkiyə, yaxud Azərbaycan, Gürcüstan, Qara dəniz, Balkan dövlətləri və Şərqi Aralıq dənizindən Amerikaya uzanır. Azərbaycan və Gürcüstandan Türkiyəyə çatdırılan narkotikanın böyük bir hissəsi Qərbi Avropaya göndərilir. Yayılan məlumatlara görə, hətta xammal, yaxud hazır narkotik vasitələrin ekspertizası üçün İran - Türkiyə gömrük məntəqələri yaxınlığında gizli və peşəkar laboratoriyalar fəaliyyət göstərirlər.

Əfqanıstan - Türkmənistan - İran - Azərbaycan - Gürcüstan xətti üzərindən Türkiyə vasitəsilə Avropaya əsasən tiryək və heroin aparılır. Qərbi Avropa bazarlarına “Balkan rotası” nəzarət edir və məhsulları da bu rota çatdırır. Azərbaycan - Gürcüstan - Rusiya - Ukrayna xətti üzərindən həyata keçirilən ticarətə nəzarət isə “Şimal rota”sının əlindədir. Departamentin hesabatında bu məsələ öz əksini tapır. Azərbaycan Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya (dəniz yolu) -Avropa xəttinin üzərində yerləşir. Bu ticarətin ikinci xəttidir. Birinci və ən qısa xətt Əfqanıstan - Türkmənistan - İran - Türkiyədir. İkinci xəttin bir hissəsi Gürcüstan üzərindən Ermənistana keçir. Kartellər üçün Ermənistan da “narkotik plantasiyası” hesab olunur. İşğal olunmuş Dağlıq Qarabağda ermənilərin saldıqları plantasiyalarda yetişdirilən məhsullar da bu xətt vasitəsilə Avropaya daşınır. İkinci xətt Gürcüstan - Ermənistan - Türkiyə xəttinə ayrılır. Təsadüf deyildi ki, ikinci xətt vasitəsilə Azərbaycandan Gürcüstana aparılarkən 2014-cü ilin dekabrında 3 ton heroin aşkar olundu. Heroin təyinat ölkəsi olaraq Türkiyəyə oradan da beynəlxalq bazara çıxarılmalı idi. 2016-cı ilin martında isə İrandan Ukraynaya yarım tona yaxın heroin (486 kq 698 qr) aparan yük maşını Azərbaycanda saxlanıldı.

Ticarətə nəzarət edən güclər

Avropa və Amerikadakı (Kolumbiya) peşəkar laboratoriyalarda hazırlanan maddələr yenidən geri kanal vasitəsilə Türkiyəyə qaytarılır və burada bölünür. Hazır maddələr İran və Türkiyə vasitəsilə Yaponiya, Çin və Cənubi-şərqi Asiya dövlətlərinə göndərilir. Məhsulların bir qismi Azərbaycan bazarlarına da çıxarılır. Cənubi Amerika və Qərbi Afrika da kuryer funksiyasını yerinə yetirir. Gizli ticarətə nəzarət Qərbi Avropa, ABŞ və Kolumbiyanın ən güclü narkotik kartelləri tərəfindən həyata keçirilir. Beynəlxalq təhlükəsizliyin və marşrutda hərəkətin asan təmin olunmasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyətindən də bəhs olunur.

Əfqan





Həftənin ən çox oxunanları