Yuxarı

Arif Paşadan Hadi Rəcəbliyə sərt təpki

Arif Paşadan Hadi Rəcəbliyə sərt təpki

Deputat Hadı Rəcəbli müəllimləri hədəf seçməsindən sonra bu dəfə də Qarabağ əlillərini hədəfə alıb. Belə ki, deputatın  Qarabağ əlillərinin, müharibə veteranlarının dərman və nəqliyyatdan pulsuz isitfadəsi barədə danışarkən “Bu populizmdir, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?!  

Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı” deməsi Qarabağ əlillərinin hiddətinə səbəb olub. 

Qarabağ qazisi, Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa Cebhe.info- açıqlamasında millət vəkilinin bu mövqeyini hökumətin mövqeyi kimi qiymətləndirib:

“Bu sözləri ancaq Azərbaycan “deputatı” deyə bilər. Bu insanların qollarından tutub döyüşə, vətəni qorumağa aparmayıblar. Bu insanların çoxu eli-obası, vətəni üçün könüllü şəkildə döyüşüb. Onlar bu vətən üçün döyüşüb, bu hakimiyyət də bunu dəyərləndirməlidir. Ona qayğı, diqqət göstərməlidir. O deputatın müharibədən xəbəri yoxdur. O müharibəyə getsə, o qanı, o şəhidləri, o vəhşəti görsə, gəlib dediklərinə görə hər kəsdən üzr istəyər. O, hardan bilsin axı müharibə nədir, dəhşət nədir? Dünyanın müharibə gedən bütün ölkələrində müharibə iştirakçılarına, veteranlara, qazilərə imtiyazlar, hörmət, diqqət var. O döyüşçülər hakimiyyət üçün yox, vətən, torpaq, müstəqillik üçün döyüşüblər. O döyüşçülər ideologiyaya sahib idilər.  Ona görə onlara qarşı bəzilərində belə münasibət formalaşıb. Bu gün Müstəqillik Aktının əleyhinə səs verənlər yüksək vəzifədədirlər, məmurdurlar. Lakin Müstəqillik Aktının lehinə səs verənləri elə itiriblər ki, heç tapmaq olmur. Heç birinin də adı yüksək tribunada səslənmir.

Bu münasibət gənc nəsillər üçün mənfi örnəkdir. Sabah heç bir əsgər səngərdə düşmənə güllə atmayacaq. Artıq onlar bilirlər ki, ölkədə qaziyə, veterana münasibət nə cürdür”.

Cebhe.info





Həftənin ən çox oxunanları