Yuxarı

Akif Çovdarovun qohumlarına qadağa

Akif Çovdarovun qohumlarına qadağa

Hazırda Bakı İstintaq Təcridxanasında həbsdə olan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun özünün və yaxınlarının bütün əmlakına həbs qoyulub. Eyni zamanda həyat yoldaşına məxsus bütün zinət əşyaları müsadirə olunub. 

Bu barədə məlumatı Cebhe.info-ya Akif Çovdarovun vəkili Kamandar Nəsibov verib. Onun sözlərinə görə, Akif Çovdarovun özünə məxsus olan ev, bağ və torpaq sahəsinə həbs qoyulub. Hətta dövlət tərəfindən ona verilən mənzil barədə də eyni qərar verilib:

“Akif Çovdarova aid bütün əmlaka həbs qoyulub. Dövlət tərəfindən ona ev verilmişdi. Akif Çovdarov isə həmin mənzili oğluna bağışlayıb. Həmin evə də həbs qoyulub. Bütün yaxınlarının və qohumlarının əmlakı üzərində də həbs var. Evə baxış zamanı həyat yoldaşının bütün qızılları, hətta üzərindəkilər də götürülüb”.

Vəkil əlavə edib ki, Akif Çovdarovun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub. Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında Akf Çovdarovun oğlu, qızı, qardaşı, bacısı, kürəkəni və digər yaxınları var: “Bu, tamamilə qanunsuzdur. Bununla bağlı Prokurorluğa müraciət edim. Prokurorluq deyir ki, bizlik deyil. Yenidən müraciət etdim. Oradan da çox absurd bir məktib gəldi. Hansı ki, savadı olan bir şəxs bunu yazmaz”.

Qeyd edək ki, A. Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.1-ci (Məcəllənin bu maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları