Yuxarı

Razi Nurullayev: “AXCP adından keçirilən qurultayı siyasi şou hesab edirəm”

Razi Nurullayev: “AXCP adından keçirilən qurultayı siyasi şou hesab edirəm”

“Bu, Əli Kərimlinin  siyasi iflasıdır” trend_pressconference_razi_240215_02Sentyabrın 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının  (AXCP) Əli Kərimlinin rəhbərlik etdiyi hissəsinin qurultayı keçirildi. Əli Kərimli yenidən partiyanın sədri seçildi. Amma bunun maraqlı tərəfi sədr seçkisinin alternativsiz olması idi ki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı. İlk etiraz elə Əli Kərimliyə alternativ olacağını deyən Sahib Kərimlidən gəldi və əsas səbəb yaxud bəhanə nə olamsından asılı olmayaraq, ona edilən basqılar üzündən namizədliyini geri götürdüyünü açıqladı. Demokratiya tərəfdarı olduğunu bəyan edən bir partiyada bu cür durumun yaşanması nədən xəbər verir? Bu yanaşma tərzi ilə uğur qazanmaq mümkündürmü və bu addım ümumiyyətlə müxalifətə zərər verdimi? Bu və digər məsələlələ bağlı “Cumhuriyyət”in suallarını AXCP EQTK-nın sədri Razi Nurullayev cavablandırır... - AXCP adından düzənlənən bu qurultayı ümumiyyətlə siyasi şou hesab edirəm. Eyni zamanda bunu AXCP-də Əli Kərimlinin təmsil etdiyi toplumun iflası kimi qiymətləndirirəm.  Bu dolayısı ilə yox, həm də birbaşa elə Əli Kərimlinin  özünün siyasi iflasıdır. Çünki həmin qurultaya baxanda yalnız Əli Kərimlinin ətrafında fırlanan insanlardan başqa orada ünlü isim və sima görə bilmədik. Milli Şurada təmsil olunan, “Azadlıq” qəzetində və özlərinin “facebook” səhifəsində Əli Kərimliyə tərif deyən insanlar və Əli Kərimlinin özü var idi. Digər siyasi partiyalar, zioyalılar, cəmiyyətdə nüfuzu olan insanlar qurultayda iştirak etmirdi. Hətta o, həmin insanlara dəvət də göndərməmişdi. Çünki dəvət göndərsəydi də həmin insanlar orada iştirak etməyəcəkdi. Biz, həmin şouda bir daha Əli Kərimlinin təkləndiyinin şahidi olduq. Bu gün Əli Kərimli təkdir və bundan sonra daha da təklənəcək. Çünki artıq onu siyasi səhnədə dəstəkləyən olan insanlar  da qalmayıb.   - Ümumiyyətlə alternativsiz sədr seçkisini necə qiymətləndirmək olar? - Əgər biz bu gün demoktratiyadan danışır və onu pafoslu şəkildə ifadə ediriksə, o zaman demokratiyanı şəxsi həyatımızda və göstərdiyimiz nümunələrdə həyata keçirməliyik. Əli Kərimli srağagün (sentyabrın 27-də) alternativsiz seçki keçirdi və uğuruz siyasətinin nəticəsi olaraq, necə deyərlər, özünü yenidən sədr seçdirdi. Təbii ki bu Azərbaycanın ictimai siyasi həyatına vurulmuş bir zərbə oldu. Əli Kərimlinin yenidən AXCP-nin bir hissəsində sədr seçilməsi və özündə cəsarət taparaq, insanların gözünün içinə baxa-baxa sədr olmaq istəməsi Azərbaycan cəmiyyətinə, siyasətinə Əli Kərimli tərəfindən bir tüpürcək həmləsi idi. O, bütün insanların, cəmiyyətin və demək olar ki, cəbhəçilərin üzünə tüpürtməyə cəhd etdi. Çünki əgər siyasətçi yenidən sədr olmaq istəyirsə, o zaman qazandığı uğurlardan, nailiyyətlərdən və nəticədən danışmalıdır. Amma Əli Kərimlinin nəticəsi nədir? “Daha çox məhrumiyyətlərə məruz qalmışam”, “çox əzilmişəm”, “ofisim yoxdur”, “pasportumu vermirlər”. Və bütün bunlara görə sədr olmaq istəyir. Əgər sən bütün bu məhrumiyyətləri yaşadınsa, nəticən yoxdursa, o zaman özün getməlisən. Yazıq siyasətçi obrazına girib məhrumiyyətlər həyatı yaşamqla, dərviş həyatı sürməklə, döyülməklə, həbsə alınmaq qorxusu ilə yaşamaqla, pasportsuz, ofissiz olmaqla  fəxr etmək  siyasətçiyə yaraşmaz. Bu tezislərin üzərində yenidən sədr seçilmək Azərbaycan xalqına və müxalifətinə bir həqarətdir.   - Ümumiyyətlə alternativsiz seçki keşçirilməsini müxalif düşərgəyə bir zərbə kimi qiymətləndirmək olarmı? - Təbii ki. Siz, bu gün mediaya baxsanız görərsiniz ki, bu artıq bir gülüş obyektinə çevrilib. Bu təkcə Əli Kərimlinin özünə vurduğu ziyan deyil, ümumən Azərbaycan müxalifətinə, vətəndaşlarına, cəbhəçilərə vurduğu bir ziyandır. Bu gün cəmiyyətdə artıq oturuşmuş bir fikir var. Yeni simalar lazımdır. Bu köhnə fikirlərdən, köhnə simalardan uğursuz və manqurt siyasətçilərdən qurtulmağın zamanıdır. Amma Əli Kərimli bir əngəl kimi bunun qarşısında durub və özünü yenə də lider kimi insanlara sırımaq istəyir. Bu sırımaq siyasəti iflasa uğrayıb, amma yenə də bundan əl çəkmək istəmir. Çünki Əli Kərimli AXCP-yə özünün MMC-si, şəxsi biznesi kimi baxır. Partiyaya özünün dolanışıq mənbəyi kimi baxdığından bu cür hərəkətlərə yol verir. Bu gün yeni simalara ehtiyac var və siyasi səhnə tamamilə yenilənməlidir, yeni insanlar gəlməlidir və uğursuz siysətçilər siyasətdən çəkilməlidir. Amma Əli Kərimli uğursuz siyasət aparsa da, geri çəkilmək istəmədi. Bu çox üzücü və ifşaedici bir faktdır. Mən düşünürəm ki, artıq bu qurultaydan sonra Kərimlinin rəhbərlik etdiyi kəsimdə böhran daha da dərinləşəsək. Çünki müəyyən mənada hələ insanların başında qurultayın ab-havası var. Onlar ayıq başla düşünəndə anlayacaqlar ki uğursuz bir siyasətçini yenidən sədrliyə gətiriblər. 4 il yenidən olnara mənasız, mahiyyətisz moizə oxuyacaq.   - Oktyabrda keçiriləcək qurultayınız barəsində də danışmanızı xahiş edirəm. Cəmiyyətə hansı mesajlar veriləcək? - Biz, bu gün qurultayın vaxtını müəyyənləşdirdik. Qurultayı oktyabrın 18-nə təyin etdik. Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət göndəriləcək. Təbii ki, bizim qurultayda mesajlarımız olacaq. Birncisi, Azərbaycan müxalifəti yenilənir və Azərbaycan siyasətində yeni simalar parlayır. Biz, o insanları cəmiyyətə təqdim etmişik. Qurultayda isə o insanlar daha parlaq şəkildə cəmiyyətə təqdim olunacaqlar. Biz 10-15 nəfər arasında cəmiyyətdə çəkisi, yeri olan yeni simaları cəmiyyətə təqdim edəcəyik. Bu bizim komandamızın oturuşmuş bir obrazı olacaq. Cəmiyyət görəcək ki, bunlarda oturuşmuş obraz, siyasətçilər var və cəmiyyətə yenilik gətirənlər kimlər olacaq! İkincisi biz, Azərbacan cəmiyyətində bəlkə də bir ilk olaraq daha yenilənmiş, daha mütərəqqi, Avropa dəyərlərinə, şəffaflığa, demokratiyaya, kadra dəyər verən, dəyərlər üzərində hazırlanan proqramı təqdim edəcəyik. Bu proqramda eyni zamanda Türkiyə modelli siyasətin Azərbatycanda yaranması üçün göstərəcəyimiz səylər və hansı proqrama uyğun fəaliyyət göstərəcəyimiz öz əksini tapacaq.  Təbii ki, qurultayda AXCP-nin ideoloji xətti də müəyyən olunacaq. Biz, biləcəyik ki, artıq AXCP  beynəlxalq aləmdə qəbul olunan hansı ideologiya üzrə Azərbaycan cəmiyyətinə mesaj vermək və proqram hazırlamaq, proqramı hansı fikirlər üzərində qurmaq niyyətindədir. Təbii ki, bu da bizə beynəlxalq açılım üçün şərait yaradacaq. Əbülfəz Elçibəyin dövlətçilik  ideyaları ilə bağlı öz fikirlərimizi bölüşəcəyik.  Çünki siyasət ibtidai dövlətçilikdən fərqli olmalıdır. Dövlətçilik, dövlətçilik ənənəsi nədir və dövlətlə iqtidar necə fərqlənməlidir, bu ənənə necə formalaşmalıdır? Bununla bağlı da proqramımızı təqdim edəcəyik. Əlavə olaraq, bizim Bütöv Azərbaycan ideologiyası ilə bağlı da konkret proqramımız var. Onunla bağlı yenilənmiş bir formatda Əbülfəz Elçibəy ideyasına uyğun və onun davamçısı olaraq, bu mesajı da cəmiyyətlə bölüşəcək və təkliflərimizi də səsləndirəcəyik.   - Bundan sonra birlik ehtimalı qalırmı? - Bilirsiniz, Əli Kərimli olan yerdə heç bir zaman birlik olmayıb. Hər bir zaman yaranan koalisiyalar, birliklər Əli Kərimlinin şəxsi ambisiyalarına görə iflasa uğrayıb. Buna görə də bundan sonra hər hansı birliyin olacağını düşünə bilmirəm. Bunun üçün də biz, artıq  qətiyyətlıə deyə biərik ki, 2 AXCP-nin olması bir gündəm və siyasi reallıqdır. Bir Əli Kərimlinin və bir də Razi Nurullayevin rəhbərlik etdiyi AXCP var. Ədliyyə nazirliyinin kimi hüquqi varis kimi tanıyacağı yəqin ki bu ilin sonuna kimi bəlli olacaq.   Cavad





Həftənin ən çox oxunanları