Yuxarı

Yevda Abramov məmurları hədəfə aldı

Yevda Abramov  məmurları hədəfə aldı

Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsi və ölkədə baş verən kəskin bahalaşma müzakirə olunub. 

Cebhe.info xəbər verir ki, deputat Yevda Abramov çıxışında dünyada baş verən proseslərin Azərbaycanın büdcəsinin formalaşmasına da təsir etdiyini diqqətə çatdırıb. O, bahalaşmaya görə Tarif Şurasını ittiham edib:

“Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailərə təsir etməyəcək, mən buna inanmıram. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də elektrikdən, təbii qazdan az istifadə edirlər. Belə bir vaxtda xalqın boğazından tutub, çətinliyə sürükləmək doğru deyil. Bilmirəm, məmurlar, bəzi insanlar qərar qəbul edəndə xalqı düşünürlərmi?”.

Y.Abramov qeyd edib ki, “qara bazar”a nəzarət olmalıdır:

“Amma bu işə nəzarət olunmur. Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Harandadır bu adamların maşınlarında bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür. Korrupsiya ilə mübarizə aparmaq lazımdır. Məmurların bahalı villaları haradandır? Dağda, bağda, hər yerdə villaları var. 2017-ci il də çətin olacaq, məmurlar xalqa yaxın olmalıdırlar”.

Mənsur 





Həftənin ən çox oxunanları