Yuxarı

AXCP-nin beyin mərkəzi: İctimai Fikir Akademiyası ötən 1 ildə

AXCP-nin beyin mərkəzi: İctimai Fikir Akademiyası ötən 1 ildə

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Razi Nurullayevin sədrliyi dönəmindən ölkənin ictimai-siyasi həyatında bir çox yeniliklərə imza atıb. Bu yeniliklərdən biri də bir il öncə AXCP yanında fəaliyyətə başlayan İctimai Fikir Akademiyası (İFA) olub. İFA AXCP-nin beyin mərkəzi olaraq fəaliyyətini davam etdirir. Yarandığı gündən bu günə qədər hər həftə ən aktual mövzuları müzakirəyə çıxarır. Müzakirələrə ölkənin ictimai-siyasi həyatında xüsusi çəkisi olan, tanınış ekspertlər dəvət olunur. Yarandığı gündən ictimaiyyətin diqqətini cəlb edən AXCP-nin bu layihəsi hər kəs tərəfindən böyük rəğbətlə qarşılanır. Məlumdur ki, hazırda ölkədə siyasi institutlar, analitik mərkəzlər inkişafdan qalıb. Bu sahədə böyük boşluqlar yaranıb. AXCP İFA-nı yaratmaqla məhz bu boşluğu doldurmaq məqsədi daşıyırdı və 1 illik fəaliyyət qurumun məqsədinə çatdığını göstərdi. İFA günü-gündən yeni uğurlara imza atmaqda davam edir. Paytaxtla yanaşı regionlarda da tədbirlər keçirir və gələcəkdə də bölgələrdə tədbirlərin davamlı olması planlaşdırılır. İFA-nın tədbirlərində ekspert qismində iştirak edən tanınmış iqtisadçılar, politoloqlar, siyasətçilər, ictimai xadimlər, elm adamları AXCP-nin bu layihəsini yüksək qiymətlədirdirir. Ölkənin ən aktual problemlərini müzakirəyə çıxaran İFA təkcə müzakirə ilə kifayətlənmir, həm də problemlərin həlli istiqamətində müəyyən təkliflər verir. Azərbaycan hal-hazırda ən böyük problemlərindən biri olan dollar kreditlərində yaranan problemlərin həllinə dair ilk təkliflər də məhz İFA-nın tədbirində səsləndirilib. Milli Məclisin və digər ekspertlərin hazırladığı layihələr İFA-nın tədbirində səslənən təkliflərin oxşarı və demək olar ki, eynisi olub. Azərbaycan ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da biganə qalmayan AXCP-nin “Vahid Qərar Şurası”nın yaradılması təklifi də ictimaiyyətdə böyük rezonans yaradıb və hər kəs tərəfindən rəğbətlə qarşılanıb. AXCP  “Vahiq Qərar Şuraşı”nı 2 dəfə ictimai müzakirəyə çıxarıb. Müzakirələrdə iştirak edən ölkənin tanınmış ziyalıları, siyasilər və müstəqil ekspertləri bu təklifin önəmini və vacibliyini xüsusilə vurğulayıblar. AXCP-nin “Vahid Qərar Şurası”nın yaradılması təklifi də İFA-da müzakirəyə çıxarılıb. İFA-nın 1 il ərzində qazandığı uğurları şübhə altına salmaq istəyənlər də olub. İFA-nın tədbirlərinə dəvət alan tanınmış ekspertlərə qarşı sosial şəbəkələrdə “qara piar” kampaniyası aparılıb. Təbii ki, bu cür kampaniyaların arxasında dayanan şəxslərin kimlər olduğu hər kəsə bəllidir. İFA-nın qısa zaman kəsiyində əldə etdiyi uğurları həzm etməyənlər uzun illər siyasi arenada özlərinə yer tapa bilməyənlərdir. Ancaq onların səsləndirdiyi fikirlərə əvvəllər olduğu kimi indi də  heç kim inanmır. Ona qarşı aparılan mübarizəyə baxmayaraq İFA öz işini mütəmadi olaraq davam etdirir. Bu gün İFA məhdud imkanlarına baxmayaraq ölkənin taleyüklü məsələləri ilə bağlı davamlı müzakirə və fikir mübadiləsi aparılan yeganə qurumdur. İFA hər həftə keçirdiyi tədbirlərlə yanaşı ölkədə yaranan problemləri sosial şəbəkələr vasitəsilə də ictimai müzakirəyə çıxarır. Sosial şəbəkə vasitəsilə müzakirələrə yüzlərlə isitfadəçi qoşulur və öz fikirlərini bildirirlər. Hər kəsin yekdil rəyi belədir ki, AXCP İFA-nı yaratmaqla sanki bir boşluğu doldurdu. Cebhe.info qurumun fəaliyyətini İFA-nın tədbirlərində iştirak edən ekspertlərlə dəyərləndirib. Hərbi ekspert Üzeyir Cəfərli bildirib ki, son illər Azərbaycan ictimai-siyasi həyatında diqqəti cəlb edən, çoxlarının həvəslə izlədiyi bir məkan da İctimai Fikir Akademiyasıdır: “Artıq bir ildir ki, bu diskusiya mərkəzində biri-birindən maraqlı, biri digərindən daha yaddaqalan müzakirələr aparılır, mövzular və cəmiyyətimizi düşündürən gündəlik ictimai-siyasi fikirlər müzakirə edilir və ölkənin tanınmış şəxsləri dəvət olunurlar. İş belə  gətirdi ki, bu ilin aprelində cəbhə bölgəsində baş verən məlum hadisələrlə əlaqədar bir müzakirə mövzusuna mən də dəvət aldım və bu görüşdən çox böyük məmnunluqla ayrıldım, zəngin təəssüratlarım bu gün də qalmaqdadır. Dostlarımıza bu vacib ictimai-siyasi diskusiya ocağının daha uzunömürlü etmələrini arzulayıram. İnşallah, bundan sonra da mən bu klubda istənilən mövzularda müzakirədə iştraka və dəyərli iştirakçılarla müxtəlif fikir mübadiləsinə hazıram. Bir daha dəyərli dostlarımı İFA-nın 1 yaşı tamam olması münasibətiylə təbrik edirəm, onlara gələcək fəaliyyətlərində böyük müvəfəqiyyətlər arzulayıram”. Hərbi icmalçı Ramil Məmmədli də İctimai Fikir Akademiyasının 1 illik fəaliyyətini yüksək qiymətləndirib: “İctimai Fikir Akademiyasının yaradılması çox tədqirəlayiq bir addım idi. Bu sahədə ciddi boşluqlar var idi və İFA bu boşluqlu layiqincə doldurdu. Ümumiyyətlə, bu qrumun fəaliyyəti xoşməramlıdır və hər bir ictimai-siyasi şəxs bu qurumun fəaliyyətinə dəstək verməlidir. İFA-nın 1 illiyi münasibətilə bütün əziyyəti keçənləri təbrik edirəm və hər zaman əlimdən gələn dəstəyi verməyə hazıram”. Politoloq Mütəllim Rəhimli də İctimai Fikir Akademiyası haqqında fikirlərini bölüşüb: “Mövcud olan müxtəlif problemləri məhz indi həll etmək məsuliyyətini daşıyan ölkəmizdə müzakirələrin və maarifləndirici tədbirlərin təşkili olduqca zəruridir. İctimaiyyət monoloq eşitməkdən yorulub, onun dialoqa daha çox ehtiyacı var. Cəmiyyət nəyin hansı səbəblər ucbatından baş verdiyini və proseslərin inkişaf dinamikasını başa düşmək istəyir. Bu baxımdan həm qəbul edilən qərarların perspektivini dəyərləndirmək, həm də baş verənlərin hərtərəfli izahını cəmiyyətə çatdırmaq üçün işlərin aparılması demokratiyaya dəstəklə yanaşı, ictimai nizamın qorunmasına da xidmət edən addımdır. İctimai Fikir Akademiyası qeyd etdiyim bütün bu yükün altına girərək onu şərəflə daşımaqdadır. Dünyada və ölkəmizdə baş verən siyasi, iqtisadi, sosial proseslərin məzmun-mahiyyətinin mütəxəssislərin iştirakı ilə cəmiyyətin fəal insanlarına çatdırmaq missiyasını İFA bacarıqla yerinə yetirməkdə və özünün böyük tövhəsini verməkdədir”. IFrame Vilayət Muxtar Cebhe.info





Həftənin ən çox oxunanları