Yuxarı

AXCP İFA-nın 1 yaşını qeyd etdi

AXCP İFA-nın 1 yaşını qeyd etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyasının (İFA) 1 yaşı tamam olur. AXCP Razi Nurullayevin sədrliyi dönəmindən ölkənin ictimai-siyasi həyatında bir çox yeniliklərə imza atıb ki, bu yeniliklərdən biri də bir il öncə AXCP yanında fəaliyyətə başlayan İFA olub.

Cebhe.info xəbər verir ki, İFA-nın 1 illik fəaliyyətilə bağlı bu gün AXCP-nin qərargahında tədbir keçirilib.

Tədbirdə AXCP sədri Razi Nurullayev, partiya funksionerləri və digər cəbhəçilər iştirak edib. Tədbir iştirakçıları İFA-nın 1 illik fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətində daha böyük uğurlara imza atmasını arzu ediblər.





Həftənin ən çox oxunanları