Yuxarı

Sonsuzluq yaradan sonsuz problemlər

Sonsuzluq yaradan sonsuz problemlər

 ÜST sonsuzluğun dünyada ən vacib 3 sağlamlıq problemindən biri olduğunu açıqladı tibbÜmumdünya Səhiyyə Təşkilatı xərçəng, ürək, qan-damar xəstəliklərindən sonra ən əsas problem hesab etdiyi və dünyada sürətlə artan sonsuzluq problemi ilə bağlı apardığı son araşdırmanın nəticələri barədə açıqlama yayıb.  Araşdırma dünyada həm kişilər, həm də qadınlar arasında nəsil artırma qabiliyyətinin hər gün bir az da azaldığını aşkarlayıb.  Hesabatda bildirilir ki, əgər ötən əsr insanı olan normal bir kişidə sperma sayı hər millilitrdə 100 milyon idisə əsrimizin insanında bu rəqəm 15 milyondur.   Azalmaya səbəb nədir? Hesabatda bildirilir ki, sonsuzluğun ən önəmli göstəricisindən biri keyfiyyətsiz sperma sayılır. Bir millilitrdə sperma sayının çox qısa müddət ərzində 150 milyondan 15 milyona kimi dəyişməsi vəziyyətin kifayət qədər təhlükəli olduğundan xəbər verir. Hesabatda qeyd olunur ki, bir il qorunmadan cinsi əlaqəyə baxmayaraq hər gün 100 cütlükdən 15-i uşaq sahibi ola bilmir. Sonsuzluğun başqa bir səbəbi isə artıq çəki, piylənmədir. Mütəxəssislər bədəndə olan 10 kq artıq çəkinin sonsuzluq riskini daha çox artırdığını deyir.   Kişilərdə sperma sayının sürətlə azalmasının səbəblərinə gəlincə isə, araşdırmaya görə siqaret, alkoqol, narkotik, iqlim dəyişiklikləri, qidalanma, stress kimi faktorlar əsas səbəblərdir. Modern həyatın “töhfəsi” olan bir çox amillər  insan fiziologiyasına ciddi təsir edir, bu təsir özünü daha çox nəsilartırmada büruzə verir. Bir çox qidaların tərkibində istifadə edilən bəzi hormonlar isə  kişilərdə östrojen hormonuna çevirlərək  ciddi formada sperma sayını azaldır.   ÜST-ün araşdırmasına görə çox yaxın gələcəkdə  süni mayalanma üsulu ilə doğulan körpələr  normal yolla dünyaya gələn uşaqlardan çox olacaq. Qeyd edək ki, hazırda dünyada süni mayalanma ilə dünyaya gələn 6 milyon insan var.   Fransızların nəsli kəsilə bilər Bu günlərdə dünya mətbuatı Fransada aparılan başqa bir araşdırmanın nəticələrini yayımladı. Araşdırma nəticəsində məlum olub ki, 2027-ci ildə Fransada tibbin köməyi olmadan heç bir kişi uşaq sahibi ola bilməyəcək. Fransız qadınların günü-gündən piylənməsi də bu problemə əlavə olunanda vəziyyətin ürəkaçan olmadığı başadüşüləndir. Bu ölkədə qadınların əksəriyyəti karyera qurmaq üçün gec evləndiyi üçün hamilə qalmaqda problemlər yaşayır. Gərgin iş həyatı, stress, süni qidalardan istifadə də bura əlavə edildikdə hamiləlik təbii yolla mümkün olmayacaq. Bunlardan əlavə, fransız xanımlarının tez-tez əl atdığı arıqlama pəhrizləri, səhv qidalanma, siqaret və alkoqol  onların ana olmaq şansını əlindən alır.   Normadan artıq piylənmə qədər normadan az çəkinin də təhlükəli olduğunu bildirən araşdırmada yazılır ki, qaydasında və təbii qidalanmaya söykənən yaşam tərzi nəsilartırmada çox önəmli faktorlardır.   “Coca-Cola” kişiləri xədim edir Danimarkada aparılan araşdırma bir meə il öncə dünya mətbuatında əks-səda doğurmuşdu. Araşdırmanın mövzusu çox insanın “bəh-bəh”lə içdiyi “Coca-cola” idi. Nəticələr açıqlananda məlum oldu ki, 2 ay ərzində hər gün 1 litr  “Coca-cola” içən 2 min könüllü kişinin sperma sayında kəskin azalma var. Belə ki, 27-30 milyon toxum sayı olan insanlarda 2 aylıq “Coca-cola” qəbulu bu sayı 15-16 milyona endirir. Kanadanın oxşar araşdırması da təxminən eyni nəticəni ortaya qoymuşdu, bu içkini bir neçə ay qəbul edən könüllülərin sperma sayı 30 faiz azalıb.   Həkimlər sperma qatili olan “Coca-cola”nın hazırlanmasında istifadə edilən “kola qozu”nu əsas səbəb göstərirlər. Bu qoz əvvəllər yalnız Amerikada bitirdi və onu hindu döyüşçülərə məcburi yedirdirdilər. Səbəbi də o idi ki, əsgər cinsi istəyinin ardınca gedərək ordudan yayınmasın. Yəni, kişiləri təbii yolla xədim edirdilər. Qeyri-rəsmi məlumatalara görə hazırda Amerika hərbçilərinə bu qoz gizli şəkildə yedirilir. Bu qozdan hazırda bəzi ölkələrdə də orduda xidmət edən əsgərələrə gizli şəkildə yedirilir.   Qadınları öz geyimləri sonsuz edir Dünyada getdikcə ciddi vəziyyət alan qadın sonsuzluğuna səbəb çoxdur. O səbəblərdən biri də geyim faktorudur. Dövrümüzün dəbi bu probelmin əsasını qoyur desək, yanılmarıq. Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyyət almasına səbəb olur ki, bunun nəticəsində də rəhmdə iltihablanma, göbələk və  ayaq bükümlərində bədən yaralarına da səbəb olur. Həddindən artıq dar geyimlər mütəmadi geyinilərsə, rəhm və yumurtalıq öz funksiyasını itirərək qadın sonsuzluğuna gətirib çıxarır.   Ailə quran hər 10 cütlükdən 4-ü müalicəsiz uşaq sahibi ola bilmir.    Yeri gəlmişkən, dar şalvarlar kişilərdə də sonsuzluğa səbəb olur. Dar geyim kişilərdə yumurtalıqların bədənə daha yaxın yerdə dayanmasına səbəb olur, həkim Ziyad Sultanov deyir ki, bu, sonsuzluq yaradan səbəblərdən biridir: “Yumurtalar bədəndən daha aşağı temperaturda olmalıdır, amma dar geyim onları bədənə möhkəm sıxdığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bunun nəticəsində də sperma hüceyrələrinin hərəkətliliyi və sayı kəskin surətdə azalır. Dar geyim həyyat sperma yollarının bağlanmasına da səbəb olur. Dar geyimdə saatlarla oturaq işdə işləyən ofis işçiləri, uzaq yol gedən sürücülər birinci sırada durur bu məsələdə."   Azərbaycanda da vəziyyət ürəkaaçan  deyil Rəsmi məlumatalara görə, Azərbaycanda yeni ailə quran cütlüklərin 13 faizi, qeyri rəsmi məlumatara görə 25 faizi sonsuzluq problemi ilə qarşılaşır. Azərbaycan ailələrində sonsuzluq probleminin əsas səbəbləri qadınlarda yumurtalıq, uşaqlıq borusu xəstəlikləri, kişilərdə isə sperma zəifliyi hesab edilir.   Ölkəmizdə sonsuzluq boşanmaların əsas səbəblərindən biri hesab edilir. Belə ki, statistikaya nəzər salanda məlum olur ki, 2011-ci ildə boşanan 10 min 747 ailədən 8 minə yaxınının övladı yoxdur. Bu rəqəm 2010-cu ildə müvafiq olaraq 9061 və 5527 olub.   Həkim Könül Qarayeva deyir ki, sonsuzluğun təminən 30-40 faizi kişilərdən qaynaqlanır: “Ümumiyyətlə, sonsuzluğun təxminən, 40 faizinə səbəb kişilərdir, 30 faiz qadınlar, 30 faizində isə həm qadın, həm də kişilərdəki problemlər səbəb olur. Qeyri-rəsmi məlumatalara görə hazırda ölkəmizdə 400 mindən çox insan sonsuzluqdan əziyyət çəkir”.   İsrailin sonsuzluq “nəzəriyyəsi” Dünya mətbuatına hələ 1980-ci illərdə yayılmış bir məlumata görə,  sionistlər gizli laboratoriyalarda tərkibində bol miqdarda “progesteron” (aybaşı dövrünə nəzarət edən hormon) ehtiva edən şokolad hazırlayıb. Əldə edilən şokoladlar xeyriyyə aksiyaları çərçivəsində fələstinli gənclərə yedirdilib. Hədəfdə xüsusilə gənc qızlar olub. Onların nəsilartırma qabiliyyətlərinin azalmasına səbəb olacaq şokaladlara xüsusi dizayn verilərək satışa da çxarılıb.   İsrailin bu çirkin planı çox uzun çəkməyib, Fələstin hakimiyyəti ölkədə gənc qisimin çox yediyi bu şokladların başqa ölkələrdə satılmadığını biləndə məsələnin üstü açıldı, hakimiyyət öz nəzarətində olan laborotoriyalara şokaladların tərkibini araşdırmağı tapşırdı. Aparılan analizlər nəticəsində şokaladların hamiləlik aleyhinə hormonları artırdığı müəyyən edildi və  satışdan yığışdırılaraq istehlakı qadağan edildi.   Kompyuterinizi qucaqlamayın! Nyu-York dövlət xəstəxanasının bir qrup alimi noutbook və netbukların diz üstündə işlədilməsinin sosnsuzluq faizini artırması ilə bağlı araşdırma aparıblar. Qrup rəhbəri olan həkim-uroloq Yefim Sunkin araşdırmanın yekununu belə açıqlayır: “Dizinizdə və qucağınızda işlətdiyiniz zaman kompyuterinizin içində istilik dərəcəsi bəzən 70 dərəcəni keçə bilir. Bu istilik isə çox zaman kişilərin qasıq bölgəsinə təsir edərək, yumurtaların normal temperaturu keçməsinə səbəb olur. Bundan əlavə kompyuter diz üstündə saxlandığı müddətdə kişilər ayaqlarını bir-birinə qısaraq otururlar ki, bu da yumurtaların bədənə yapışaraq temperaturunu yüksəltməsinə səbəb olur. Temperaturu normal dərəcəsindən çox yüksələn yumurtaların nəsilartırma fəaliyyəti isə dayanmış olur”.   Xüsusilə də oyun üçün istifadə edilən yüksək göstəricili noutbooklar kişilərdə sperma sayını 40 faizədək azalda bilir. Bundan əlavə uzun müddət qucaqda saxlanan kompyuter kişilərdə sidik ifrazetmə probleminə də yol açır. Nəzərə alsaq ki, bu gün dünyada 150 milyon insan kompyuterdən qucağında istifadə edir, onda faizi hər gün artan sonsuzluq probleminin səbəbini qismən də olsa tapmış oluruq. Lalə Mehralı





Həftənin ən çox oxunanları