\\İslahata əngəl olan kabinet dəyişdiriləcəkmi?\\Vüsal Qarayev: “Hökumətdən radikal addımlar gözləməyə dəyməz”\\Əli Orucov: “Mövcud kabinet çox bacarıqsızdır”\\Elman Fəttah: “İdarəetmə islahatlarına getməyəcəklər”\\Ümidlər var ki, 2017-ci ildə Nazirlər Kabinetinin tərkibi dəyişəcək. Müzakirələrə və istəklərə, o cümlədən, səsləndirilən fikirlərə insansaq, il ərzində Baş nazir Artur Rəsizadədən tutmuş ən sonuncu dövlət komitəsinin rəhbərinədək ciddi dəyişikliklər olacaq. Gələn məlumatlara görə, hakimiyyət daxilində uzun müddətdir müzakirə olunan bu məsələ 2017-ci il üçün nəzərdə tutulan planlar içindədir.\\Hesab olunur ki, mövcud kabinet işlək və davam edən sosial-iqtisadi böhrandan ölkəni çıxaracaq qədər texnokrat deyil. Artıq bu, o müzakirələrə yol açıb ki, mövcud Nazirlər Kabinetinin ölkəni sosial problemlərə apara biləcək, proseslərə səthi münasibəti, yaxud münasibətsizliyi təhlükə mənbəyidir. Deputat Əli Məsimli də son müsahibəsində bu məsələyə toxunub və deyib ki, hökumətin belə fəaliyyəti dövlətçiliyimizə təhlükədir. Söhbət Nazirlər Kabinetinin dəyişdiriləcəyindən, ya da mövcud komandanı saxlamaqla, işlək vəziyyətə gətiriləcəyindən gedir. Müzakirələrə qoşulan bir sıra ekspertlər də kabinetin fəaliyyətində ciddi dəyişiklərin olacağını istisna etmirlər.\\“Daxildə qarşıdurmalar artacaq”\\AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət”ə bildirib ki, il ərzində hökumətdən ciddi, radikal struktur dəyişiklikləri gözləməyə dəyməz. Lakin AXCP rəsmisi bununla belə, müəyyən dəyişikliklərin olacağını istisna etməyib: “Bəlkə də kabinetin tərkibində hansısa dəyişiklik olacaq, amma bu, hər zamankı kimi səthi, ölkənin siyasi, sosial, iqtisadi gündəminə ciddi təsir etməyəcək dəyişikliklər ola bilər. Hətta hökumət istəsə belə, radikal, köklü dəyişikliyə gedə bilməz. Hakimiyyət daxilindəki iqtisadi klanların mövcudluğunu, onların idarəetmə, qəbul edilən qərarların üzərində təsirlərinin olduğunu, nüfuzlarını unutmaq olmaz. 2017-ci ildən gözləntim budur ki, iqtisadi vəziyyət daha da ağırlaşacaq. Pul, gəlir, büdcə azaldıqca hökumətin daxilində ciddi didişmələr olacaq.\\Bu da təbii ki, xalqın onsuz da ağır olan güzəranını daha da acınacaqlı hala salacaq. Sırf Nazirlər Kabinetinin yenilənməsinə gəlincə, bunun üçün baş nazir də daxil olmaqla, ən azı 90 % dəyişiklik olmalıdır”.\\“Bacarıqsızdırlar, oturub ölümlərini gözləyirlər”\\AMİP siyasi şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə kabinetin bu tərkibdə nəsə əldə edəcəyini, hansısa müsbət addımlar atacağını düşünmədiyini bildirib. Ə.Orucov mövcud kabinetin bacarıqsız olduğunu da diqqətə çatdırıb: “Bu komandanın müsbət iş əmsalı yoxdur. Kabinetdə oturanların əksəriyyəti qocadır, ölmək üçün günlərini sayırlar. Yəni, belə bir sistemin irəlini fikirləşməsi mümkün deyil. Kabinetə yeni kadrlar cəlb etməkdən əlavə, yanaşma dəyişməlidir. Məsələn, təhsil naziri postuna gənc kadr təyin olundu, nazirliyin tərkibi dəyişdirildi. Amma nəticəsi olmadı, çünki yanaşma dəyişmədi. Əksinə, vəziyyət əvvəlkindən də pis günə düşdü. Təsəvvür edin ki, ölkədə 80 mindən çox uşaq təhsildən kənarda qalıb. Lənkəranda 200-dən çox müəllim öz ixtisasından verdiyi testdən keçə bilmədi. Bu o deməkdir ki, sistemin özü dəyişməlidir. Sistemin özündə ciddi qüsurlar var. Bu olmasa, hansısa struktur islahatlarına gedilməyəcək, bu yöndə addımlar atılmayacaq”.\\“Gözləməyə dəyməz”\\Müsavat Partiyası başqanının müavini Elman Fəttah “Cümhuriyət”ə deyib ki, hökumət nə 2017-ci ildə, nə də gələn il ciddi idarəetmə islahatlarına getməyəcək. E.Fəttah hesab edir ki, bu siyasi sistemdən xalqın lehinə hansısa qərar verəcəyini gözləmək əbəsdir: “Gözləntimiz yoxdur. Konstitusiyaya əlavə və dəyişikliyi nəzərdə tutan referendum keçirildi. Nəticəyə uyğun olaraq vitse-prezidentlik institutu yaradıldı, amma keçən dövrdən bu günədək hansısa təyinat yoxdur.\\Bu, icra strukturunun dəyişməsi anlamına gəlirdi, Nazirlər Kabinetinin alternativi kimi görünürdü. Amma bu da ortada yoxdur. Ölkədə inkişaf və müsbət dəyişikliklərin baş verməsi üçün bütövlükdə hökumət dəyişməlidir, yəni indiki hakimiyyət dəyişməlidir. Buna görə də bu hökumətdən heç nə gözləmirik”.\\Mənsur
- Ana səhifə
- Cəmiyyət
- Fəaliyyətsiz Nazirlər Kabinetinin dəyişilmək gözləntisi
Fəaliyyətsiz Nazirlər Kabinetinin dəyişilmək gözləntisi
Bu bölmədən digər xəbərlər
- KİVDF qalibləri elan etdi: Siyahıda "Cümhuriyət” və Cebhe.info-nun əməkdaşı da var Tarix 21 Dekabr, 04:24
- ÜST susur, nümayəndəsi isə peyvəndlə bağlı çağırış edir... Tarix 11 Dekabr, 04:28
- Təhsilin ağır yükünü şagirdlərə kim yükləyir? - Valideynlər Təhsil Nazirliyi və DİM arasında qalıb Tarix 8 Dekabr, 02:58
- Qəhrəmanın son döyüşü və əbədi rahatlığı: Şəhid qardaşın döyüşçü qardaşa son vəsiyyəti - FOTO + VİDEO Tarix 27 Noyabr, 12:21
- Qarabağda vahid idarəetmə sistemi yaradıla bilər? Tarix 21 Noyabr, 04:18
- Azərbaycan böyük əmək bazarına çevrilir? Tarix 19 Noyabr, 08:12
- Mətbuat orqanları Qarabağda büro açmağa hazırlaşır: Bəzi baş redaktorlar isə Şuşaya köçür - BİZİM SORĞU Tarix 18 Noyabr, 08:13
- Mətbuat orqanları Qarabağda büro açmağa hazırlaşır: Bəzi baş redaktorlar isə Şuşaya köçür - BİZİM SORĞU Tarix 18 Noyabr, 04:14
- Erməni təcavüzünün Azərbaycanın tarixi-mədəni irsinə vurduğu ziyan: Yeni sayt yaradılıb Tarix 17 Noyabr, 13:20
- Baş redaktor: "Status məsələsi bitib” Tarix 10 Noyabr, 08:45

Seçilmiş xəbərlər
-
Qarabağ geosiyasi savaşın mərkəzində: Rus-türk çəkişməsi necə nəticələnəcək?
-
Erməni ekspert: "Seçkilər Ermənistan üçün intihardır”
-
Yeni tarix: Dünya düzəni dəyişir - "Əgər o məxfi qüvvələrin təsiri azalarsa...” - BİZİM ŞƏRH
-
Ermənistan reallığı: Xaos, anarxiya, böhran və qarşıdurma
-
Navalnı Putini hədəfə gətirdi: "Bir qrup oliqarx Putindən yaxa qurtarmaq istəyir”