Yuxarı

Cəbrayıl ağsaqqalları prezidentə müraciət edib

Cəbrayıl ağsaqqalları prezidentə müraciət edib

Adil Quliyev: “Polislərə təzyiq göstərənlər qalıb kənarda, günahsız insanlar tutulub”“O hadisədən sonra qəsəbədə işıq söndürülmür”\\Cəbrayıl rayonundan olan və Biləsuvarda məskunlaşan ağsaqqallardan və ağbirçəklərdən ibarət bir qrup vətəndaş ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Müraciət 22 dekabr 2016-cı ildə Biləsuvarda məcburi köçkünlərlə polis arasında yaranmış insident zamanı saxlanılan 5 şəxsin əfv olunması ilə bağlıdır.\\“Oğlum hadisədə iştirak etməyib”\\Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə yaşayan ağsaqqallar adından prezidentə müraciət ünvanlayan Cəbrayıl (Biləsuvar) rayonu 7 saylı qəsəbədə, 193 nömrəli evdə yaşayan Adil Rüstəm oğlu Quliyev “Cümhuriyət” qəzetinə bildirib ki, oğlu Cəlal Quliyev həmin aksiya iştirakçısı olmayıb, sadəcə hadisəni kənardan izləyib. Yəni, günahsız yerə həbs edilərək, 3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılır: ”Mən prezidentə ağsaqqallar adından müraciət ünvanlamışam. Bilmək istəyirəm ki, oğlum niyə tutulub və həbs edilib? Aksiya bitdikdən sonra həbs edilən üç nəfər arasında oğlumu da aparıblar. Əsl aksiya iştirakçıları kənarda qalıb. Camaat dağılışandan sonra oğlumu və onunla bərabər digərlərini arxadan tutaraq həbs ediblər. Həbs edilənlərdən ikisi xəstə, biri isə Qarabağ əlili, prezident təqaüdçüsüdür. Oğlum İmişli xəstəxanasında ağciyər serrozu ilə qeydiyyatdadır. İllərdir ki, vərəm xəstəsidir. Cəbrayıl Rayon Məhkəməsindən bildirirlər ki, oğlum aksiyada xuliqanlığa yol verib. Guya hansısa polis əməkdaşına təzyiq edib, onu vurub. Oğlumun heç bir qanunsuzluğa yol vermədiyi, polisə təzyiq göstərmədiyi halda həbs edilməsini həzm edə bilmirəm. Ərazidəki bankomata pul çıxarmağa gedib və izdihamı görüb. Baxıb ki, polis əməkdaşları gözyaşardıcı qazla ora toplaşanları qovur. Sadəcə kənardan prosesi izləyib. Günahsız bir adamı niyə həbs ediblər? Bunu mənə izah etsinlər. Bir nəfər polis desin ki, uşağım hansısa polis əməkdaşını vurub. Polislərə təzyiq göstərənlər qalıb bir kənarda, əvəzində günahsız insanlar tutulub”.\\“Məsələ ədalətlə həll olunmasa...”\\Şikayətçi oğlunun səhhətinin ağır vəziyyətdə olduğunu vurğulayıb: “Oğlum dərmanla yaşayır. Hal-hazırda Şüvəlandakı təcridxanada saxlanılır, onunla görüşməyə də icazə verilmir. O, vaxtı-vaxtında dərmanlarını qəbul etməlidir. Həqiqətən də qəsəbənin işığı kəsilmişdi. İnsanların qazı, işığı, istiliyi yox idi. Neynəməli idilər, buna etiraz etməsinlər? Camaat işığın kəsilməsinə görə küçəyə çıxaraq etiraz edib. Əslində o hadisə qurama idi. Nə oldu ki, bu hadisədən sonra bir saniyə də olsun qəsəbədə işıq söndürülmür. Orada yaşayan sakinlərin işıq borcu olan 60 milyon manat dekabrın 7-8-nə qədər yığılmışdı. Niyə o vaxt yığılan pul bu haqq-hesabdan sonra, yəni, dekabrın 28-29-da ödənildi? Aydınlaşdırmaq istəyirəm ki, bu adamlar niyə tutulub? Orada iştirak edən polislər yaxşı bilirlər ki, onlarla üz-üzə kim çıxıb. Mən haqsız duruma etiraz edirəm. Əgər bu məsələ həllini tapmasa, Prezident Aparatı qarşısında etiraz aksiyası keçirəcəm. Qoy ailəlikcə bizi Azərbaycandan təxliyə etsinlər. Artıq bu ölkədə bizə yer yoxdur. Necə ki, Şahverdiyevlər ordadır, nəinki mənə, qəsəbədə yaşayanlara yer yoxdur”. \\Adil Quliyevin prezidentə ünvanladığı müraciəti təqdim edirik:\\“Möhtərəm, cənab Prezident!\Sizi Cəbrayıl rayonunun Ağsaqqalları adından səmimi qəlbdən salamlayırıq, Sizə tutduğunuz çox çətin və özü qədər də şərəfli dövlət vəzifəsində uğurlar arzulayırıq.\\Cəbrayıl rayon Ağsaqqalları və ağbirçəkləri bildirir ki, 2003-cü ildə Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciyini su basması ilə əlaqədar həmin gecə ümummilli lider şəxsən bizimlə birgə olaraq və birbaşa onun göstərişi nəticəsində heç bir layihə olmadan 6 qəsəbənin tikilməsinə sərəncam verdi. 2007-ci ildə Sizin sərəncamınız əsasında əlavə olaraq 5 qəsəbənin tikintisi başa çatdı. Bütün çadır şəhərcikləri ləğv edilərək qəsəbələrdə 20 minə yaxın əhali yerləşdirildi. Nəzərinizə çatdırmaq istəyirik ki, əvvəlki illərdə 11 qəsəbə salındı. Soyuq qış aylarında vətəndaşlarımız neft yanacağı ilə təmin olunurdu. 2015-ci ildən etibarən neftin verilməsi dayandırıldı və bütün yük elektrik enerjisinin üzərinə düşməyə başladı. Dekabr 2016-cı il tarixində işıqların hər gün saatlarla sönməsi 22 dekabr və həmin gün işıqların ümumiyyətlə, yanmaması ilə əlaqədar əhalimiz dözməyərək etirazını bildirməyə başladı. Əvvəlki illərə nisbətdə bu qışın daha çox sərt keçməsi və yalnız elektrik enerjisindən istifadə bizlərə ayrılan limiti aşmağa gətirib çıxardı. Evdə yaşıllarımız, körpələrimiz, xəstələrimiz var və işıqların söndürülməsi, fasilələrlə verilməsi onlar üçün daha dözülməz hala gətirib çıxardı. Qazımız yox, odunumuz yox, neftimiz yox, odur ki, ancaq elektrik enerjisindən istifadə edirik. 22 dekabr 2016-cı il elektrik enerjisinə borcun yaranmasına görə əhalimizin evlərinə verilən elektrik xətlərini “Azərışıq” tamamən elektrik dirəklərindən ayırmağa başladı və bu da əhalimizin narazılığına gətirib çıxardı. Narazı kütlənin sözünü gəlib İcra Orqanına bildirməsinə polislər imkan vermədi və narazı kütlə daha da çoxalmağa başladı.\\Məlumunuz olsun ki, insidentin əsas səbəbi Cəbrayıl rayon polis şöbəsinin rəisi Araz Şahverdiyevin tutduğu mövqe oldu. Biləsuvar polislərini, İmişli polislərini öz polislərimizi hadisə yerinə toplamağa heç bir lüzum yox idi. Bu dinc şəkildə etiraz toplantısı idi. İnsanların məqsədi fikirlərini İcra orqanına çatdırmaqdan ibarət idi. Hadisənin qarşıdurmaya çevrilməsinə səbəb məhz Araz Şahverdiyev oldu. Dinc kütləni “dubinka” ilə vuraraq, söyüşlə təhqir edərək etiraz toplantısını polis və vətəndaş arasında qarşıdurmaya çevrilməsinə zəmin yaratdı.\Məhz buna görə cavanlar hiddətlənərək qeyri-qanuni hərəkətlərə yol veriblər. Ağsaqqaları İcra Başçısı ilə görüşməyə qoymadılar. Münaqişənin bir səbəbi də budur.\\Nəticədə beş nəfər:\1. Alməmmədov Gülağa Vəli oğlu-Qarabağ əlili\2. Quliyev Calal Ədil oğlu- Vərəm xəstəsi\3. İsgəndərov İlkin Fizuli oğlu-Yeni Ailə qurmuş\4. Fehruzlu Zaur Tərbiz oğlu-Yeni ailə qurmuş\5. Quliyev Ülvü Məhəmməd oğlu-Yeni ailə qurmuş günahsız yerə polis tərəfindən saxlanılıb.\Cənab prezident, bilirsiniz ki, Cəbrayıllılar tarix boyu dövlətə, dövlətçiliyə sadiq olub. Ümummilli lider Heydər Əliyevə və şəxsən sizə arxalanıb və həmişə sizinlə birgə olduğunu sübut edib və bundan sonra da sizinlə birgə addımlayacağıq.\\Möhtərəm Prezident!\Siz həmişə məcburi köçkünlərin yanında olduğunuzu bəyan etmisiniz və humanist olduğunuzu bütün dünyaya sübut etmisiniz.\Cəbrayıl rayon ağsaqqalları və ağbirçəkləri inanır ki, siz həmin o günahsız cavanların əziyyət çəkməsinə imkan verməyəcəksiniz. Ona görə də bütün əhalimiz adından minnətdarlığımızı bildiririk”.\1.Hacıyev Təbriz Fehruz oğlu\2.Əsədova Bədura Qurban qızı\3 Bayramova Afilə Məhəmməd qızı\4.Quliyev Məhəmməd Əşrəf oğlu\5.Məmmədova Nərminə Məmmədalı qızı\6.Alməmmədova Bəxtimə İsrail qızı\7.Salahov Malik Şahmar oğlu\8.Həsənov İsib Hüseyn oğlu\9.Əliyev Həmzə Mirzəli oğlu\10. İsmayılov Zahir Allahverdi oğlu\11. Həsənov Ağalar Həsən oğlu\12. Fətəliyev Ənvər Əkbər oğlu\13. Mirzəliyev Əsəd Mirzəli oğlu\14. Seydəliyev Rəsul Səməd oğlu\15. İbrahimov Telman İzzət oğlu\16. Hüseynova Məryəm Qasım qızı\17. Muradov Tapdıq İsaxan oğlu\18. Musayeva Əntiqə Muxtar qızı\19. İsmayılova Fatma İsmayıl qızı\20. Hüseynov Fehruz Maqsud oğlu\21. Qəhrəmanov Asif Məhəmməd oğlu\22. Ələkbərov İlyas Cəmil oğlu\23. Muradov Cümşüd Oruc oğlu\24. Ataşov Şirzad Şəmil oğlu\25. Hüseynova Fatma Əlkərəm qızı\26. Məhəmmədəliyev Məhərrəm Vəli oğlu\27. Həsənov Novruz Süleyman oğlu\28. Həsənov Süleyman Şərfalı oğlu\29. Quliyev İlhamə Əhməd qızı\30. Bayramov Təranə Məhəmmd qızı\31. İsgəndərova Lalə Zeynal qızı\32. Bayramov Behbid Vaqif oğlu\33. Bayramov Məhəmməd Behbud oğlu\34. İsgəndərova Mətanət Məhəmməd qızı\35. Təhməzov Osman Famil oğlu\36. Əliyeva Könül\37. İsgəndərova İradə Əhməd qızı\38. İsgəndərova Ülviyyə Fazil qızı\39. Fərzəliyev Namiq Həsən oğlu\40. Fərhadova Vəsilə\41. Əhmədova Gülü\42. Abbasova Əzizgül\43.Ağayeva Münəvvər\44. Abbasov Eldar Şəmşir oğlu\45. İsgəndərov Elşad Xələddin oğlu\46. Bayramova Sara Məhəmməd qızı\47. İsgəndərova Elnarə Vidadi qızı\48. İsgəndərova Xələddin Məhəmməd oğlu\49. Behbudova Şəfiqə\50. İsgəndərova Təranə Rafiq qızı\51. Mehtiyeva Gülnaz Cəmil qızı\52. Fərzəliyeva İradə\53. Qurbanov Firad Əlövsət oğlu\54. İsgəndərova Yeganə Vidadi qızı\55. Bayramova Nazilə Məhəmməd qızı\56. İsgəndərov Vidadi Balaca oğlu\57. Fəzəliyev Novruz\58. Qurbanova Sarıtel\59. İsgəndərova Gülnarə Füzuli qızı\60. Bayramova Adilə Məhəmməd qızı\61. Həsənova Ulduz Süleyman qızı\62. Əsədova Fatma Əliş qızı\63. Əsədov Rauf Qurban oğlu\64. İmanov Əhliman Həmzə oğlu\65. Ataşova Durna\66. Bəbirov Əli\67. Vəliyeva Gilə\68. Həsənov Səfəralı\69. Həsənov Sədaqət\70. İmanov Namiq Oruc oğlu\71. İsmayılov Murad camal oğlu\72. Vəliyev Akif\73. Vəliyeva Bənövşə\74. Əliyeva Gülzəndə\75. Hacıyeva Dilşad Aslan qızı\76. Hacıyeva Fəridə Vaqif qızı\77. Sadıqov Binnət Bəbir oğlu\78. Seydəliyev Səfər Səməd oğlu\79. Seydəliyeva Məsimə Aslan qızı\80. Məmmədağayeva Zöhrə Hüseyn qızı\81. İmanov İlkin Allahverdi oğlu\82. Xaneliyev Müzəffər Əmir oğlu\83. Səfərova Zərif Məmiş qızı\84. Bəhrəmov Novruz Məmməd oğlu\85. Balakişiyeva Telman Baloğlan oğlu\86.Allahverdiyev Xanoğlan İbad oğlu\87. Əsədov Ələkbər Məzahim oğlu\88. Həsənova Rəfiqə Cəmil qızı\89. Musayeva Çimnaz Musa qızı\90. Məmmədbağırov Məhəmməd Xanoğlan\91. İbrahimov Hidayət Telman oğlu\92. Həsənova Suraya Hüseyn qızı\93. Nəbiyev Kərəm Mustafa ğlu\94.Məmmədov Savalan Fərəc oğlu\95. İsmayılov Soltan Oruc oğlu\96. Bəhrəmov İlqar Novruz oğlu\97. Məhərrəmova Zaman Oruc oğlu\98. İsmayılov Savalan Oruc oğlu\99. Əsədov Arif Bəkir oğlu\100. İsmayılov Qarsalan Oruc oğlu\101. Məmmədov Əziz Aslan oğlu\102. Mirkişiyev Cəlil Cavad oğlu\103. Ağakişiyev Səbuhi Məhəmməd oğlu\104. QarayevYunus İsmayıl oğlu\105. İmanov Aqil Allahverdi oğlu\106. Əlimirzəyev Taleh Adil oğlu\107. Mahmudov Zülfüqar Nüsrət oğlu\108. Hüseynov Müzəffər İsbəndiyar oğlu\109. Hüseynov Həsən Müzəffər oğlu\110. Ağakişiyev Vüqar Əmirkişi oğlu\111. Əhmədova Nərgiz Əşrəf qızı\112. Zalov Ruslan Oruc oğlu\113.Seydəliyev İlqar Səməd oğlu\114. Əbilov Hafiz Əli oğlu\115. Mahmudov Polad Məhiyyəddin oğlu\116. İbrahimov İnşallah vaqif oğlu\117. Əliyev Əhməd Məmməd oğlu\118. Vəliyeva Güllü Həsən qızı\119. Orucov Ələddin Qurban oğlu\120. Balacayev Elşad Sirac oğlu\121. Qarayev Adil Yunus oğlu\122. Əliyeva Sahibə Əli qızı\123. Rüstəmov Ədalət Əhməd oğlu\124. Balacayev Şahverdi Cəlil oğlu\125. İsmayılova Səmaya Yunus qızı\126. Quliyeva Zöhrab Miriş oğlu\127. Quliyev Oruc Rüstəm oğlu\\Alçina Amilqızı





Həftənin ən çox oxunanları