Yuxarı

Azərbaycanda yeni ölüm kabusu

Azərbaycanda yeni ölüm kabusu

Hamı qorxur, nazirlikdən başqa\\Bir neçə aydır ki, ölkədə naməlum xəstəlik yayılıb. Ona görə naməlum deyirik ki, xəstəliklə bağlı ən müxtəlif məlumatlar gəzir. Hər gün ətrafda bu xəstəliyə yoluxanların artdığını görür və ən ilginc iddialarla qarşılaşırıq. İddialar arasında xəstəliyin hətta süni yolla yaradıldığı barədə də söyləntilər var. Səhiyyə Nazirliyi bu barədə hər hans iddianı rədd etməklə yanaşı, xəstəliyin geniş yayılması barədə də məlumatlarla razılaşmır. Rəsmi qurumun məlumatına görə, xəstəlik qış ayları üçün xarakterikdir və narahatlığa ehtiyac yoxdur.\espublika Taun Əleyhinə Stansiya da narahatlıqlarla bağlı sualları cavablandırıb. Stansiyadan verilən məlumata görə, 2016-cı ilin oktyabr ayından indiyədək tibb müəssisələrindən kəskin respirator viruslu xəstələrdən götürülmüş 258 müayinə materialı daxil olub. Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova bildirib ki, daxil olan müayinələrdən 5-də paraqrip, 6-da adena virus aşkarlanıb: “Daxil olan müraciətlərdən 20 faizi 17 yaşına qədər uşaqlarla bağlı, qalanları isə müxtəlif yaş təbəqələrindən olan xəstələrdəndir”. Xəstələr arasında ağırlaşma hallarına gəlincə, nazirlik rəsmisi bu barədə məlumat verməkdən imtina edib:“Bizə daxil olan nümunələrin heç birində patogen qrip virusu aşkar olunmayıb.\\Paraqrip, adena virus qripəbənzər infeksiyalardır. Əsasən yuxarı tənəffüs yollarının infeksiyasıdır. Burada da qrip kimi öskürək, asqırmaq, yüksək hərarət, ümumi halsızlıq kimi simptomlar müşahidə edilir. Ağırlaşma halları ilə bağlı bizdə məlumat yoxdur. Biz yalnız daxil olan nümunələrin laborator müayinəsini aparırırq”. R.İsmayılova özündə qrip əlamətləri hiss edən şəxslərin həkim müayinəsindən keçməsini tövsiyyə edib.\\Uşaqlara paraqrip təhlükəsi\\Mütəxəssisin açıqlamasında yer alan paraqrip və adenovirusnədir? Paraqrip kəskin respirator xəstəliyidir. İnfeksiya mənbəyi xəstə insandır. Hava-damcı yolu ilə yayılır ki, xüsusilə, asqırma, öskürək ən geniş yayılma yolu hesab olunur. Əsasən uşaqlar arasında yayılır. İnkubasiya dövrü 1-6 gün davam edir. Xəstəlik əsasən burun axıntısı ilə başlayır. Bədən temperaturu yüksəlir. Boğaz ağrıları özünü qısa müddətdə göstərir. Quru öskürək ağır formada bir neçə gün davam edir. Xüsusilə xroniki xəstəlikləri olan xəstələrdə bəzi hallarda paraqripin bronxit və pnevmoniyaya çevrilmə ehtimalı yüksəkdir. İmmuniteti zəif olan insanlar qapaqripə daha tez yoluxur. Ümumilikdə mütəxəssis araşdırmaları göstərir ki, dünyada uşaqların viruslu xəstəliklərə yoluxma hallarının 10-30 faizı qədəri paraqriplə bağlı olur. Xəstə sayı əsasən ilin fəsilləri ilə əlaqədar dəyişir.\\Virusların çox yayıldığı qış aylarında paraqripə yoluxanlar çoxluq təşkil edir. Eyni zamanda uşaqların yaşı da paraqripə yoluxmada müəyyən qədər rol oynayır. Paraqripə yoluxma hallarının əsksəriyyəti 0-2 yaş qrupundakı uşaqlarda təsadüf edilir. 7 yaşdan yuxarı uşaqlarda paraqripə yoluxma hallarına nadir rast gəlinir. Kollektivdə paraqripə yoluxma halları daha geniş yayılır. Buna görə də xüsusilə, uşaq bağçalarında il ərzində bir neçə dəfə paraqripə yoluxma halına rast gəlinə bilər. İnfeksiya mənbəyi olan bir uşaq xəstəliyin davam etdiyi 7-10 gün müddətində başqa uşaqları da yoluxdurmağa qadirdir. Paraqripə ilk dəfə 20-ci əsrin ortalarında ABŞ-da kütləvi halda rast gəlinib. Paraqripin 5 tipi var. Virusa yoluxma zamanı hərarətin yüksəlməsi əlaməti özünü daha çox göstərir. Bu hal ilk 2 gündə özünü daha çox biruzə verir. Daha sonrakı müddətdə isə ümumi halsızlıq, iştahsızlıq özünü göstərir. Həkimlər xəstəlik müddətində ancaq isti yeməklərin qəbulunu məsləhət görür. Xüsusilə, ən müxtəlif şorbalar tövsiyyə olunur.\\Spesifik müalicəsi olmayan adenovirus\\Taun Əlyehinə Stansiyanın əməkdaşının açıqlamasında adını çəkdiyi digər virus adenovirusdur. Adenoviruslar xarici qişası olmayan, təqribən 70-90 mm diametrli sadə quruluşlu viruslardır. 252 kapsomerdən ibarətdir. Onların 240-ı hekson formada olur, onlar virionun səthində tillər əmələ gətirir. Kapsomerlərin12-si penton formada olur, virionun səthində vertikallar əmələ gətirən bu pentonlardan xaricə doğru fibrillər uzanır. Adenovirusların genomu struktur və qeyri-struktur zülalları kodlaşdıran xətti ikisaplı DNT molekulundan ibarət olub, zülallarla birləşərək virusun özək hissəsini əmələ gətirir.\\Hekson və penton kapsomerləri virionun əsas səthi zülalları təşkil edir. Bu zülallardaqrup və tip spesifikliyinə malik antigenlər vardır. Penton kapomerləri və onlardan uzanan fibrllər antigen cəhətdən müxtəlifdir. Hemaqqlütinin xassəsinə malik olan fibrillər tip spesifikliyinə malikdir, onların əsasında adenoviruslar serotiplərə bölünür.\\Virusların ilk reproduksiyası tənəffüs yollarının,konyuktivanın,bağırsaqların selikli qişalarında və regional limfa vəzlərinin limfoid toxumasında baş verir və adətən, onların hüdudlarından kənara çıxmır. C qrupundan olan adenoviruslar ilkin yoluxmadan sonra adenoidlərdə və udlaq badamcıqlarında illərlə persistensiya edir.\\Bəzi adenoviruslar fekal-oral yoluxmadan sonra bağırsaq epitelində replikasiya olunaraq nəcislə aylarla ifraz olunur, lakin daha çox subklinik infeksiyalar törədir. Həssas hüceyrələrin zədələnmə xarakterinə görə infeksiyanın produktiv, abortiv və persistensiyalı tipləri ayırd edilir. Produktiv infeksiya virion populyasiyasının azad olunması və sahib hüceyrələrin ölümü ilə müşaiyət olunur. Abortiv infeksiya zəif həssaslığa malik hüceyrələrin yoluxması hallarında müşahidə edilir. Virusun reprodiksiya sürətini zəifləməsi zamanı persistensiyalı infeksiya müşahidə olunur. Belə infeksiya xroniki və simptomsuz gedişə malik olur. Xəstəliyin klinik formasından asılı olaraq müayinə materialı kimi burun - udlaq, əsnək, konyuktiva ifrazatı, nəcis və sidik götürülə bilər. Xəstəliyin kəskin və rekonvalesensiya dövrlərində götürülmüş qoşa zərdablarda anticisimlərin titrinin 4 dəfə, yaxud daha çox artması keçirilmiş xəstəliyi göstərir. Adenovirus infeksiyalarının spesifik müalicəsi yoxdur, simptomatik müalicə aparılır.\\Peyvəndi onkoloji xəstəlik yaradır\\Adenovirus infeksiyalarının qeyri-spesifik profilaktikası şəxsi gigiyena qaydalarına riayət etməkdən keçir. Bura isə əllərin sabunla tez-tez yuyulması, fərdi dəsmallardan istifadə daxildir. Əşyaların dezinfeksiyası üçün kalium hipoxlorid tətbiq edilə bilər. Üzgüçülük hovuzlarının suyu xlorlaşdırılır. Adenovirusların 4 və 7-ci tiplərindən hazırlanmış peroral vaksin ABŞ-da 1971-ci ildən başlayaraq tətbiq edilib. Vaksinasiyadan sonra viruslar bağırsaq epitelində çoxalmaqla virusneytrallaşdırıcı anticisimlər induksiya edir. Yüksək effektə malik olan bu vaksinin istehsalı adenovirusların onkogenlik xassələrinə görə 1999-cu ildən etibarən dayandırılıb.\\İşıqdan qorxmaq, öskürək, sinədə ağrı- ölüm təhlükəsi\\Ölkəmizdə yayılan qripin əslində nə olması barədə ümzakirələrin getdiyi bir zamanda professor Adil Qeybullanın açıqlaması narahatlığı daha da artırıb.\\Adil Qeybulla Azərbaycanda yayılan virusun H3N2 olduğunu deyib. H3N2 daha çox "Honkonq qripi" kimi tanınır və ölümcüldür. Honkonq qripi haqqında məlumat Azərbaycanda “donuz qripi” və ya “quş qripi” ilə müqayisədə çox deyil.\\Bununla yanaşı bəzi mənbələr indiyə qədər H3N2 virusunun bütün dünyada 1 milyondan çox insanın ölümünə səbəb olduğunu qeyd edir. "Honkonq qripi"nin yayılmasının əsas səbəbinin köçəri quşlar olduğu deyilir. Xəstəlik 2014-2015-ci illərdə yenidən mutasiya edilib və insanların yoluxmasına səbəb olub. Mütəxəssislər bildirir ki, "Honkonq qripi"ndən müdafiənin ən effektiv üsulu peyvənd olunmaqdır. Bu yolla insanın xəstəliyə qarşı immuniteti yaranır və daha ağır fəsadların qarşısı alınır. Bu qrip xüsusilə, uşaqlar, yaşlılar və hamilə qadınlar üçün həyatı təhlükə daşıyır.\\Mütəxəssislər bildirir ki, yoluxmadan 12-16 saat sonra dəhşətli baş ağırları ilə özünü göstərməyə başlayır. Gözdən su axması, ümumi halsızlıq, əzələ ağrıları, tərləmə, iştahanın kəskin azalması, quru öskürək, sinədə ağrı, işıqdan qorxmaq kimi əlamətləri var. Virusa yoluxan insanların müalicəsinin tamamilə sakit mühitdə aparılması məsələhət görülür. Çoxlu maye qəbulu da əsas şərtlərdən biridir. Müalicə ilk simptomlar özünü göstərdiyi zamandan etibarən aparılmalıdır. Gecikmək faciəli sonluğa gətirib çıxara bilər.\\Sevil Ağazadə





Həftənin ən çox oxunanları