Yuxarı

Oliqarxlar xalqı dövlətlə üz-üzə qoyur

Oliqarxlar xalqı dövlətlə üz-üzə qoyur

Mənzil tikinti kooperativləri qiymətləri qaldırıb\\Akif Nəsirli: “Sərbəstlik o demək deyil ki, sahibkar ağlına nə gəlirsə onu da etməlidir”\\Bütün özəl mənzil-tikinti kooperativləri istilik pulunu təqribən iki dəfə artırıb. Buna nümunə kimi “Kristal Abşeron” MMC tikinti şirkətini göstərmək olar. Deputat Ağalar Vəliyevin olduğu bildirilən “Kristal Abşeron”unun mənzillərində yaşayan sakinlər eyni problemlə əlaqədar Prezident Administrasiyasına yürüş edəcəklərin deyiblər. Sakinlərin sözlərinə görə, “Kristal Abşeron” istilik pulunu kvadratmetri üçün 0.40 qəpikdən 0.70 qəpiyə qaldırıb. Şirkət rəhbərliyi bunu mavi yanacağın tarifinin artması ilə əlaqələndirməyə çalışıb. Lakin payçıların şikayətinə məhəl qoyan olmayıb.\\Bununla sakinlər həm mənzilində işlətdiyi qazın, həm də şirkətin xərclərini ödəməyə məhkum olunub. Üstəlik, məbləğin 30 qəpik qaldırılması vətəndaşların cibinə girərək soyğunçuluq etməkdir.\\Başqa özəl tikinti şirkətlərinin inşa etdiyi mənzillərdə yaşayan sakinlərdən əldə etdiyimiz məlumata görə, istilik pulları hətta 0.80-1 manata qədər artırılıb. Şəhər mərkəzində yerləşən binalarda mənzilin kvadrat metri üçün istilik pulu 1 manatdan hesablanır. Hələ bunun mavi yanacağı, elektrik enerjisi və digər kommunal xərcləri var. Kommunal xidmətlərinin aylıq xərcləri 500 manata yaxın çıxır. Belə çıxır ki, həmin binalarda yaşamaq üçün sakinin aylıq min manatdan yuxarı gəliri olmalıdır. Onu da qeyd edək ki, özəl tikinti şirkətləri mənzillərin istilik sistemini öz qazanxanaları hesabına təmin edir.\\Burda bir məsələ var. Deyək ki, sakin seçim qarşısında qalıb kombidən istifadə edə bilər. Şirkət mənzilin kvadrat metrinə istiliyi 0.80 manatdan verirsə, sakinin də 100 kvadratlıq evi varsa, 80 manat pul edir. Amma sakin kombi istifadə edib nisbətən aşağı pul ödəyə bilər. Yəni, məsələnin maraqlı tərəfi odur ki, həmin özəl şirkətlər sakinlərə alternativ istilik enerjisindən istifadə etməyə icazə vermirlər. Bu isə bir növü gəlir mənbəyidir. Oliqarxlar öz qazanclarını itirməmək naminə insanlarla hökuməti üz-üzə qoymaqdan belə çəkinmir. Onlar üçün maraqlı deyil ki, insanlar etiraz edir, ya yox. Onlar fürsəti əldən vermir, xalqı talamaq uğrunda yarış gedir.\\“Bazarı oliqarxlar bölüşdürüb”\\İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, bazar iqtisadiyyatı şəraitində qiymətin əmələ gəlməsi elmi yoxdur: “Sovet hökuməti sistemində iqtisadiyyat elmində qiymətin əmələ gəlməsi ixtisası var idi. İstənilən ölkədə bazara iqtisadiyyatında qiyməti sahibkar özü qoyur. Amma bu, o demək deyil ki, sahibkar qiymət qoymaqda sərbəstdir, ağlına nə gəlirsə onu da etməlidir. Azərbaycanda anormallıq ondan ibarətdir ki, sahibkarın alternativi yoxdur. \\Yəni, onun çəkinib qorxa biləcəyi bir şey yoxdur. Azərbaycanda bir neçə tikinti şirkəti fəaliyyət göstərir. Onlar sindiqat şəklində razılığa gəlirlər və qiymət təyin edirlər. Yəni, alıcıya qiyməti diktə edirlər. Bu, təkcə istilik sistemində deyil, bütün məsələlərdə belədir. Bazar iqtisadiyyatı şəraitində hökumət qiymət qoymamalıdır. Məsələn, deyiləndə ki, yumurtanın qiymətin artıranlara qarşı cinayət işi açılmalıdır. Bu zaman sual yaranır, Azərbaycanda bazar iqtisadiyyatı varmı? Məsələ burasındadır ki, qiymətə qarşı mübarizə aparmaq üçün qiyməti qaldıran şirkətin alternativi olmalıdır. Həmin şirkət bazarının kiçilməsindən qorxmalıdır. Qısaca iqtisadiyyatda rəqabət olmalıdır. \\Bu mühitdə sahibkar qorxmalıdır ki, alıcılar onu tərk edə bilər. Amma Azərbaycanda bazar oliqarx məmurlar tərəfindən bölüşdürülüb. Hərənin öz payı var. Ona görə də heç kim bazar itirməkdən qorxmur. Alıcının alternativi yoxdur. Sahibkar artıq binanı satıb, müqaviləsini bağlayıb”.\\“Hökumət azad rəqabət yaratmalıdır”\\Ekspertin sözlərinə görə, bu məsələnin həlli üçün qiymətləri tənzimləyən mexanizm mövcud deyil: “Hesab edirəm Azərbaycan hökuməti azad rəqabət mühiti formalaşdırmalıdır. Bu cür rəqibsiz şirkətlərə qarşı alternativlər yaradılmalıdır. Hökumət inhisarçılığa, monopoliyaya qarşı görünməz əllə mübarizə aparmalıdır. Amma Azərbaycanda belə bir mübarizə üsulu yoxdur. Azərbaycan iqtisadiyyatında monopolist elə Azərbaycan məmurudur, naziridir, deputatıdır. \\Ona görə də konkret bu məsələnin tənzimlənməsi üçün qanuni mexanizm düşünə bilmirəm. Yeganə çıxış yolu sakinlərin, vətəndaşların nümayişkəranə şəkildə konkret obyektə qarşı etiraz etmələridir. Hökumət maraqlı olmalıdır ki, vətəndaşa xidmət edən sahibkara təsir etmə mexanizmi olsun. Azərbaycanda isə bu yoxdur”.\\Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları