Yuxarı

Səfir Xətaini hədəfə aldı

Səfir Xətaini hədəfə aldı

Şeyx Əbdül Mahmudbəyli: “Bunlara nə düşüb ki, tarixi şəxsiyyətləri ləkələyirlər?”\\Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov “Zəngəzuru Azərbaycana qaytarın!” adlı petisiyanın yerləşdirilməsinə münasibət bildirərkən ermənilərin Azərbaycan torpaqlarına gətirilməsində böyük dövlət xadimi, Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətaini günahlandırıb. H.Orucov bildirib ki, 1501-ci ildən sonra Şah İsmayıl Xətai erməniləri Qərbi Azərbaycana və Naxçıvana köçürməyə başlayıb.\\Kinorejissor, Şah İsmayıl Xətai haqqında filmin ssenari müəllifi Şeyx Əbdül Mahmudbəyli “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, bizim ən böyük problemimiz tariximizə ləkə vurmaqdır. Onun sözlərinə görə, Xətainin ermənilərin Azərbaycan torpaqlarında məskunlaşmasına heç bir aidiyyatı olmayıb:\\“Bizim Hidayət Orucovla hər zaman gözəl salam-kəlamımız olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində biz onunla dəfələrlə görüşüb söhbət etmişik. Mən ondan heç vaxt yanlış fikir eşitməmişəm. Hətta mənim Şah İsmayıl haqqında film çətmək istəyimdən də məlumatı vardı və mənə deyirdi ki, nə kömək lazımdırsa, edə bilərəm. Mən hər zaman düşünmüşəm, mənə bu soyuq münasibət, ikili münasibət, evimi uçurmağın arxasında nə durur? Gəlib 73 yaşda bu suala cavab tapmışam.\\Mən işimi, gücümü atıb ancaq bu xalqın tarixini, milli-mənəvi dəyərlərini, klassik irsini, mədəniyyət nümunələrini, tarixi şəxsiyyətlərini müdafiə etmişəm. Mənim bunlardan başqa heç bir günahım yoxdur. Bu gün hörmətli Hidayət müəllimin heç bir əsası, faktı olmadan tariximizə qarşı belə bir yanlış, qərəzli fikir söyləməsi mənə çox qəribə gəlir. Əvvəlla ermənilər rus çarı I Pyotrun 1700-cü il noyabr fərmanından sonra Azərbaycan torpaqlarına gətirilib və müsəlman dövlətləri arasında bufer zonayaradılıb. Bu tarixdir, faktdır. Bu işə isə Qirboyedov rəhbərlik edib. Hətta ermənilərin XVIII əsrin sonlarında Qarabağa gəlmələrilə bağlı Qriboyedova heykəl qoyulmuşdu. Bundan başqa dünya klassiklərinin ermənilərlə bağlı yüzlərlə yazıları var.\\Tolstoy deyir ki, ermənilərin bu əraziyə köçürülməsi Qafqaz xalqlarının kürəyinə sancılan xəncərdir. Bütün tarixçilər, etnoqraflar, yazıçılar, arxeoloqlar bu qədər araşdırma aparıblar, nə Cənubi Qafqazda, nə də Şimali Qafqazda ermənilərlə bağlı heç bir məlumat əldə edə bilməyiblər. Ermənilər albanların mədəni irsinə sahib olublar.  Bu hamısı tarixdir, faktdır. Şah İsmayıl Xətainin məktubu var ki, orada ermənilərin buradan qovulmasını yazır. İlin-günün bu vaxtı erməni qapı-qapı gəzib özü üçün yalançı tarix düzəldir. Bu da bizdən oğurlanmış tarixidir. Ermənilərin heç bir musiqisi, mənəvi dəyərləri, tarixi olmayıb. Biz də danışmırıq və hər şeydən xəbərsiz dünya da elə bilir ki, ermənilər düz deyir”.\\Şeyx Əbdül Mahmudbəyli deyir ki, bu gün öz içimizdə oturanlar ermənilərin yalan tarixini gündəmə gətirməyə çalışır. Bunlara nə düşüb axı bu gün Azərbaycanın tarixi şəxsiyyətlərini təftiş edirlər: “Mən başa düşə bilmirəm, bunlar tarixçilərdən, elm adamlarından ağıllıdırlar? Əgər Şah İsmayıl pis olsaydı, mərhum prezident Heydər Əliyev deməzdi ki, tez olun Səfəvilərlə bağlı film çəkin. İndi mən başa düşmürəm ki, bu cür absurd fikirlər kimə xidmət edir, bunların maraqları nədir? Keçən dəfə də Milli Məclisdə bir deputat deyir ki, bizim tarixi şəxsiyyətimiz olmayıb, olanlar da oğru, bandit olub.\\Niyə bu qədər məddahlıq edir bunlar? Bu cür mənəviyyatsızlıqla pul qazanırlar heç olmasa bu xalqın tarixinə toxunmasınlar. Belə çıxır ki, bunlar Azərbaycanı kənar respublikalarda belə təbliğ edirlər deyə, bu gündəyik. Mən Hidayət müəllimdən heç gözləməzdim. Xətai yeganə şəxsiyyətdir ki, yaratdığı əsərlərin 90 faizini türk dilində yazıb”.\\Vilayət Muxtar\\Cebhe.info





Həftənin ən çox oxunanları