Yuxarı

Azərbaycanda silah almaq üçün ərizə kifayətdir

Azərbaycanda silah almaq üçün ərizə kifayətdir

Yaponiyada silah almaq istəyən adamın çoxlu səbri və qətiyyəti olmalıdır. O, bütün gün davam edən dərsdə iştirak etməli, yazılı imtahan verməli və atıcılıq testini 95% nəticə ilə qazanmalıdır. Şəxsin ruhi sağlamlıq və narkotik testlərindən keçməsi də tələb olunur. Müraciət edənin cinayət tarixçəsi yoxlanılır. Yalnız bundan sonra şəxsin qohum-əqrəbası, iş yoldaşları yoxlanılır. Yaponiyada polis, hətta silah lisenziyası verməkdən imtina edə, verilən silahı axtara və onu şəxsdən ala bilər. Əl silahlarının isə bu ölkədə satışı qadağandır. \\Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Azərbaycanda yalnız ov silahlarının satışına icazə verildiyini deyib:\\\\“Vətəndaş silah almaq istəyirsə Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Bu müddət ərzində nazirlik tərəfindən şəxsin məlumatları, silahla davranış qaydaları araşdırılır. Vətəndaş tələblərə cavab verirsə o zaman pulunu ödəyərək mağazadan silah ala bilir”. \\Onun sözlərinə görə, ov tüfəngi alan şəxs daim yaşadığı ərazinin polis idarəsinin nəzarətində olur:\\“Silahın hansı şəraitdə saxlanması, onunla necə davranılması mütəmadi nəzarətə götürülür. Ov silahından başqa digər silahların satışı Azərbaycanda qadağan edilir”. \\Nazirlik digər silah növlərinin satışının qadağan olmasını söyləsə də, ölkədə baş verən cinayət hadisələrindən görünən budur ki, əhali hər hansı bir yolla silah ala bilir. Bir müddət öncə, yanvarın 7-də "İraq Hava Yolları" aviaşirkətinin Bakının Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı nümayəndəliyində sürücü odlu silahla qətl törətməsi də buna bariz nümunədir.\\Nigar Məhərrəm\\





Həftənin ən çox oxunanları