Yuxarı

Dollar mənzil bazarını “öldürüb”

Dollar mənzil bazarını “öldürüb”

Rəşad Əliyev: “Vəziyyətin normallaşmasıüçün məzənnənin sabitləşməsivacibdir”Daşınmaz əmlak bazarında ciddi aktivlik müşahidə olunmur.Hazırda manat -dollar münasibətlərində qeyri-müəyyənlik davam edir. Ekspertlər hesab edir ki,  bu qeyri-müəyyənlik davam edəcəyi halda daşınmaz əmlak bazarında hansısa ciddi dəyişikliklərin olacağı mümkün deyil. Çünki müəyyən məbləğdə əlində pul kütləsi olan şəxslər  indiki məqamda onu qoruyub saxlamağa çalışırlar.Qeyd edək ki, İpoteka Fondu 2016-cı ilin dekabr ayından fəaliyyətini bərpa edib.Bu mənada əvvəlki aylara nisbətən mənzil bazarında bir qədər aktivlik müşahidə olunur.Mənzillərin alqı-satqı prosesində aktivlik bir tərəfdən kredit imkanlarının artması ilə bağlıdır.Amma ümumilikdə daşınmaz əmlak bazarında sabitlik hökm sürür.Bəzi iqtisadçıların fikrincə, ümumiyyətlə son illər Azərbaycanda əmlak bazarında qiymətlər süni şəkildə dəyərindən ən azı 2 dəfə çox bahalaşıb.Xaricdən gətirilən valyuta hesabına evlər baha qiymətə alınırdı.İndi isə manat dəyərdən düşüb, dolların dəyəri artıb və insanların bahalı evlərə verəcək pulları yoxdur.Bir müddət sonra, hətta indiki qiymətlər də enməyə başlayacaq.  Bir il ərzində əmlak bazarında qiymətlərin tənzimlənəcəyi bildirilir.Əmlak məsələləri üzrə ekspert, iqtisadçı Rəşad Əliyev “Cümhuriyət” qəzetinə deyib ki, daşınmaz əmlak bazarında alqı-satqının çoxu dollarla aparılırdı: “Alqı-satqı prosesi notariusun iştirakı ilə bank hesabı ilə aparılır. Yəni alıcı aldığı mənzilin pulunu bank hesabına qoyur və sonra satıcı həmin vəsaiti bank hesabından çıxarır.Alıcılarda əvvəl dollar olurdu və onlar bunu çox rahatlıqla sata bilirdi.Ancaq satıcı həmin vəsaiti alanda zəruri hallarda onu dollara çevirə bilmirdi.Müəyyən manatı olanlar zəruri məzənnə ilə dollar ala bilmirdilər.Bu isə onunla nəticələnirdi ki, alıcılar mənzil almaqdan ya imtina edirdi, ya da bu məsələni təxirə salırdı.Məzənnənin oynaması nəticəsində mənzil almaqdan imtina halları yaranmışdı, eyni zamanda alıcılıq qabiliyyəti xeyli aşağı düşmüşdü.Ona görə də bu vəziyyətin normallaşması üçün məzənnənin sabitləşməsi vacibdir”.Ekspert qeyd edib ki, hazırda bazarda sabitlik müşahidə olunur: “Əgər biz bazara manat qiymətləri ilə baxsaq, qiymətlər sabit görünür. Düzdür indi bazarda əməliyyatlar manatla aparılır.Manat ekvivalenti ilə qiymətlər münasibdir.Ümumiyyətlə qiymətlərin necə olması dolların məzənnəsindən çox asılıdır.2016-cı ilin birinci rübündə vətəndaşların təşviş içərisində bank hesablarından pullarını çəkib daşınmaz əmlaka yönəltməsi oldu.Bağlanmış banklarla bağlı kompensasiyaların alınması ilə bir çoxları vəsaitləri əmlak bazarına yönəltmişdi.Bu süni olaraq alıcılıq kütləsinin yaranmasına səbəb olmuşdu.Artıq bu cür alıcıların sayı müəyyən qədər azalıb”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları