Yuxarı

Rayonlarda uşaqları dərsə göndərmirlər

Rayonlarda uşaqları dərsə göndərmirlər

Paytaxt şagirdləri də dərsdən yayınmada “öndədir”Kamran Əsədov: “Valideynlərin əksəriyyətində məsuliyyət hissi o dərəcədə azalıb ki, uşağının neçənci sinifdə oxuduğunu belə bilmir”Azərbaycanda şagirdlərin məktəbdən yayınması halları ilə bağlı məsələ yenidən gündəmə gəlib.Təhsil Nazirliyinin açıqlamalarına görə, uşaqların icbari ümumi orta təhsillə əhatəsi onların daim diqqət mərkəzindədir.Şagirdlərin dərsdən yayınma halları ilə bağlı faktlar olsa da, bu hal kütləvi deyil. Son statistik məlumatlara görə, ölkə üzrə məktəbdən yayınma halları 0,3 faiz (4602 nəfər) təşkil edib. Ekspertlər məktəbdən yayınma hallarının kütləvi xarakter almaması üçün bu sahəyə nəzarətin və müvafiq tədbirlərin daha da gücləndirilməsini vacib sayırlar.Bildirirlər ki, əsasən ucqar kənd yerlərində, bölgələrdə bu məsələ ilə bağlı nəzarət tədbirləri həyata keçirilməlidir.Əsasən kənd yerlərində, bəzi bölgələrdə qızların erkən nikaha məcbur edilməsi dərsdən yayınma hallarını artırmış olur.Paytaxt küçələrində, digər mərkəz ərazilərdə dilənçiliklə məşğul olan azyaşlı uşaqların, qaraçıların da dərslərdən kənarlaşması halları müşahidə olunur ki, bütün bu problemlər məsələni daha da ağırlaşdırmış olur.Dərsdən yayınmada qarışıq vəziyyət... “Cümhuriyət” qəzetinə açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, apardığı uzunmüddətli araşdırmalardan bu qənaətə gəlib ki, məktəblilərin tədrisdən yayınmasına təsir göstərən bir necə arqument var: “Dərsdən yayınanlar sırasında daha çox repititor yanına gedən şagirdlər, fiziki qüsurlu, erkən nikah səbəbi ilə təhsilini davam etdirə bilməyənlər, çətin tərbiyə olunanlar, erkən yaşda işçi qüvvəsinə çevrilən və ya məcburi əməyə cəlb olunanlar, nikahdankənar doğulan uşaqlar, qaraçı və dilənçi həyatı ilə məşğul olanlar üstünlük təşkil edirlər. Təhsildən yayınan uşaqlar bir neçə kateqoriyaya bölünür.Onların arasında müxtəlif yaş kateqoriyasında olmaqla, ümumiyyətlə, məktəbə getməyənlər var. Bundan əlavə uç sinif oxuyub sonra ailəsi tərəfindən məktəbə buraxılmayan uşaqlar var ki, onlar sadəcə heç bir əsas gətirilmədən, valideynin istəyi ilə təhsildən yayındırılanlardır. Bu faktlarla yanaşı birinci sinifdə təhsil alan bəzi şagirdlər var ki, onların valideynlərinin rəsmi nikahı olmadığı üçün sənədsizdir. Yəni, vəziyyət çox qarışıqdır”.Ekspertin sözlərinə görə, məktəblilərin dərsdən yayınmasına təsir edən subyektiv səbəblər də mövcuddur: “Bəzi məktəblərin qəzalı vəziyyətdə və istilik sisteminin bərbad olması şagirdlərin dərsə davamiyyətinə mənfi təsir göstərən amillər sırasındadır. Bundan başqa ölkəmizdə bir neçə azsaylı xalqın nümayəndələri də təhsilə cəlb olunmaqda problem yaşayırlar. Qax rayonundakı Qapıçay kəndində yaşayan fars mənşəli qaraçılar, ümumiyyətlə, bu həyat tərzi ilə məşğul olanlar arasında dərsdən yayınma halları var. Lakin onların sayı o qədər də çox deyil. Belə ki, icbari təhsildən yayınan qaraçıların sayı 100-dən artıq deyil.Təhsildən yayınanların böyük faizini fiziki qüsurlü şəxslər təşkil edir.Hazırda Azərbaycanda əlilliyi olan uşaqların sayı 62 000 nəfər təşkil edir. Onlardan 9 355-i evdə təhsilə, 2 725-i yardımçı internat məktəblərinə, 2 558-i yardımçı məktəblərə, 412-si qarışıq tipli internat məktəblərinin xüsusi siniflərinə, 298-i inklüziv təhsilə cəlb olunan uşaqlar, 46 652-si isə təhsildən kənar qalan əlilliyi olan uşaqlardır”. Dərsdən yayınma 8-ci sinifdən başlayır... Kamran Əsədov qeyd edib ki, əldə etdiyi məlumatlara görə məktəblilərin dərsdən yayınma halları, əsasən, 8-ci sinifdən sonra başlayır: “Bu isə bir çox səbəblərlə, o cümlədən də şagirdlərin repetitor yanına getməsi ilə əlaqələndirilir. Tərəflərin təhsildən yayınmaya hərəsinin öz arqumenti var. Şagirdlərin özləri də səbəbdən asılı olmayaraq dərsdən yayınmanın heç də yaxşı nəticə vermədiyini anlayırlar.Bəzi uşaqlar evə tələsirlər, başqa biri əyləncələrə vaxtını sərf etmək istəyir, ancaq başa düşmürlər ki, gələcəkdə bunun üçün çox peşman olacaqlar.Müəllimlərin fikrincə isə, şagirdlərin dərslərdən yayınmalarında həm valideynlər, həm də məktəb günahkardır.Eyni zamanda valideynlər hər dəqiqə icazə alıb ora aparmaq, bura aparmaq kimi xırda işlərlə uşağı məktəbdən saxlayırlarsa, bu, onların gələcəyinə ziyandır.Hər iki tərəfin səhlənkarlığı cəmiyyətə kamil insanın təqdim olunmasında maneəyə çevrilir.Hətta valideynlərin əksəriyyətində məsuliyyət hissi o dərəcədə azalıb ki, uşağının neçənci sinifdə oxuduğunuı belə bilmir.Danılmaz faktdır ki, şagirdin məktəbə bağlılığı, ilk növbədə, onun mənsub olduğu ailədən qaynaqlanır.Bəzi müəllimlərin təcrübəsizliyi, öz dərslərini yaxşı qura bilməməsi, uşaq psixologiyasından xəbərsizliyi tədris prosesinə mənfi təsir edir.Kənar müdaxilələr də şagirdlərin dərsə meyllənməsini sıfıra endirir. Şagirdlərin dərsdən yayınmasına təsir edən amillərdən biri də diplomlu savadsızlar, biznesdə və müəyyən sahələrdə bir az uğur qazanan insanlardır. Onlar ətrafdakı adamlara deyirlər ki, görürsüz mən oxumamışam, amma özümə müəyyən şərait qurmuşam”.Ekspert onu da əalvə edib ki, təkcə 2015-2016-cı qəbul ilində təhsildən yayındığı üçün 700 dən şox şagirdin biliyi qiymətləndirilməyib: “Bu IX sinifə qədər olan rəsmi məlumatdır. XI sinifə qədər təhsildən yayındığı üçün biliyi qiymətləndirilməyənlərin sayı isə 800-ə yaxındır.Təhsildən yayınmanın istər IX istərsə də, XI siniflər üçün ən yüksək sayda olduğu rayonlar arasında Sabirabad liderlik edir.Təhsildən yayınmanın ciddi şəkildə nəzərə çarpdığı digər rayonlar İmişli, Ağdam, Ağcabədi, Şəmkir, Yardımlı və Cəlilabad rayonlarıdır.Bu problem təkcə regionlarda yerləşən orta təhsil müəssisələrinə aid deyil, Bakı şəhərində də təhsildən yayınma halları var. Paytaxtın Xətai, Nərimanov, Sabunçu rayonlarında da təhsildən yayınanlara daha çox rast gəlmək olur”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları