Yuxarı

Bakı nəzarətə götürüldü

Bakı nəzarətə götürüldü

Yol-metroloji şərait nəzərə alınmadığı üçün paytaxtda 7 avtomobil qəzası baş verib.Bu haqda Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vaqif Əsədov Cebhe.info-ya açıqlamasında deyib:“Bu dəqiqələrə ədər bütün inzibati ərailər nəzarətə götürülüb. Dövlət Yol Polisinin şəxsi heyəti də səfərbər edilib. Texniki vasitəlrlə yollar təmizlənir, duz səpilir. Avtomobillərin hərəkəti üçün heç bir problem yoxdur. Lakin bir sıra enişli-yoxuşlu ərailərdə sürüşmə ehtimalı yaranıb. Tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə edilsin".Piyadalara xəbərdarlıq edən DYP rəsmisi bildirib ki, sərnişinlər səkilərlə hərəkət etsinlər: “Avtomobil yolu ilə hərəkət etməyikn. Sürüşmə ehtimalı yarandıqda təhülkəli vəziyyət yarana bilər. Qarın yağması ilə əlaqədar olaraq azyaşlıların sevincinin də həddi-hüdudu yoxdur. Valideynlərə tövsiyə edirik ki, onların qarla oynamasına nəzarət etsin”.Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olar Nəqliyyat Agentliyinin əməmkdaşı Mais Ağayev də məlumat yayıb.O bildirib ki, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar paytaxtın əksər küçə və prospektlərində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir:“Məlumat üçün bildiririk ki, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb. BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır. Məlumat üçün onu da qeyd edək ki, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 40 km/saat endirilib. Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyyə edirik”.Nigar





Həftənin ən çox oxunanları