Yuxarı

Tikinti fırıldaqçılarının sonu gəlir

Tikinti  fırıldaqçılarının sonu gəlir

 Rəşad Əliyev: “Satışa çıxarılan mənzillərin vahid reyestri formalaşdırılsa...”Ötən il vətəndaşların ən çox şikayət etdikləri tikinti şirkətlərinin adı bilinib. Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov açıqlayıb. “Təəssüf ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir.2016-cı ildə daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər. Bunlardan ”Kristal Abşeron", “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” və başqalarını qeyd etməliyik".PA rəsmisinin sözlərinə görə, son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılıb. Vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib: “Məsələn, 2016-cı ildə ”MTK Real"ın rəhbəri İlham Qasımov 15 il, “198 Saylı”, “200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilmiş, digər MTK-ların - “Əli bəy”, “Əzizbəy-KM”, “AENT-E”, “Fateh-N”, “Badu-Kubə”, “Şahbulaq”, “Term”, “İDEAL-İ İnşaat”, “Mehriban Qonşular”, “Xətai-2", ”Ulduz-S", “Azərtikinti ATF”, “Dərəçiçək”, “Fuad LTD”, “Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri açılıb. Bu cinayət işlərinin bəzisi artıq yekunlaşmış, təqsirli şəxslər cəzalandırılıb”.Əmlak bazarı üzrə ekspert Rəşad Əliyev “Cümhuriyət” qəzetinə bildirib ki, bu cür şikayətlər daim olub: “Tikinti şirkətləri işi başa çatdırdıqdan sonra mənzillər ətrafında mübahisələr yaranır. Burda bir mənzilin bir neçə nəfərə satılmasından tutmuş, kommunal xidmətlərin qoşulmamasına qədər bir çox problem öz əksini tapır. Eyni zamanda problemlər sırasında mənzillərin çıxarışlarının verilməmsilə bağlı məsələlər də var. Burda da əksər hallarda səbəbkar tikinti şirkəti olur. Çünki bu şirkətlər lazım olan sənədləri müvafiq dövlət qurumlarından əldə edə bilmədiyi üçün bu cür problemlər baş qaldırır. Bir mənzilin bir neçə şəxsə satılmasının qarşının almaq üçün təklif olunmuşdu ki, vahid qurum yaradılsın. Bütün satışa çıxarılan mənzillərin vahid reyestri formalaşdırılacaqdı. Nəticədə eyni mənzilin iki dəfə satılmasının qarşısı alınmış olacaqdı. Belə çıxır ki, bu sistem hələ də tətbiq olunmayıb”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları