Yuxarı

Mənzil bazarında saxta endirim kampaniyaları

Mənzil bazarında saxta endirim kampaniyaları

[caption id="attachment_736" align="alignright" width="256"]ramil_osmanli Ramil Osmanlı: “Müştəriləri  kampaniyalar kifayət qədər uğursuzdur”[/caption] Daşınmaz əmlak bazarında mövcud durum o qədər də ürəkaçan deyil. Ev sahibi olmaq istəyənlər mənzillərin bahalaşması ilə bağlı çıxılmaz vəziyyətdə qalıblar. Digər tərəfdən isə mənzillərin kreditlə satışını həyata keçirən bir neçə yaşayış kompleksləri tərəfindən təklif olunan şərtlər isə alıcılara sərfəli görünmür. Belə olan vəziyyətdə mənzil satışı ilə məşğul olan bəzi şirkətlər müştərilər üçün cəlbedici şərtlər təklif edirlər. Alıcılar belə sərfəli təkliflərə qaçsalar da, çox zaman saxta endirim problemi ilə üzləşirlər. AAAF Park Yaşayış Kompleksi mənzil sahibi olmaq istəyənlər üçün şərtləri daha da yumşaldıb. Şirkət mənzilə ehtiyacı olan insanlar üçün ayda cəmi 138 manat pul ödəməklə ev sahibi olmaq şansını əldə edə biləcəklərini bildirir. Qeyd edək ki, kompleks ötən kampaniyalarında daxili imkanları hesabına uzunmüddətli kreditlər verib. Son kampaniyalarında isə ilkin ödənişi 5%-ə qədər azaldaraq, ödəniş müddətini 25 ilədək artırıb. Kampaniya rəhbərliyi oktyabr ayının 15-dək hər bir Azərbaycan vətəndaşının 5% ilkin ödəniş etməsi ilə 25 il müddətinə qədər mənzil əldə edə biləcəklərini bildirir. Belə ki, 25 illik hesablama ilə: 1 otaqlı 31.2 m²-lik mənzil əldə etmək üçün 2 598 AZN ilkin ödəniş edərək, 25 il isə ayda 138 manat ödəməklə mənzil sahibi ola bilərsiniz. 2 otaqlı 63.1 m²-lik mənzil əldə etmək istəyən şəxslər isə 5 256 manat ilkin ödəniş, 25 il ayda 280 manat ödəməklə mənzil sahibi ola biləcəkdir. Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı hesab edir ki, sosial şəbəkələrdə, KİV-də insanları cəlbetmə xarakteri daşıyan kampaniyalar kifayət qədər uğursuzdur. AAAF Park Yaşayış Kompleksinin həyata keçirdiyi bütün kampaniyalar dələduzluğun formalarından başqa bir şey deyil: “Xırdalan kimi bir yerdə 1300-1400 manata mənzil təklif etmək, adını da sərfəli kredit qoymaq dələduzluğun bir formasıdır. Bu kampaniya deyil. Real olan məsələlərdən danişmaq lazımdır. 25-30 il müddətində kreditli mənzil təklif olunur və 3 m²-lik mənzilin qiyməti 100 min manatı ötür. Belə olan təqdirdə sərfəli kampaniyadan necə söhbət gedə bilər. AAAF Park sadəcə bazarda yaramnış vəziyyətdən istifadə edir. Bununla məşğul olan işbazlar, marketinq siyasətini həyata keçirən qeyri-professional şəxslər belə problemli kreditlərin sayını xeyli dərəcədə artıracaq. Amma məlum olanda ki, təklif olunan məbləğə görə mənzillərin m²-i kiçikdir, sonrakı ödəmələrdə problemlərə çıxaracaq. İnsan yaxın müddətini proqnozlaşdıra bilmirsə, 25-30 ildən sonra nə baş verəcəyini ümumiyyətlə demək çətindir”. Qeyd edək ki, Azərbaycanda İpoteka Fondunun imkanları genişlənir. Prezidentin bununla bağlı Sərəncamı oldu və gələn ildən İpoteka Fonduna 200 milyon manat əlavə vəsait ayrılacaq ki, insanlarımız bundan istifadə edə bilsinlər. Həmçinin, Azərbaycanda sosial evlərin tikintisi planlaşdırılır. Dövlət başçısı Azərbaycanda ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı tapşırıq verib. Hazırda bununla bağlı layihə hazır olmasa da, dünya ölkələrinin bu sahədəki təcrübəsi öyrənilir. Alçina Amilqızı





Həftənin ən çox oxunanları