Yuxarı

Nazirlikdən geriyə addım

Nazirlikdən geriyə addım

“Asan hökumət”dən imtina Qadir İbrahimli: “Bu qərar çiydir, tələsik verilib” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə  Fondunda növbəti islahat tədbiri kimi, 2017-ci il aprelin 1-dən etibarən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanıb. Sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayı azaldılaraq vahid rüblük hesabatla əvəz edilib. Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda təyin olunan pensiya məbləğinin ödənilən sosial sığorta haqqının məbləğinə uyğunluğunun təmin edilməsi vəzifəsi qarşıya qoyulub. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-də sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması imkanları nəzərdən keçirilib, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək, vahid rüblük hesabatla əvəz edilməsi həyata keçirilib. DSMF-nin vahid rüblük hesabat sisteminə keçidi bir sıra təşkilatlarda əlavə problem yaradıb. Artıq 11 gündür yeni sistemlə işləyən vahid rüblük hesabatını print etmək, eləcə də bir sıra funksiyalar yoxdur. Təşkilat rəhbərləri hesab edir ki, bu sistem ya elektron imzayla, ya da asan imza ilə işləməlidir. Əks təqdirdə hesabatın göndərilməsi sahibkar üçün əlavə xərc və vaxt itkisidir. İqtisadçı-ekspert Qadir İbrahimli “Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələdə ƏƏSMN-yi bir qədər tələsib: “Bu yeniliyin texniki tərəflərini dəqiqləşdirmədən belə bir addım atılıb. Təbii ki, bu, iş adamlarında, təşkilatlarda müəyyən problemlər yaradır. Yaxşı olardı ki, Əmək Nazirliyi bununla bağlı qərar qəbul edərkən yenilikdən irəli gələn problemləri də həll etməli idi. Elə etməli idi ki, işəgötürən və yaxud hüquqi şəxs bu məsələdə problem yaşamasın, rüblük hesabat təqdim edərkən texniki problemlərə vaxt ayırmasın. Çox təəssüf ki, bu qərar çiydir, əsaslandırılmayıb, bir qədər tələsik verilib. Zənnimcə, hökumətin son vaxtlar atdığı qərarlara çox vaxt rasional hesablama aparılmır. Yeni qaydalara, düzəlişlərə görə kifayət qədər əsaslandırma yoxdur. Buna görə də, hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bu qərarına yenidən baxılmalıdır”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları