Yuxarı

Məscid söküldü, sakinlər etiraz etdi

Məscid söküldü, sakinlər etiraz etdi

Xəbər verdiyimiz kimi, Bakının mərkəzi məhəlləsi olan “Sovetski”də söküntü işləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan və qorunan “Hacı Cavad” məscidinin söküləcəyi ehtimalı var idi. Cebhe.info-nun bir müddət öncə yayınladığı xəbərdə yaxın günlərdə məscidin söküləcəyi barədə məlumat da yer almışdı. Bu gün isə adı çəkilən “Hacı Cavad” məscidi sökülüb. Söküntü zamanı “Sovetski” məhəlləsinin keçmiş sakinləri və inanclı insanlarla söküntünü aparan şəxslər arasında insident yaşanıb. Söküntünün mümkünsüz olduğunu görən icraçılar əraziyə polis qüvvələrini çağırıb. Məlumata görə, polislərlə vətəndaşlar arasında qarşıdurma qeydə alınıb, saxlanılanlar var.





Həftənin ən çox oxunanları