Bazarda işbazların möhtəkirliyinə son qoyulur Məlum olduğu kimi 2015-ci ilin dekabrında sahibkarlığın inkişafına dəstək məqsədilə yoxlamalar dayandırılmışdı. İqtisadi böhranın dərinləşməsi ilə əlaqədar dövlət başçısı qərar verdi ki, 3 il müddətinə yoxlamalar dayandırılsın. Burada korrupsiya və rüşvətxorluq halları ilə bağlı və bir də vergi orqanlarının yoxlamaları istisna olunurdu. Digər bütün yoxlamaların dayandırılması barədə qərar verilmişdi. Artıq dayandırılmış yoxlamalar geri qayıdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi şəxslərə güzəştlər edilməyəcək. Yeni qərara görə Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı aparılan yoxlamalarda nəzərdə tutulan güzəştlər bir qrup sahibkara şamil edilməyəcək. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən əlavəyə əsasən bu, cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamaların obyekti olacaq sahibkarlardır. Qanunun 2-ci (Qanunun tətbiq dairəsi) maddəsinə bununla bağlı “Bu qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir” bəndi əlavə edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq. Nəhayət hökumət də anladı ki, dayandırılan yoxlamalardan sonra vəziyyətdən sui-istifadə halları çoxalıb. Bəzi sahibkarlar keyfiyyətsiz məhsullar istehsal etməyə başladılar. Bazarda süni qiymət artımına yol verildi. Saxta ərzaq məhsullarının bazara axını genişləndi. Bununla da sahibkarlıq fəaliyyəti nəzarətsiz qalaraq həddini aşdı. Görünür, problem dərinləşdiyindən və bununla bağlı narazılıqlar artdığından hökumət yenidən yoxlamaları bərpa etməyə qərar verdi. “Cümhuriyət” qəzeti olaraq biz yoxlama ların yenidən qayıdacağı ilə bağlı ehtimallarımızı ortaya qoymuşduq. Ehtimallar təsdiqini tapdı və sahibkarların müəyyən qədər qol-qanadı kəsildi. Bəzi ekspertlər hesab edir ki, süni qiymət artımının və saxta ərzaq məhsullarının bazara axınının qarşısını almaq üçün müəyyən qədər də olsa yoxlamaların rolu var. Amma bununla razılaşmayanlar da var. Belə ki, iqtisadçıların əksəriyyəti süni qiymət artımının qarşısını alan ən yaxşı mexanizmin rəqabətli mühit olduğunu irəli sürürlər. Rəqabətli mühit olarkən heç bir sahibkar süni şəkildə qiyməti artırıb, daha baha sata bilmir. Çünki rəqibi buna imkan vermir. Ona görə də qiymətləri aşağı salaraq daha çox müştəri cəlb edir. Hər halda sahibkarlıq fəaliyyətinin inkişafının səmərəliliyi üçün vacib mexanizmlər işlənib hazırlanmalıdır. Çünki bir vaxtlar yoxlamaların da heç bir müsbət nəticə verməməsi göz qabağında idi. Qeyd edək ki, dünyanın hər bir ölkəsində mal və xidmətlərin keyfiyyəti, tərkibi ilə bağlı ciddi yoxlamalar olur. Alçina Amilqızı
- Ana səhifə
- Cəmiyyət
- Oliqarxlara yoxlama “silləsi”
Oliqarxlara yoxlama “silləsi”
Bu bölmədən digər xəbərlər
- İctimai Birlik uşaqlar üçün əyləncəli tədbir keçirib Tarix 13 Fevral, 15:49
- Su ehtiyyatlarının qorunması ilə bağlı ictimai dinləmə keçirilib Tarix 2 Fevral, 14:34
- İctimai Birlik Yeni il şənliyi keçirib Tarix 30 Dekabr, 13:45
- Sığınacaqda maraqlı layihə başa çatdı: Xidmət paketləri təklif edilib Tarix 16 Oktyabr, 13:11
- Şuşanın ayaqları - İradə Aytelin yeni hekayəsi Tarix 16 Oktyabr, 12:17
- Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR Tarix 10 Oktyabr, 11:27
- Azərbaycanda ilk: Kişilərin zorakılığa münasibətini öyrənən tədqiqat Tarix 3 Oktyabr, 13:59
- QHT ictimaiyyət və KİV-lə görüş keçirdi Tarix 3 Oktyabr, 11:07
- Ailə mediasiyası Tarix 26 Sentyabr, 12:52
- Mediasiya nədir? Tarix 13 Sentyabr, 16:03
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi