Yuxarı

Böhran məhkəmə qərarlarını da "vurdu"

Böhran məhkəmə qərarlarını da

Azərbaycan hökuməti kompensasiyaları tam vermədi

Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə təyin olunmuş kompensasiya aprelin 26-da bəzi ərizəçilərə ödənilib. Cebhe.info-nun məlumatına görə, bunu vəkil Əsabəli Mustafayev deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti kompensasiyaların bir hissəsini artıq bank hesablarına köçürüb:

"Kompensasiyanın tam məbləği deyil, kiçik bir hissəsi köçürülüb. Kasıbçılığın üzü qara olsun". Vəkil müdafiə etdiyi şəxslərə səslənərək bildirib ki, bankla əlaqə saxlasınlar və köçürülmüş məbləğ barədə məlumat versinlər:

"Bu məlumatı Avropa Şurasının Nazirlər Komitəsinə göndərmək, kompensasiyanın qalan hissəsinin ödənilməsi üçün fəaliyyətimizi davam etdirmək və faiz hesablanmasını nəzarətdə saxlamaq üçün vacibdir".

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları