Yuxarı

Akif Çovdarov azadlığını pulla alacaq?

Akif Çovdarov azadlığını pulla alacaq?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalov və adı onun kimi qanunsuz əməllərdə hallanan yüksək rütbəli məmurlar zərərçəkmişlərə dəymiş ziyanı ödəyir.  Proses davam etdiyindən son nəticədə ziyan tam ödənildikdən sonra sözügedən bu şəxslərin həbsdən azad edilməsi də müzakirə edilir. Vəkili tərəfindən təsdiqlənən məlumatlara görə, V. Zeynalov 2,2 milyona evini sataraq dəymiş ziyanın bir hissəsini də qaytarıb. 

Bu isə hazırda məhkəməsi davam etdirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun da zərərçəkmişlərə vurduğu ziyanı ödəyəcəyi təqdirdə azad ediləcəyi barədə bəzi mülahizələrin yaranmasına səbəb olub.

A.Çovdarovun vəkili Kamandar Nəsibov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb: 

"Akif Çovdarov tərəfindən vurulan zərərlə bağlı hansısa sübut yoxdur. Zərər vurulmayıbsa, nəyə görə maddi vəsait ödənilməlidir? Zərərçəkmiş hesab edilən şəxslərin iddiaları sübut edilməyib. Hansısa əsas, dəlil olmayıb. Hələ ki, məhkəmə prosesi davam edir”.

Nigar Cahid 





Həftənin ən çox oxunanları