Yuxarı

İslamafobia Avropada faşizmi dirçəldəcəkmi?

İslamafobia Avropada faşizmi dirçəldəcəkmi?

islamdusmenAvropaya olan mühacir axını getdikcə daha geniş vüsət almağa başlayır. Suriya və digər müsəlman ölkələrində baş verən vətəndaş müharibəsi bu ölkələrin vətəndaşlarını Avropa ölkələrinə üz tutmağa vadar edir.  Avropa bununla bağlı narahatlığını ifadə edir, bir çox Avropa ölkələri mühacirləri müsəlman olduqlarına görə qəbul etmək istəmir. "Avropa ölkələrinin qaçqınları öz ölkələrinə qəbul etməməsi, müsəlmanlara qarşı qərəzli münasibət göstərilməsi, islamafobiyanın getdikcə daha geniş yayılması fikrini yaradır. Sivil, demokratik ölkə başçılarının tolerantlıq, din qardaşlığı  haqda deyilən sözləri  sadecə söz xatirinə deyilildiyinin şahidi oluruq. O halda belə məlum olur ki, tolerant olmaq yalnız müsəlmanlara aid edilir." Bunları  “Cümhuriyət” qəzetinə politoloq Ehtiram Mehdiyev deyib. E.Mehdiyev qeyd edir ki, müsəlmanların Avropaya kütləvi axının qaranlıq qalan məqamları var: "Bu Avropanın öz yaratdığı problemdi. Vaxtilə “İŞİD” kimi terror qruplaşmasını, başqa terror təşkilatlarını yaradan və idarə edən Avropa indi həmin terror teşkilatlarının fəaliyyəti nəticəsində yaranan qaçqın axınının qarşısını ala bilmir. İndi Avropa terror qruplaşmalarının törətdiyi qətliamlardan, vətəndaş müharibəsindən qaçıb Avropaya sığınmaq istəyən müsəlmanlara sərt reaksiya verir, hətda təyziqlər göstərir. İslamafobiyanın Avropada geniş yayılmasının biz əvvəllərdə şahidi olurduq. Ancaq bu qədər büruzə vermirdilər. Çində Uyğur türklərinə qarşı olan təyziqlər, müsəlmanlara islam adətlərinin yerinə yetirilməsinə qadağalar qoyulması bunun bariz nümunəsidir. İndiki vəziyətdə Avropaya üz tutan müsəlman qaçqınları qəbul etmək istəməyən ölkələrdə islamafobiya daha çox hiss olunur. Bəzi ölkələrdə müsəlmanların ölkələrinə gəlməsində narahat olan əhali islam əleyhinə aksiyalar keçirir “müsəlmanlara ölüm”  kimi şüarlar səsləndirirlər. Bu da Avropa ölkələrində islamafobiyanın son həddə çatdığınə göstərir." Məsələyə münasibət bildirəmn Seyidcamal Əzimbəyli “Cümhuriyət”-in sualına cavab olaraq deyir ki, islamafobiyanın bu cür geniş yayılmasında hansısa güclərin maraqları var. Müsəlmanlara qarşı bu cür münasibətin göstərilməsi uzaq keçmişdən gələn faşizm ideolagiyasının hələ də davam etdiyinin göstəricisidir. Avropada müsəlmanlara qarşı olan təyziqlər, islamafobiyanın bu qədər geniş yayılması faşizmin dirçəlməsinin göstəricisidir. Düşünürəm ki, bu, getdikcə daha geniş vüsət alacaq. Son dövürlər Avropada islama qarşı sanki səlib yürüşü baş verir. Sanki bir mərkəz bilərəkdən planlı şəkildə dünyada “vəhşi müsəlman obrazının” yaradılmasını həyata keçirir. Avropada müsəlmanlara qarşı göstərilən acınacaqlı münasibət heç bir halda nə insanlığa, özünü demokratiyanın təsisçisi kimi göstərən ölkələrə yaraşmayan haldı. Bütövlükdə isə islamafobiya artan xətt üzrə gedərsə, daha böyük faciələrə gətirib çıxara bilər. Son günlər Avropada müsəlmanlara qarşı kinin, nifrətin bilərəkdən, proqramlı şəkildə həyata keçirməsi sıradan bir islam düşmənçiliyi olmadığını göstərir. Düşünürəm ki, Avropanın özündə də, dünyanın özündə də müsəlmanları düşünüb qiymətləndirənlər var. Müsəlman amilinin getdikcə nüfuz dairəsinin artması birilərini nə qədər narahat etsə də, müsəlmansız dünya da mümkün deyil.   Vilayət Muxtar





Həftənin ən çox oxunanları